Səfər Mehdiyevin fəaliyyəti araşdırıla bilər... - YOXLAMA GÖNDƏRİLİR
Tarix: 7-08-2020, 11:27 |
Çap et
DİA.AZ: - "Yaxın günlərdə Dövlət Gömrük Komitəsinə (DGK) maliyyə yoxlaması göndəriləcək". Bu barədə DİA.AZ-a məlumat hökumətdəki mənbələrdən daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, təftişdə məqsəd DGK xətti ilə yığılan dövlət rüsumlarının və büdcə ödənişlərinin təfsilatının dəqiqliklə hazırlanmasıdır.
Mənbənin diaaz.space-a söylədikləri: "Əgər belə bir yoxlama zərurəti yaranıbsa, deməli, "yuxarılar" DGK rəhbərliyinin fəaliyyətinə etimad göstərmir, verilən hesabatların səmimiyyətinə şübhə ilə yanaşılır".
Xatırladaq ki, bir neçə gün əvvəl DGK ilə bağlı çox ciddi faktları açıqlamışdıq ki (http://www.dia-az.link/9/258491-sefer-mehdiyev-dovlete-qarsh-nece-gedr.html), bu məqamın da DGK-da təftiş qərarının sürətləndirilməsinə nədən ola biləcəyi ehtimal edilməkdədir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.