Travmatologiya inisitutunda ÖZBAŞINALIQ - rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu
Tarix: 25-05-2020, 12:30 | Çap et
Son illər Respublikamızda baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən ölkəmizin səhiyyə sahəsinin inkişafına da, müəyyən qədər öz təsirini göstərmişdir. Yəni, arxada buraxdığımız illər ərzində səhiyyəmizin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verə biləcək formada inkişaf etməsinə müəyyən qədər zəmin yaratmış və beynəlxalq miqyasda səhiyyəmizin nüfuzunun nəzərəçarpacaq dərəcədə artması ilə də nəticələnmişdir.
Bütün bunlar uğur gətirən addımlar olsa da, hal-hazırda Azərbaycan səhiyyəsində yaşanan biabırçılıqların, minbir oyun qaydalarının, hər cür avantürist əməllərin və s. varlığını eşitdikcə, sanki dəhşətə gəlirik.
Çünki, 19 may 2020-ci il tarixdə Qarabağ müharibəsi veteranı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət-32 ünvanında fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsində başına gətirilən müsibətlərin varlığı onu söyləməyə əsas verir ki, bu gün də Azərbaycan səhiyyəsinə “üzqaralığı gətirən” bəzi həkimlərimiz var. Məhz onlardan biri də, Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsində çalışan Akif həkimdir.
Bir anlığı diqqət yetirək ki, DQ müharibəsi veteranı öz sağlamlığını Vətən yolunda itirmiş və qolunun birinə yığılmış çirkli suyu əməliyyat etdirib götürdürmək istədikdə, Akif həkim bu şəxsdən istədiyi məbləğdə “haqq-hesab” almaq üçün “minbir dona” girir və hər cür avantürist əməllərə də qol qoyur. Belə olan halda o, Gundemxeber.Az saytına müraciət etmək qərarına gəlir ki, adı çəkilən bu səhiyyə müəssisəsində başına gətirilən müsibətlərdən geniş ictimaiyyət xəbərdar ola bilsin.
Elə ki, müharibə veteranı redaksiyamıza etdiyi müraciəti dinləyib baş verənlərdən az-çox xəbərdar olduq, o halda dəhşətə gəldik. Yəni, bu şəxs qolunda əmələ gəlmiş çirkli suyu əməliyyat etdirib götürtmək üçün, ilk əvvəl Travmatologiya və Ortopediya İnstitutunun əl cərrrahiyyəsi şöbəsinə müraciət edir. Həmin gün bu şöbənin müdiri, tibb elmləri doktoru Fikrət Qafarov iş yerində olmadığından, onu şöbədə çalışan Akif həkim qəbul edir və az sonra o, xəstəyə əməliyyatın vacib olduğunu və bununla bağlı razılıq verildiyini də dilə gətirir. Ümumi söhbət əsnasında Akif həkim xəstəyə belə bir əməliyyatın 800 AZN-ə başa gələcəyini, həmçinin əməliyyatdan əvvəl və sonra dərman, iynə, sistem almağa, hətta süpürgə, zibil və s-yə görə ödəniləcək əlavə xərclərin 700 AZN olacağını bildirir. Yəni, bura dövlət xəstəxanası olmağına baxmayaraq, belə bir əməliyyatın üstüstə 1500 AZN-ə başa gələcəyini vurğulayır.
O, Akif həkimin bu cür tələb-şərti ilə razı olmur və bu əməliyyata görə cəmi 500 AZN verə biləcəyini bildirir. Qarabağ döyüşçüsünün verdiyi cavab Akif həkimi heç cür qane etmir, o halda həkim ona “sən mütləq UZİ-dən keçməlisən, baxıb görək səndə onkoloji xəstəliklə bağlı hansısa problem var, ya yox” deyir. Həmin an xəstə ona “iki-üç gün bundan öncə Milli Onkologiya Mərkəzində olmub KT-dan keçmişəm və məndə heç bir problemin olmadığını deyiblər”. Belə bir cavabın qarşılığında Akif həkim “sən mütləq bizdəki UZİ-dən keçməlisən” deməklə, bir növ xəstəni bu yöndə addım atmağa təkid edir. Çıxılmaz duruma düşən xəstə həkimin təkidlərinin qarşılığında müəyyən qədər xərc çəkib, Travmatologiya və Ortopediya İnstitutundakı “UZİ”dən keçir. O halda xəstəni başlarından etmək üçün “səndə onkoloji problem var” deyə cavab verirlər. Çox keçmir ki, bu cür iyrənc və avantürist durumla üz-üzə qalan veteran xəstəxananı tərk etməli olur. Elə ki, “Gundemxeber.Az saytının əməkdaşı DQ müharibəsi veteranının redaksiyamıza etdiyi müraciəti əsasında Travmatologiya və Ortopediya İnstitutu əl cərrrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarovla görüşür və yaşananlarla bağlı müəyyən müzakirələr aparır, o halda şöbə müdiri “mən həmin vaxt xəstəxanada olmamışam və baş verənlər haqda Akif həkimdən müəyyən məlumatları əldə etsəm də, yaşanan problemlərin mahiyyəti haqda tam dəqiq məlumatım yoxdur” deyir. Bir sözlə, Fikrət Qafarovla söhbət zamanı bəzi mətləblərə aydınlıq gətirilir və şöbədə çalışan Akif həkimin yalan və fırıldaq əməllərinin mahiyyəti bəlli olur. Maraqlı hal o olur ki, şöbə müdiri Akif həkimi yanına çağıran zaman əməkdaşımız ona “sən hansı əsasla bir əməliyyata görə xəstədən 1500 AZN pul istəmisən deyə sual verdikdə “sən mənimlə pul söhbəti etmə” deyir. Əməkdaşımız dərhal ona “sən xəstədən pul tələb etmisən, indi də mənimlə pul söhbəti etmə” deyirsən. Az sonra əməkdaşımız Akif həkimin iş otağında onun özü ilə görüşüb söhbət edir və digər xəstələrin ifadə etdikləri narazılıqları canlı şəkildə də görür. Düşündürücü hal o olur ki, o, əməkdaşımızla söhbət edərkən “mənim qohumlarım MM-də işləyir, elələri də var ki, jurnalistdirlər” desə də, söhbətin sonunda “müəllim, biz xəstənin qolundakı çirkli suyu əməliyyat edib götürə bilərik, amma sümüyə çatdıqda isə, nəsə etməyi bacarmayacağıq” deyir. Bu da o anlama gəlir ki, hələ də Travmatologiya və Ortopediya İnstitutunda bu cür savadsız və bacarıqsız həkimlər çalışmaqda davam edirlər. Onu da unutmaq olmaz ki, ölkəmizin ərazisində koronovirus (COVİD-19) infeksiyası yayıldığı ilk vaxtlarda hər kəsin, o cümlədən cənab İlham Əliyevin də həkimlərimizdən gözləntilərinin çox olduğu dilə gətirildi. Akif həkimin belə bir yanaşması və söylədiyi açıqlamaların varlığı isə, həkim auditoriyasına olan inamın heçə enməsi deməkdir. Xüsusi vurğulanası hal odur ki, Qarabağ döyüşçüsü Travmatologiya və Ortopediya İnstitutundan narazı şəkildə çıxıb getsə də, o, çox keçmir ki, başqa bir səhiyyə müəssisəsinə müraciət etməli olur. Həmin vaxt həkim onu əməliyyata götürülməzdən öncə, tam sağalacağı yöndə zəmanət verir və həyata keçirilmiş əməliyyat da uğurla başa çatır. Nəzər-diqqəti o halın varlığına da yönəldək ki, Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyə şöbəsinə professor Çingiz həkim rəhbərlik edərkən heç vaxt belə bir biabırçılıqlar, bu cür həngamələr baş verməyib, hansısa avantürist addımlar atılmayıb. Hal-hazırda adı çəkilən bu şöbədə isə, hər cür iyrəncliklərə qol qoymaq, xəstələri müxtəlif yollarla “dəridən-qabıqdan soymaq” və s. kimi addımları atmaq, sanki adi hala çevrilib. Mövzunu diqqətdə saxlayacağıq. Gundemxeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41 |
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
|