“Gilan Holdinq”in nümayəndəsi İTTİHAM OLUNUR - Korrupsiyada
Tarix: 13-04-2018, 12:15 | Çap et
Ali Məhkəmənin hakimi Vəfaddin İbayev ən tez qərar qəbul edən hakim kimi “Ginnesin rekordlar” kitabına düşməyə çox yaxlndır, amma… «Təzadlar»ın ötən saylarında Qobustan rayonu, Qaracüzlü kənd sakinlərinin şikayətləri əsasında bir neçə yazı dərc etmişdik. Yazılarda qeyd olunurdu ki, Qaracüzlü kəndinin də daxil olduğu Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayev kəndin 40-a qədər sakininin adından saxta etibarnamə düzəldərək, onların pay torpaqlarını “Gilan Holdinq”in nümayəndəsi Malik Məmmədova satmışdır. Bu etibarnamələri Qobustan notariat kontorunun sabiq rəisi Tofiq Seyidovun vasitəsilə rəsmiləşdirmişdir. Sonralar məlum olmuşdur ki, T.Seyidov bu etibarnamələri bazada qeydiyyata salmamışdır. Yəni, həm Qobustan rayon notariat kontorunun, həm də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinin arxivlərində həmin etibarnamələrin kökü yoxdur. Bizim yazılardan sonra Respublika Baş Prokurorluğunda Tofiq Seyidovun bu qanunsuz əməli haqqında cinayət işi açılmış, lakin hazırda vəzifəli şəxs olmadığından və cinayət əməlinin sanksiyalaşdırılmasının vaxtı keçdiyindən onu məsuliyyətə cəlb etmək qanunamüvafiq sayılmayıb. Baş Prokurorluqdan qəzetimizə göndərilən rəsmi cavab məktubunda qeyd edilir ki, sakinlər bu barədə məhkəməyə müraciət edə bilərlər. O cümlədən, sənədləri saxtalaşdırdığına görə Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Musayev haqqında da məhkəməyə müraciət etmək tövsiyyə olunur. Yazılardan məlum olurdu ki, sakinlər – Mehdibala Mirzəmmədov, Sultan Abdullayev, Oktay Muradov və digərləri Qobustan rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə sakinlərin haqlı olduğu qənaətinə gəlib və torpaqların sahiblərinə qaytarılması üçün qərar çıxarıb. Sonradan əks tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək rayon məhkəməsinin qərarını öz xeyirlərinə dəyişdirməyə nail olublar. Ümidlərini Ali Məhkəməyə bağlayan sakinlər inanıblar ki, məhz burada nəhayət, ədalətsizliyə son qoyulacaq. Belə yerdə deyiblər, “sən saydığını say, gör fələk nə sayır”.
Hakim Vəfaddin İbayevin ildırım sürətli qərarı…
Deməli, Ali Məhkəmənin 18 yanvar 2018-ci ildə, hakim Vəfaddin İbayevin sədrliyi ilə keçirilən iclasında sakinlər gözlərini açıb, yumana qədər qərar qəbul edilib. Hakim V.İbayev vəkilin heç bir açıqlamasına belə imkan vermədən, dərhal qərar qəbul edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yəqin ki, hakim V.İbayevin ildırım sürəti ilə qəbul etdiyi bu qərar, ən tez qəbul edilən məhkəmə qərarı kimi “Ginnesin Rekordlar” kitabına düşəcək. Heç 37-ci illərdə də 2 dəqiqəyə qərar qəbul etməyiblər. Ən azından müttəhimə 3 dəqiqəlik son söz verirdilər. Görünür hakim V.İbayev məhkəmə sisteminə yenilik gətirmək istəyib. Yəni, hakim demək istəyir ki, günlərlə, həftələrlə məhkəməni uzadıb, axırda ona sərf edən qərarı qəbul edəcəksə, elə bunu ilk dəqiqələrdən etməklə nə qədər vaxta qənaət etmək olar. Amma bu qərarın arxasında məhv olan 40-a qədər sakinin taleyi isə V.İbayevin vecinə də olmayıb. Sanki özünün şəxsi kontorunda oturub, istədiyi qərarı qəbul edə bilər. Bununla da V.İbayev ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədovun məhkəmə sistemində apardığı islahatlara çox böyük zərbə vurduğunun da fərqində olmayıb. Hər halda ümid edirik ki, cənab nazir Fikrət Məmmədov Ali Məhkəməninn hakimi V.İbayevdən ildırım surəti ilə qərar qəbul etməyinin səbəbini soruşacaq.
Bəs sakinlərin torpaqlarını alan kimdir?
Məlum olur ki, “Gilan Holdinq” şirkətini təmsil edən, Bakı şəhəri S.Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu “n” qədər pul verərək, Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Mustafayevdən torpaqları alıb. Həmin torpaqlar da təbii ki, kənd təsərrüfatı əhəmiyyətli olub. 2006-cı ildə alınan torpaqlarda isə bu günə qədər heç bir əkinçilik işi həyata keçirilməyib. Yəni torpaqlar, el dili ilə desək, ağzı günə qalıb. Amma bu, işin görünən faktiki tərəfidir. Rəsmi sənədlərdə isə həmin torpaq sahələrində guya taxıl əkilməsi qeyd olunur və buna görə Malik Məmmədov hər il dövlətdən, nə az, nə də cox, düz 47 min manat subsidiya alır. Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin imzası ilə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çoxsaylı sərəncamlar qəbul edilib. Bunun üçün kəndlilərə və fermerlərə hər hektara görə müəyyən vəsait ayrılır ki, onlar təsərrüfatı inkişaf etdirə bilsinlər. Prezident, necə deyərlər, kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir. Bəs, bu sərəncamların icrasına nəzarət etməli olan Kənd Təsərrüfat Nazirliyi nə işlə məşğul olur? Nazir hörmətli Heydər Əsədovun bu işə nəzarət etməli olan ayrı-ayrı qurumları, görünür yalnız öz şəxsi maraqlarını güdürlər. Belə olmasaydı, 12 ildir boş torpaq sahəsinə ildə 47 min manat subsidiya ayrılmazdı. Bəs Maliyyə Nazirliyi? Məgər, sərəncamın icrasına Prezident cənab İlham Əliyev özü nəzarət etməlidir? Elə isə, kənd təsərrüfatı naziri Heydər Əsədov və büdcəni sümürən o boyda nazirlik nəyə lazımdır? Biz dəfələrlə qeyd etmişik ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərində nə işi var? Bu nazirlik rayonların birində yerləşməlidir ki, təsərrüfata yaxın olsunlar və kimin nə işlə məşğul olduğunu öz gözləri ilə görsünlər. Əlbəttə ki, Bakı şəhərinin mərkəzindən Qobustanın Qaracüzlü sakinlərinin boş torpaqları görünmür. Nazirliyin cavabdeh qurumları isə boş torpaqları yox, ayrılan subsidiyaları çox yaxşı görürlər. Heç inandırıcı deyil ki, “Gilan Holdinq”in rəsmisi Malik Məmmədov hər il boş torpaqlara aldığı 47 min manat subsidiyanı tək yeyir. Bu pulu “Gilan Holdinq”lə, yoxsa Kənd Təsərrüfatı Nazirliyi ilə bölür, onu biz bilmirik. Burada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaxşı işləsə, böyük bir korrupsioner şəbəkəni ifşa edə bilər. O da maraqlıdır ki, “Gilan Holdinq” kimi böyük bir şirkətin ildə alınan 47 min manat pula ehtiyacımı varmı? Çünki M.Məmmədov torpaqları “Gilan Holdinq”in rəsmisi kimi alıb. Məlum deyil, həmin torpaqların pulunu “Gilan Holdinq”, yoxsa Malik Məmmədov öz şəxsi cibindən ödəyir. Bizimlə telefon söhbətində isə Malik Məmmədov bildirmişdi ki, aldığı torpaqların etibarnaməsinin saxta olub-olmamasını bilməyib. O, sadəcə pulunu verib, torpaq alıb. Yenə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin burada araşdıracağı çox gözəl korrupsiya faktları var. Əlbəttə, bu, jurnalist araşdırması ilə üzə çıxası faktlar deyil. Bu səbəbdən inanırıq ki, Qobustanın Qaracüzlü sakinlərinin pozulmuş hüququnun bərpası üçün, həm ədliyyə naziri cənab Fikrət Məmmədov, həm kənd təsərrüfatı naziri Heydər Əsədov, həm də Baş Prokuror yannıda Korrupsiyaya Qarşı Mübarizə İdarsinin rəisi cənab Kamran Əliyev öz sözlərini deyəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
|