Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                     AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                 

"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!" - TƏBİB sədrinə ETİRAZ
Tarix: 15-06-2020, 14:09 | Çap et
"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!"
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya

AÇIQ MƏKTUB

Hörmətli Ramin Bayramlı, mən, Seymur Kazımov jurnalist olaraq sizə suallardan ibarət quru informasiya sorğusu göndərə bilərdim. Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım.

Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.

Birincisi, aidiyyatı üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.

İkincisi, zəng edirik TƏBİB-in qaynar xəttinə. Cavab vermir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Test olub-olmadığını soruşur. Yox cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.

Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa mərkəzə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.

Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır...dimedrol-analgin vurur və gedir.

Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmaniyası göstərilir.

Altıncısı, qızdırma cavam edir, bir gündə dava-qırğından sonra 2 həkim gəlir müxtəlif saatlarda hər ikisi yenə baxır, baxır və dimedrol-analgin vururlar və gedirlər.

Siyahını rəqəmlərsiz davam edirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə nəhayət test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər.

Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng olunur, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”. Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür..yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyir.

Çatırıq öldüyü günə, iyunun 12-ə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona, “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başlayır özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.

Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”yə gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.

Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevamaniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”.

Gedirik, “götürməyə” və qohumlardan biri zəng edir, “tələsmə, atan keçindi, gəl morqun qarşısına”.

Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, “neqativ” mesajı gəlir.

Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur. Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara: bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı, Operativ qərargahın birfinqində eşitməyəksiniz. Oxuyun.

1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?

2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?

3. "Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?

4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.

5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?

6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?

7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?

Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər- İtaliya, İspaniya, Fransa, ABŞ... “burada insanlar qırılırdı amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada günəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir.

Əlqərəz, gəlirəm lap əvvələ, yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz.

Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru