Narazılıq yaradan bələdiyyə sədri başçıya güvənir? - İDDİA
Tarix: 28-10-2016, 11:09 | Çap et
Qəzetimizin ötən saylarından birində “Masallının Gəyəçöl bələdiyyəsindən yeni qalmaqal” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda Masallı rayonu, Gəyəçöl kənd bələdiyəsinin keçmiş (əslində, bu sözün burada qətiyyən yerində işlənmədiyi ilə Gəyəçöl sakinləri kimi biz də tamamilə razıyıq) sədri Bəybəla Əsədovun, rəsmi olaraq bu vəzifədən kənarlaşmasından sonra da törətməkdə davam etdiyi özbaşınalıqlardan bəhs olunurdu. Məqalənin başlığında da biz diqqəti belə bir məqama çəkməyə çalışmışıq ki, Bəybəla Əsədovun bütün fəaliyyət dövrü mütəmadi olaraq müxtəlif qalmaqallarla müşayiət olunub. Həm də bu qalmaqallar əksər hallarda sadəcə ictimai müzakirələrlə sona çatmayıb. Ötən yazıda da qeyd etdiyimiz kimi, bələdiyyə sədrinin torpaq maxinasiyaları bir çox hallarda daha arzuolunmaz insidentlərə, o cümlədən əlbəyaxa davalara və döyülmələrə də gətirib-çıxarıb. Məhz elə bir müddət bundan əvvəl baş vermiş belə olaylardan birinin nəticəsində də, Bəybəla Əsədov fiktiv də olsa, tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt dərc olunan məlumatlarda bildirilirdi ki, bələdiyyə sədri əslən Masallı rayonundan olan iş adamı, Rusiya vətəndaşı İlham Abışov tərəfindən ağır xəsarətlər yetirməklə döyülmüşdür. Açıqlamalara görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi də gizli torpaq satışı ilə bağlı aralarında yaranmış mübahisə olub (həqiqətən, başqa səbəb göstərilsəydi, çox təəccüblənərdik). Qeys edək ki, o zaman bu torpaq spekulyasiyasının daha bir iştirakçısı, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi də işdən azad edilmişdi. Lakin, görünür bu vəzifədə onu əvəzləyən Afərin Şükürov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmamışdır. Belə ki, yeni aldığımız məlumatlarda icra nümayəndəsinin Gəyəçöl kəndində törədilən bütün torpaq maxinasiyalarında aktiv iştirak etdiyi bildirilir. Bəybala Əsədov isə, xatırlatdığımız döyülmə olayı səbəbilə, bir müddət Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, törətdiyi maxinasiyaların taktikasında bir dəyişiklik etmək qərarına gəlmişdi. Belə ki, bir tərəfdən özünü sığortalamaq üçün, digər tərəfdən də artıq adının təkcə Masallıda deyil, həmçinin bütün ölkədə həddindən çox tanındığını və deməli lazımsız diqqət cəlb etdiyini nəzərə alaraq, Bəybala Əsədov tutduğu vəzifəni öz gəlini Xəyalə Əsədovaya təhvil verir. Təbii ki, bu zaman bütün faktiki idarəçilik yenə də keçmiş sədrin nəzarətində qalır. Eyni zamanda da, öz acı təcrübəsindən müəyyən nəticələr çıxaran Bəybala Əsədov, bundan sonra artıq fırıldaq əməllərinin qurbanı olacaq adamı müəyyənləşdirərkən, daha ətraflı seçim aparır. Hətta son vaxtlar bu məqsədlə o, daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir. Elə Gəyəçöl kəndində yaşayan Əliyeva Şəhla Haşım qızı tərəfindən təqdim olunmuş ərizədə deyilənlər də bunu təsdiq edir: “Gəyəçöl kəndində yaşadığım ev bizim dədə-baba mülkümüzdür. Bu yaxınlarda isə bilmişəm ki, həmin bizim bu evimiz mənim xəbərim belə olmadan, kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən imkanlı bir şəxsə satılmışdır. Bunun necə mümkün olması mənim ağlıma belə sığmır. Dəfələrlə aidiyyəti olan orqanlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. Bələdiyyə sədri ilə icra nümayəndəsi də, öz çirkin əməllərinə davam etməkdə israrlıdırlar...”
Çox maraqlıdır ki, Bəybala Əsədovun ən müxtəli özbaşınalıqları barədə çeşidli xəbər və məlumatlar dəfələrlə ölkə mətbuatında dərc olunsa da, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu qanunsuzluqların qarşısının alınması istiqamətində indiyədək heç bir addım atılmayıb. Digər tərəfdən də, artıq ardıcıl ikinci icra nümayəndəsinin Bəybala Əsədovun maxinasiyalarına şərik olması, istənilən halda bütün bu olub-bitənlərin bir izinin də məhz icra hakimiyyətinə apardığını deməyə əsas verir...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır - ŞƏRH
Bu gün, 17:48 |
|
|
|
• Mən bir təyyarə qanadıyam... - Aktau limanında...
