Çernobl əlilləri rəhbərliyə qarşı üsyan edir... - ŞİKAYƏT VAR
Tarix: 20-06-2016, 11:34 | Çap et
Mingəçevir şəhərində yaşayan bir qrup Çernobl əlili tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda Cernobl əlillərinə olunan haqsızlıqdan, məmur özbaşınalığından və Çernobl Əlillər Cəmiyyətinin saxta arayışları ilə ev və təqaüd alan bəzi şəxslərin adları açıqlanır. Bu müraciətdən sonra deyilən faktları daha ətraflı araşdırmaq üçün məktub müəllifləri ilə şəxsən görüşüb, onların problemlərini qəzetimizdə işıqlandırmağı qərara aldıq. Əzizov Niyətullah Həmdulla oğlu deyir ki, bütövlükdə Cernobl əlillərinə dövlət tərəfindən kifayət qədər yardım ayrılıb, lakin onlar bu dəstəkdən kənarda qalıb. İstər N.Əzizov, istər fə onun ətrafında olan digər Çernobl əlilləri bu qayğıdan məhrum olunmalarının əsas səbəbini məmur özbaşnalığında görürlər. Dediklərinə görə, Mingəçevir şəhərində Çernobl əlillərinə lazımi yardım ayrılsa da, həmin yardımlar bir qrup məmur tərəfindən hələ də mənimsənilir. Çernobl əlilləri iddia edirlər ki, Azərbaycan Çernobl Əlilləri Cəmiyyətinin rəhbəri Mirhəsən Həsənov və Mingəçevir şəhəri üzrə filialının sədri (həm də 12 region üzrə QHT-nın direktoru) Füzuli Əsədov dəfələrlə kobud qanun pozuntularına yol verərək, Çernobl əlillərini aldadıb, dövlət tərəfindən onlara ayrılmış ərzaq və pul yardımlarını mənimsəyiblər: “Füzuli Əsədov icra aparatı tərəfindən ayrılmış bayram sovqatlarını, hərbidə xidmət etmiş bəzi Çernobl əlillərinə vermək əvəzinə, özləri tərəfindən saxtalaşdırılmış və Çernoblda olmayan bir qrup adama, yaxın qohumlarına verməkdə davam edir”. Şikayətçilər deyir ki, bu məsələ ilə bağlı aidiyyatı qrumlara və təşkilatlara, o cümlədən Mingəçevir şəhər Prokurorluğuna, polisə, məhkəməyə və rayon icra strukturlarına dəfələrlə yazlı şəkildə müraciət etsələr də, onların şikayətinə baxılmır.
“Bir adam qapını döyüb maraqlanmır ki...”
Şikayətçi N.Əzizov deyir ki, SSRİ dönəmindən indiyə qədər çıxılmaz bir vəziyyətdə yaşayırlar: “Bir adam qapını döyüb maraqlanmır ki, görüm burada sağlamlığını itirmiş o adam ölüb, ya qalıb? Biz sağlamlıq baxımından həyatdan məhrum olmuş insanlarıq. Evimiz yox, kirayələrdə qalırıq. Sağlam ailəmiz yox ki, baxıb qəlbimiz açılsın. Biz Çernoblda sağlamlığımızı itirdiyimiz üçün, bizim övladlarımız da sağlamlıq baxımından həyatdan məhrum olublar, əbədi sikəst böyüyürlər. Bizim haqqımıza girən bir sıra oğru tayfalara demək istəyirik ki, 140, ya da 150 manatla onlar öz ailələrini saxlaya bilərlərmi? Nəinki, ailə saxlamaq, hətta tək adama da o pul çatmaz. Çünki kirayə tutduğumuz evin aylıq qiyməti elə 140-150 manatdır. 1990-cı ildə Mingəçevir şəhərində, yeni avtovağzalla üzbəüz Çernobl əlillərinə 10 hektar və “Az.gres” qəsəbəsində 5 hektar torpaq ayrılmışdı. 1995-ci ildə torpağı ulu öndərimiz Heydər Əliyev pay şəklində Çernobl əlillərinə bağışlamışdır. Ancaq F.Əsədov, M.Həsənov icra aparatında çalışan Ə.Sahib, Ə.Mahir və Etibar məllim kimi məmurlar əlillərin həmin torpaqlara yiyələnməsinə, sənədləşdirməsinə maneəçilik törədirlər. Bu vaxta qədər F.Əsədovla M.Həsənov torpaqları icarəyə verib, əlil həmkarlarına vermədən bu pulları mənimsəyiblər. Onu da əlavə edim ki, 2 hektarı da hansı vasitəyləsə mənimsəyiblər. Biz oraya 6 mindən çox ağac əkmişdik, F.Əsədov ağacları kəsdirib, yerinə yonca və arpa əkdirib, xeyli sayda xeyir götürür. Bu haqsızlığa və ədalətsizliyə nə vaxta qədər dözməliyik?! Niyə yuxarı təşkilatlar belə məmur özbaşınalığına göz yumurlar? Mingəçevirdə AES əlillərinə dövlət tərəfindən verilmiş obyektlər var idi (televizor, ayaqqabı təmiri sexi, bərbərxana, üç dənə ofis, çexol sexi, mağazalar və s.), F.Əsədov həmin obyektləri özəlləşdirib satıb. Əlil yoldaşlarına isə heç nə vermədən pulu mənimsəmişdir. Hər-kəs və adıçəkilən məmurlar çox yaxşı bilirlər ki, Çernobl əlillərinə hər il dövlət tərəfindən pul yardımları ayrılır. Ancaq M.Həsənovun ucbatından əlillərin 3% -indən başqa heç kim o pulu almayıb. Halbuki, bu yardım bütün Çernobl iştirakçılarına şamildir. Amma M Həsənov, F Əsədov, Ə.Sahib, Ə.Mahir və Etibar adlı bu şəxslər tərəfindən öz şəxsi ata mülkləri kimi mənimsənilir”.
“Bizim adımızı siyahıya salmayıblar”
Şikayətçi deyir ki, bu məsələ ilə bağlı nazir Səlim Müslümovun qəbulunda olublar: “S Müslümov öz işçisi olan Saday müəllimdən soruşdu ki, niyə əlillərin 97%-i maddi yardımı almayıb? Saday müəllimin cavabı bu oldu ki, M.Həsənovun bizə verdiyi siyahıda həmin Çernobl əlillərinin adları olmayıb və biz həmin siyahıda adları gedən əlillərə pul buraxmışıq. Deməli, belə çixir ki, kimlər M.Həsənova yaltaqlansa, onların adını siyahıya salacaq?”Çernobl əlilləri rəhbərliyə qarşı üsyan edir... N.Əzizov deyir ki, Mingəçevirdə son illər 48 nəfər Çernobl əlili dünyasını dəyişib: “Qanunla dünyasını dəyişən əlillərə minumum əmək haqqının 10 misli düşür. Ancaq Mirhəsən Həsənov rəhmətə gedənlərin ailəsindən ölüm sənədlərini yığsa da, pulu vermir. M.Həsənov rəhmətə gedən əlillərin həyat yoldaşlarına torpaq verməkdən də imtina edir. Hazırda Çernobl əlillərinin təqaüdləri çox aşağıdır. Biz heç olmasa ildə 3-4 dəfə müalicə götürməliyik. Amma aldığımız təqaüdlər 140-150 manat civarında olduğuna görə, bizə çatmır. Cənab nazirimiz S.Müslümov söz vermişdi ki, 2006-cı ilə qədər təqaüdə çıxanların təqaüdləri indeksləşdirilib təzədən hesablanacaq, amma on il keçməsinə baxmayaraq hələ də gözləyirik”.
“Əlillərin 7-8 aylıq prezident təqaüdü hələ də verilməyib”
Çernobl əlili onu da əlavə etdi ki, 10 il ərizndə TSEK məmurları tərəfindən hərbi xidmət zamanı zədə almış Çernobl əlillərinin təqaüdləri peşə xəstəliyi kimi hesablnıb: “Lakin kimlərinsə səhvləri ucbatından zərərini də qaytarıb ödəmədilər. Bu olaylardan sonrada 10 sentyabr 2008-ci ildə çıxan qərarla əlaqədar hərbi toplanışla, aparılmış Çernobl əlillərini tora salıb prezident təqaüdü ilə əlaqədar 160-300 manat rüşvət yığan F.Əsədovla M.Həsənovun ucbatından əlillərin 7-8 aylıq prezident təqaüdü hələ də verilməyib. Biz maşın növbəsinə durmaq üçün f-88 sənəddən ötrü, həkimlərə müraciət edəndə Mingəçevir şəhər 2 №-li poliklinikanın bəzi həkimləri bizi incidirlər. Konkret olaraq baş həkim Nailə xanım, mavini N.Dilbazi, əsəb həkkimi C.Cəfərov və şəhər baş həkimin müavini İlham həkim. Rüşvət verməyəndə deyirlər ki, bizə yuxarıdan tapşırıq var”.
“İldə 30 manat da üzvlük haqqı yığırlar”
Şikayətçi onu da dedi ki, Çernobl əlilləri ev növbəsinə də rüçvət ilə yazılır: “Mingəçevir şəhər icra aparatında hüquq üzrə şöbə müdüri Ə.Mahir evi olmayan və yataqxanada yaşayan Çernobl əlillərini 500 manat rüşvət verdiyi zaman ev növbəsinə götürür. Səbəbini soruşanda deyir ki, prezidentin qərarı var, Qarabağ və şəhid ailələri evnən təmin olunandan sonra sizi ev növbəsinə götürəcəyik. Əgər həqiqətən də belədirsə, F.Əsədov necə növbədənkənar ev aldı? Yaxud rüşvət almamısansa, qalanları niyə ev növbəsinə götürmüsən? Çox maraqlıdır, Mirhəsən Həsənov görəsən dövlət tərəfindən verilən pulsuz maşına necə yiyələnə bildi. Yaxud da, Sumqayıt üzrə Çernobl Əlilləri Cəmiyyətinin sədri Bəylər Hacıyev necə pulsuz maşına sahib dura bildi? Bəs görəsən Mingəçevir şəhər Çernobl Əlilləri Cəmiyyətinin sədri Füzuli Əsədov niyə pulsuz verilən maşına yiyələnə bilmədi? Onlar düşünür ki, kiməsə rüşvət verib maşın almaqdansa, Çernobl əlillərini aldadıb 160-300 manatdan pul yığıb “Jip Nissan” almaq daha sərfəlidir və həm də büdcələrinə uyğundur. Hələ əlillərin təqaüdlərinə də göz dikib, ildə 30 manat üzvlük haqqı da yığırlar”. Niyyətullah Əzizov problemlərinin həlli ilə bağlı yetkili şəxslərə də müraciət etdi: “Nazir Səlim Müslümovdan xahişimiz budur ki, biz Mingəçevir şəhər Çernobl əlillərinin haqlarını tapdalayan cinayətkarları araşdırıb üzə çıxartmaq üçün Mingəçevir şəhərinə komissiya göndərəsin və onlar gəlib birinci bizi görsün ki, deyilən faktları araşdırmağa kömək edə bilək”. Onun sözlərinə görə, bu məsələ ilə bağlı bütün güc strukturlarına yazılı müracit ediblər: “Bizim işimizə baxılmadığını görüb, məcbur olduq ki, prezidentə, XİN-ə, DİN-ə, MTN-ə, Baş Prokurorluğa, Milli Məclisə və İnsan Hüquqları üzrə Ombudsman Elmira Süleymanovaya müraciyət edək. Əfsuslar olsun ki, hələ də şikayətlərimizə baxan olmayıb. Düşünürük ki, bu dəfə də şikayətimiz baxılmamış qalsa, Azərbaycan vətəndaşdıqından imtina edib, xarici dövlətlərdən sığınacaq istəyək”. Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində yaşayan bir qrup Çernobl əlilləri tərəfindən də redaksiyamıza analoji şikayət məktub daxil olmuşdu. Məktubda əlillərə qarşı haqsızlıqlardan bəhs edilirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
• Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21 |
|
|
|
• "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17 |
|
|
|
• Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12 |
|
|
|
• "Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07 |
|
|
|
• “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59 |
|
|
|
• 'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56 |
|
|
|
• “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15 |
|
|
|
• Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41 |
|
|
|
• ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36 |
|
|
|
• ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33 |
|
|
|
• Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31 |
|
|
|
• İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02 |
|
|
|
• Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12 |
|
|
|
• Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08 |
|
|
|
• Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01 |
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31 |
|
|
|
|