Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə-Azərbaycan-Gürcüstan hərbi sazişi - Regionda maraqlar toqquşması
Tarix: 15-11-2017, 15:32 | Çap et
“Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib. Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: “Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş verib. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Maraqlıdır ki, prezident Əliyev önəmli Qarabağ açıqlamasını Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü keçirilən zaman verib. Liderlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi deyilsə də, detalların açıqlanmaması cəmiyyətdə müxtəlif rəylərin yaranmasına səbəb oldu. Amma görüşdən sonra Rusiya prezidentinin mətbuat katibi Peskovun açıqlaması, RF XİN rəhbəri Lavrovun Ermənistana və Azərbaycana səfər etməsi, erməni rəsmilərinin Moskva səfəri müəyyən proseslərin yaşandığına işarət edir. “Cərəyan edən hadisələr fonunda münaqişənin həlli istiqamətində hansı irəliləyişin olacağına ümid etmək olarmı” sualına prezident Əliyev öz çıxışında cavab vermiş oldu. Belə ki, iki liderin danışıqlarında Qarabağ problemi ümumiyyətlə müzakirə edilmədi və İlham Əliyev Bakının mövqeyini açıqlamış oldu – bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Əslində, Türkiyə siyasi elitasına yaxın şərhçilər, görüş ərəfəsində “Qarabağ münaqişəsinin həlli yolları Rusiyadan asılıdır” bəyanatları ilə problemin çözülməsində əsas söz sahibinin Kreml olduğunu nümayiş etdirmiş oldular. Qeyd etdiyimiz kimi, Soçidə Azərbaycan — Ermənistan münasibətləri müzakirəyə çıxarılmadı. Ərdoğanın rusiyalı həmkarı ilə müzakirə edəcəyi daha prioritet məsələlər mövcuddur və odur ki, Qarabağ münaqişəsinin müzakirəsini gözləmək də yersiz idi. Hazırda Suriya münaqişəsi, “Türk axını”, Rusiya ilə ticarət əlaqələrinin genişlənməsi Ankara üçün daha önəmlidir. Regionda kürd dövlətinin yaradılması, ABŞ-la gələcək münasibətlərin prinsipləri, digər iqtisadi-siyasi maraq doğuran problemlər olan yerdə Ərdoğanın Qarabağ problemini qaldıracağını ehtimal etmək sadəlövhlük olardı. Moskva və Ankara münasibətlərini normallaşdırmaq niyyətindədir. Lakin həm Türkiyədə, həm də Rusiyada belə fikirləşirlər ki, Ankaranın Moskva ilə münasibətləri heç bir sahədə rahat şəkildə inkişafda olmayacaq. Hər iki ölkə bölgənin liderliyi uğrunda mübarizə aparır. Qərbdə də anlayırlar ki, Türkiyə ilə Rusiyanın arasında müşahidə edilən yaxınlaşma daha çox müvəqqəti və zorən ittifaqdır. Strateji olaraq Türkiyə və Rusiyanın çox ciddi toqquşan maraqları var. Heç bir tərəf bu maraqlardan asanlıqla imtina edə bilməz. Bununla yanaşı, Türkiyə qaz ehtiyatının 58 faizini Rusiyadan alır, hər il çoxsaylı rusiyalı turist Türkiyə kurortlarında dincəlir. Aparıcı dünya dövlətləri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdikdə, Türkiyə bunlara qoşulmadı, əksinə bu ölkə ilə daha da yaxınlaşdı. Bütün bu amillər Moskva və Ankaranı aralıq meddətə olsa belə, müttəfiqə çevirir. Hazırda Suriyadakı münaqişənin sülh və ya müharibə yolu ilə həllini tapması, məhz Rusiya və Türkiyədən asılıdır. Bu baxımdan, Ankara Qarabağ münaqişəsini müzakirə etməyə hazır deyil. Əlavə qıcıq yaratmaq Ərdoğana sərf etmir. Digər tərəfdən, dondurulmuş konflikt Ermənistan üçün təhlükədir və istəməsə belə, Rusiyaya sığınmalıdır. Azərbaycan da bu halda Rusiyanın mövqeyini nəzərə alır. Azərbaycan problemi həll etmək istəyir, Ermənistan isə hazırkı status-kvonu qorumaqda israrlıdır. Erməni cəmiyyət isə Sarkisyanı güzəştə getməkdə ittiham edir. Sülh müqaviləsi olmayan bir şəraitdə atəşkəsin tez-tez pozulması normaldır. 20 illik atəşkəsin qorunması belə fikir yaradırdı ki, tərəflər münaqişənin dondurulmasından öz mənafeləri üçün istifadə etmək istəyirlər. Lakin “nə hərb, nə sülh” vəziyyəti uzun müddət davam edə bilməz. Savaş başlayarsa, bölgə ölkələri də qoşula bilər. Qarabağda hərbi əməliyyatlara Türkiyəyənin qarışması çox çətindir. ABŞ Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verib və elə bu amil də Ankaranı tələsməməyə vadar edir. Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə — Azərbaycan — Gürcüstan hərbi sazişidir ki, bununla Azərbaycan NATO-nun da dəstəyini qazana bilər. Lakin Moskva Ankara ilə yaxınlaşmaqla bunun qarşısını almış olur. Kreml Moskva — Tehran — Bakı — Ankara ittifaqının yaradılması ilə bağlı da təşəbbüslə çıxış edir. Lakin artıq poliqona çevrilmiş bir bölgədə buna nail olmaq olduqca çətindir. Avropa.info-nun ekspert qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
• Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30 |
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13 |
|
|
|
• AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08 |
|
|
|
• Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02 |
|
|
|
• BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01 |
|
|
|
• İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00 |
|
|
|
• “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Dünən, 13:05 |
|
|
|
• Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Dünən, 13:02 |
|
|
|
|