İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?
Tarix: 25-09-2018, 16:26 | Çap et
DİA.AZ: - İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə icra olunan “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının əsas məqsədi bundan ibarətdir. 25 sentyabr 2018-ci il tarixində Azercell-in təşkili ilə bu əhəmiyyətli proqramın təqdimatı keçirilib. Təqdimatın açılışını edən Azercell-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacağını bildirib. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.
DİA.AZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev Azercell-in sürətli mobil internet təminatçısı olması və mobil internetdən istifadəni təbliğ etməsinə baxmayaraq kiber təhlükəsizlik məsələsinin olduqca aktuallaşmasından, bu mövzunun şirkət üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb. Onun sözlərinə görə Azercell öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində çıxış edir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, Azercell-in bu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.
Tədbirdə “Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb. Mərkəzin təlimçisi Çinarə Nur təhlükəsiz İnternet istifadəsi ilə bağlı maraqlı təqdimat edib, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi biliklərin verildiyini qeyd edib. Gənc təlimçi bildirib ki, qrup məşğələləri və faydalı interaktiv oyunlar sayəsində uşaqlara internetdən gələn zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri də tədris olunur. Çıxışlardan sonra təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video sorğu və mövzu ilə bağlı xüsusi hazırlnamış animasiya filmləri nümayiş etdirilib. Tədbirin sonunda isə iştirakçılara “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramına 2 aylıq abunəlik hədiyyə edilib. 2 il öncə "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.
Qeyd edək ki, ötən ildən başlayaraq Azercell şirkətinin təşkilatçılığı ilə Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir. Bakının bir neçə məktəbində həyata keçirilmiş tədrislər bu il regionlarda da təşkil olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
|