Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Tarix: 28-01-2020, 17:12 |
Çap et
DİA.AZ: - Çoxdandır vəzifədən alınacağı barədə informasiyalar yayılan İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən xəbər var. Belə ki, rayondakı qaynaqların DİA.AZ-a bildirdiyinə görə, İmişli şefi yenidən təyinat ala bilməsi üçün qollarını çrımayıb.
DİA.AZ-a danışan mənbə iddia edir ki, Vilyam Hacıyev də başqa bir rayon icra hakimiyyəti başçısı postuna təyinat ala bilməsi üçün çalışır.
Mənbə diaaz.space-a bildirir ki, PA-nın keçmiş səlahiyyətlisi Əli Hasanıova yaxın olan Vilyam Hacıyev parlament seçkilərindən sonra "vurulacağın" yəqin bildiyindən daha da çaba sərf etməkdədir.
Qeyd edək ki, bu iddialarla bağlı İmişli RİH-dən hər hansı mövqe öyrənə bilmədik. Amma yenə də qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq...