Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                 

"Ayrılanda mənə nə deyib onu qapalı iclasda deyəcəyəm" - MTN generalının məhkəməsində mübahisə yaranıb - YENİLƏNDİ
Tarix: 4-08-2017, 11:22 | Çap et
"Ayrılanda mənə nə deyib onu qapalı iclasda deyəcəyəm"
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş Mətləb Mustafayevin bacısı İradə Hümbətova ifadə verib. O, MTN əməkdaşlarının mənzillərində axtarış apardıqlarını, bütün evi dağıtdıqlarını, lakin heç nə tapmadıqlarını deyib.
Mətləb Mustafayev isə deyib ki, həmin axtarış qanunsuz keçirilib. O, Elçin Quliyevi günahlandırıb və onlar arasında mübahisə düşüb. Hakim M. Mustafayevin hərəkətlərinin aktlaşdırılacağını və hüquqi qiymət veriləcəyini deyib.

Daha sonra çıxış edən E. Quliyev deyib ki, onun vəzifəsi əməliyyat məlumatını istintaq orqanına təqdim etmək olub və bunu edib: "Mənim həmin məsələdə başqa rolum olmayıb. Mətləb Mustafayevə qarşı ittihamı prokurorluq da müdafiə edib və barəsində məhkəmə qərarı çıxarılıb. O zaman Ağcabədidə yanacaqdoldurma məntəqəsini partlatmaq istəyirdilər. Biz əməliyyat məlumatını təqdim etdik, lakin hüquq-mühafizə orqanları şübhə ilə yanaşdılar. Bundan sonra mən Zakir Qaralovun yanına gedib məruzə etdim və həmin şəxslər həbs edildi. Mətləb Mustafayevin MTN-də çalışmış qardaşına da hörmətim olub və o məndən öpüşüb-görüşüb ayrılıb. Ayrılanda mənə nə deyib onu qapalı iclasda deyəcəyəm".

Proses avqustun 18-də davam edəcək.


Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


***

İradə Hümbətova bildirib ki, 17 sentyabr 2014-cü il tarixdə həyat yoldaşı ilə birlikdə işdən qayıdan zaman 18:30-da yaşadığı küçənin qara paltarlılar tərəfindən bağlandığını görüb: "Qonşulardan bunun səbəbini soruşdum. Dedilər ki, İldırım Rüstəmova məxsus 15 nömrəli evdə MTN əməkdaşları tərəfindən axtarış aparılır. Təxminən bir saatdan sonra qara paltarlılar getdilər, küçə boşaldı. Qonşular bildirdilər ki, axtarış aparanlar İldırım Rüstəmovun övladının toy əşyalarını, bağlamalarını açıb-töküblər, şoka düşmüş İldırım Rüstəmov onlardan nə axtardıqlarını soruşub. Ona bildiriblər ki, evlərində silah-sursat saxlanıldığı barədə məlumat daxil olub. İldırım Rüstəmov evində silah olmadığını söyləyib. Məsələ burasında idi ki, mənim şəxsiyyət vəsiqəmdə olan ünvan 15 nömrə göstərilib, buna görə də onlar həmin ünvana daxil olublar. Biz evimizə daxil olduq, təxminən yarım saatdan sonra bacımgilə getmək istədik. Həyat yoldaşım qarajdan maşını çıxaran zaman əllərində silah olan qara paltarlılar ərimi mühasirəyə alıb, həyətə daxil oldular. Onlar 15-16 nəfər idilər. Həmin şəxslərdən ikisi hasardan aşıb qaynım Tahir Hümbətovun həyətinə daxil oldular. Onun iki azyaşlı övladının qorxusundan çıxırtısını qonşular eşitdilər. Onlar qaynımın evində olan əşyaları ortalığa tulladılar qarmaqarışlıq yaratdılar. Qaynım evdə olmadığı üçün telefonla ona xəbər verdik. O, təcili evə gəldi. Axtarışı iki qrup aparırdı. Birinə sonradan adını bildiyimiz Elşən Murtuzov, digərinə isə Samir Əliyev adlı müstəntiqlər rəhbərlik edirdi. Biz axtarışda müstəntiqin, hal şahidlərinin və çəkiliş aparanın olmasını tələb etsək də, daha 7-8 nəfər otağa daxil olaraq axtarışa müdaxilə edirdilər. Mən qardaşım Mətləbin yaşadığı mənzilə tapança qoyulduğunu bildiyim üçün evimə kamera çəkən və axtarışda adı keçənlərin mənzilmə gəlməsini tələb etdim. Daha sonra "Quranı Kərim" kitabını götürdüm. Evimə silah və narkotik vasitə keçirən şəxsin "Qurani Kərim" kitabının üstündən keçməsini, özümə xəsarət yetirəcəyimlə bağlı onlara xəbərdarlıq etdim. Otağa keçəndə ərim onlardan məhkəmə qərarını tələb etdi. Müstəntiq qərarı göstərdi. Ona baxanda bildik ki, mənim və qaynımın evində silah və sursat saxlanılması sübut olunduğu yazılmışdı. Onlar axtarışa başladılar. Evin əşyalarını, avadanlıqlarını izah etmədən dağıtdılar, guya axtarış apardılar. Əslində bizə və qardaşlarıma təzyiq etmək üçün bunu edirdilər. Guya, qardaşıma aid flaş-kart, sənədlər axtarırdılar".
"Qardaşım Malik Mustafayevin intihar etməsinə inanmıram", - İ.Hümbətova əlavə edib.
Daha sonra E.Quliyev bildirib ki, Malik və Mətləb Mustafayevlərin epizodu üzrə heç bir günahı yoxdur: "Malik Mustafayevin intihar etməsinə qardaşı Mətləb Mustafayevin məsuliyyətsiz olmasıdır. Malik Mustafayev peşəkar işçi olub, onunla münasibətlərimiz yaxşı idi. Sonuncu dəfə Malik Mustafayevlə xidməti otağımda görüşmüşük. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəm".
E.Quliyev söyləyib ki, axtarışı Antiterror Mərkəzi aparmayıb.
Mətləb Mustafayev isə bildirib ki, Antiterror Mərkəzinin əməkdaşları Ramin Əliyev, İsmayıl Ənsərli, Samir Bayramov axtarışda iştirak ediblər. Həmin şəxslərin axtarışda nə işlərinin olması barədə suala E.Quliyev susaraq cavab verməyib.
Məhkəmənin növbəti prosesi avqustun 18-nə təyin edilib.
*** saat 11:27
Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Malik Mustafayevin epizodu üzrə şahid qismində İradə Hümbətova ifadə verib.
O, zərərçəkmiş Mətləb Mustafayevin bacısı olduğunu, evində MTN əməkdaşlarının qanunsuz axtarış apardığını deyib.
Daha sonra zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, bacısının və intihar edən qardaşı Malikin evində qanunsuz axtarış aparılıb: "Qardaşımın ölümündə günahkar Elçin Quliyev oldu".
Bu zaman E.Quliyev ona cavab qaytararaq, əlini ona uzatmasını istəmədiyini deyib. Hər iki şəxs arasında məhkəmə zalında mübahisə yaranıb.
Hakim tərəflərə xəbərdarlıq edib, zərərçəkmişin barəsində akt tərtib olunmasını istəyib.
Hazırda proses davam etdirilir.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru