Ötən ilin yanvar-dekabr aylarında Cəlilabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 704 min 234 manat olan 24 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tender keçirən Cəlilabad rayon Mərkəzi Xəstəxanası olub. Cəlilabad rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 465 min 72 manat olan 15 tender müqaviləsi bağlayıb. Cəlilabad rayon İcra Hakimiyyəti 6 tenderinin ümumi məbləği 174 min 880 manat olub. Dövlət qurumunun 6 tenderinin 5-ni "UĞUR-96"MMC qazanıb.
Cəlilabad rayonunda keçirilən məbləği 100 mindən çox olan 1 tenderi İcra Hakimiyyəti keçirib. Tenderin qalibi "CƏNUB-2000"MMC şirkəti olub. Tenderin məbləği 136 min 117 manat olub.
Bundan başqa "ROYAL PLUS"MMC Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 3 tenderini qazanıb. Şirkətin qazandığı 3 tenderin ümumi məbləği 148 min 60 manat olub.
diaaz.space 2019-cu ildə Cəlilabad rayonunda keçirilən tenderləri təqdim edir.