Bu gün, 17:46 |
|
|
|
• Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:43 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib - SƏRƏNCAM
Bu gün, 17:41 |
|
|
|
• “Spark”ın rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:22 |
|
|
|
• Xırdalanda kişi özünü körpüdən atıb
Bu gün, 17:16 |
|
|
|
• "Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" - "Bild"in şərhi
Bu gün, 17:05 |
|
|
|
• “Təyyarənin içərisində insan qışqırığını eşitdik” - Azərbaycanlıları xilas edən polis
Bu gün, 16:57 |
|
|
|
• İlham Əliyev ilə Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər - TELEFON ZƏNGİ
Bu gün, 16:52 |
|
|
|
• Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:49 |
|
|
|
• Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib
Bu gün, 16:47 |
|
|
|
• Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının kimliyi məlum olub - SİYAHI
Bu gün, 16:46 |
|
|
|
• "HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib - VİDEO
Bu gün, 16:44 |
|
|
|
• Rusiyanın vurduğu təyyarələr: - Prezidentdən tutmuş sıravi insanlaradak..
Bu gün, 16:20 |
|
|
|
• Trampdan gözləntilər: - Hansı sürpizlər olacaq?
Bu gün, 16:19 |
|
|
|
• Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? - ŞƏRH
Bu gün, 16:17 |
|
|
|
• Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib
Bu gün, 16:05 |
|
|
|
• “İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Bu gün, 16:05 |
|
|
|
• Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR - "Aliment ödəyirəm..."
Bu gün, 16:01 |
|
|
|
• Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb
Bu gün, 16:00 |
|
|
|
• ABŞ-dan inanılmaz: - Zurabişvilini “tanımağa” hazırlaşır
Bu gün, 15:59 |
|
|
|
• SEPAH-ın Suriyadakı komandiri tutuldu - "MOUZE"
Bu gün, 15:54 |
|
|
|
• Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı - Hökümə Əliyevanın qardaşı
Bu gün, 15:52 |
|
|
|
• Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." - MÜRACİƏT
Bu gün, 15:44 |
|
|
|
• Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ - "Çox güman ki, yox..."
Bu gün, 15:41 |
|
|
|
• Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib - "Ona görə biz..."
Bu gün, 15:32 |
|
|
|
• Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır - Prezident
Bu gün, 15:30 |
|
|
|
• İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik - İlham Əliyev təyyarə qəzası barədə
Bu gün, 15:27 |
|
|
|
• Prezident Qazaxıstana təşəkkür edib: - Əsl dostluq, qardaşlıq belə olar
Bu gün, 15:26 |
|
|
|
• Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bu gün, 15:15 |
|
|
|
• "Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" - dövlət başçısı
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - İlham Əliyev
Bu gün, 15:09 |
|
|
|
• "Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" - prezident İlham Əliyev
Bu gün, 15:06 |
|
|
|
• Öcalan Türkiyədən nələri istəyir? - Sensasion müraciət
Bu gün, 14:53 |
|
|
|
• Sahibsiz qalan Lənkəran... - AXI NİYƏ?..
Bu gün, 14:50 |
|
|
|
• Vardanyanın işini onlar araşdıracaq - DETALLAR
Bu gün, 14:49 |
|
|
|
• Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib
Bu gün, 14:46 |
|
|
|
• Türkiyə Colaninin iplərini əlində saxlaya biləcəkmi? - “Regnum”
Bu gün, 14:02 |
|
|
|
• Üç qəpiklik dəyər - Yeni sikkələr lazımdırmı?
Bu gün, 14:00 |
|
|
|
• Vüsal Hüseynovun şirkəti qanunsuz həkim işlədibmiş – Cəza
Bu gün, 13:58 |
|
|
|
• Rus ordusu Novotroitskoyeni ələ keçirdi
Bu gün, 13:54 |
|
|
|
• Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir - "Haber Global"
Bu gün, 13:30 |
|
|
|
• Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:28 |
|
|
|
• AZAL təyyarəsinin vurulması təsdiq edir ki... - Davidov
Bu gün, 13:15 |
|
|
|
• “Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” - deputat
Bu gün, 13:13 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir: ittihamlar ədalətli və ağırdır - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
• "Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - FAKT BUDUR!
Bu gün, 12:53 |
|
|
|
• BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` - BU NƏDİ BELƏ?..
Bu gün, 12:49 |
|
|
|
|