Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                 

Bu durum Heydər Əsədovu narahat edirmi? - Fermerlər çətin durumda
Tarix: 14-09-2017, 11:30 | Çap et
Bu durum Heydər Əsədovu narahat edirmi?
Bu il şimal-qərb bölgəsinin torpaqları yağış üzünə həsrət qalıb, desək, yanılmarıq. Son bir neçə ay ərzində isti hava şəraitinin ötən illərə nisbətən daha uzun çəkməsi və yağış yağmaması yerli sakinlərə baha başa gəlib. Havaların quraq keçməsi ilə yanaşı çaylarda sululuğun azalması da fermerləri çıxılmaz vəziyyətdə qoyub.

Qax rayon Qaşqaçay kənd sakini Həzrət Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, bu il torpağa əkdikləri hər şey yerindəcə quruyub. "Suvarma problemi və təbiətin şıltaqlığı bizi bu il hər şeydən məhrum elədi. Gözümüzü fındığa dikmişdik, o da olmadı" – deyə kənd sakini bildirib.
Onun sözlərinə görə, quraqlıq həm də qarğıdalıya, tütünə və bəzi bitkilərə də ziyan vurub. Mövcud şərait gəmiricilərin və ilanların çoxalmasına səbəb olub: "Vəziyyətin belə davam etməsi, yüzlərlə hektar meyvə bağlarını məhv etdi. Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək".

Bu il Zaqatalanın fındıq bağlarında da məhsuldarlıq ötən ilə nisbətən zəifdir. Fındığın qiymətinin ötən illə müqayisədə aşağı olması da yerli sakinləri narazı salıb. Zaqatala rayonunun Dardoqqaz kəndinin sakini Abidət Ramazanova Sputnik Azərbaycan-ın əməkdaşına deyib ki, fındıq bağlarında əksər ağaclar susuzluqdan quruyub.
"Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, qiymət nəinki qalxmayıb, əksinə, aşağı düşüb. Keçən il kilosunu 5-6 manata satdığımız fındığı bu il 1-1.50 manata sata bilirik. Kənddə artezianların az olması suvarma üçün problem yaratdı. Ümidimiz təkcə yağışa idi, o da yağmadı. Son bir neçə gündə müşahidə olunan küləkli hava şəraiti də fındıq yığımını tezləşdirib" — Ramazanova bildirib.

Qeyd edək ki, analoji vəziyyət Balakən və Şəki rayonlarında da hökm sürür. Balakən rayon sakini Nəsibə Məmmədova bildirib ki, onların əsas gəlirləri fındıqdandır. Lakin builki quraqlıq səbəbindən fındıq az olub. Üstəlik, fındığın qiyməti də ötən illə müqayisədə azı 3 dəfə aşağı düşüb. Kənd sakini hesab edir ki, normalda məhsul az olanda qiymətlər qalxmalıdır. Lakin fındıq tədarükçüləri və yerli inhisarçılar fındığı mümkün qədər aşağı qiymətə alırlar. Nəticədə ziyan kəndliyə dəyir.
"İl boyu gözümüzü fındığa dikirik ki, ondan gələn pulla bir ilimizi yola verək. Amma bu il qiymətlərin çox aşağı olması, heç ona çəkilən zəhmətin əvəzini ödəmir. Yaxşı olar ki, əlaqədar qurumlar və şəxslər bu məsələyə əncam çəksinlər. Bazarda alma-armudla fındığın qiyməti eyniləşib. Bu hal heç vaxt müşahidə olunmayıb" – deyə rayon sakini bildirib.

Şəki sakinləri də quraqlığın onlara vurduğu ziyandan şikayətçidirlər. "Əlbəttə, yağışın yağmaması, quraqlıq təbiətin işidir. Amma sovet dövründə suvarma sistemləri qurulmuşdu və quraqlıq kənd təsərrüfatına elə də zərbə vurmurdu. Çünki camaat tarlaları, ağacları suvarırdı. İndi isə suvarma sistemləri faktiki olaraq sıradan çıxıb. Bu işə məsul olan şəxslər isə suvarma problemini kəndli təsərrüfatlarının üzərinə yıxıb. Nəzərə almırlar ki, kəndlinin artezian qazdırmaq, su kanalları çəkdirmək üçün tələb olunan böyük vəsaitləri yoxdur. Bu işi dövlət etməlidir" – deyə şəkili fermer Akif Əliyev əməkdaşımıza bildirib.

O, qeyd edib ki, builki quraqlıq Şəki-Balakən bölgəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu amil kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də mane olur: "Əlbəttə quraqlıq olanda, fındığın, qozun içi boş olacaq, yaxud ləpəsi zəif olacaq. Belədə onun qiyməti də aşağı düşəcək. Fındığın ləpəsi ilə yanaşı qabığı da istifadə olunur. Onun qabığından mebellərin hazırlanmasında və yanacaq kimi istifadə olunur".
"Amma əsas gəlir, əlbəttə ki, ləpədən gəlir. Onun ləpəsindən yağ çəkilir, şirniyyatların hazırlanmasında, eləcə də çərəz kimi geniş istifadə olunur. İçi boş olan, yağlılığı az olan fındığı baha qiymətə almırlar. Bizim bölgənin qoz-fındığı Azərbaycanın başqa bölgələrinin məhsulundan öz yağlılığına, qabığın içində uzun müddət sağlam qala bilmə keyfiyyətinə görə fərqlənir. Ona görə də qiyməti adətən baha olur" – deyə Əliyev bildirib.
Qeyd edək ki, fındıq tədarükçülərı bölgədə fındığın az olması fonunda qiymətlərin aşağı olmasını xarici bazarlarda Azərbaycan məhsuluna tələbatın aşağı olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda regionda əsas fındıq ixracatçısı Türkiyədir. Odur ki, xaricdə Türkiyə məhsuluna tələbat Azərbaycan məhsulu ilə müqayisədə yüksəkdir. Tədarükçüləri hesab edirlər ki, Azərbaycan məhsulu keyfiyyətcə də aşağıdır. Bu isə qiymətlərə mənfi təsir edir.

Lakin fındıq istehsalçıları tədarükçülərin fikirləri ilə razılaşmır. Onlar məntiqi olaraq belə bir sual verirlər: bəs ötən il nə baş vermişdi ki, Azərbaycan fındığının qiymətləri 3 dəfə qalxmışdı? Axı ötən il də Türkiyə regionda fındıq ixracatında lider idi və Azərbaycan məhsulunun da tərkibi dəyişməmişdi…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru