"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                 

TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ
Tarix: 2-07-2012, 13:11 | Çap et
TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ

“BİRDƏN MİTİNQLƏRƏ QATILARSINIZ!”

"Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm.

Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm.

Görürəm ki, bu aksiya iyrəncdir.

Heç kim açıq söz demir.

Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb..."


Ötən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıldı. Ölkədə hətta adı belə köhnə qurumla eyni olan bu yeni təşkilata münasibət birmənalı deyil. Kinematoqrafçılar İttifaqının keçmiş katibi kulturoloq Rəhman Bədəlov verilişimizə üz tutub yeni yaradılmış qurum barədə fikirlərini bildirmək istədi.

- Rəhman müəllim, ölkədə alternativ kino ittifaqı yarandı. Yəqin ki, buna münasibət bildirəcəksiniz. Amma icazə verin soruşum, siz uzun illər bu təşkilatın katibi deyildinizmi?

- Elədir. O təşkilatın katiblərindən biri idim. Son qurultayda rəsmi istefaya çıxdım. Səbəbini də deyə bilərəm. Mən əslində kino tənqidi və kinoşünaslığa müəyyən bir təkan verməliydim. Gördüm ki, öhdəsindən gələ bilmirəm. Məsələ mənim zəif işləməyimlə bağlı deyildi. Bəlkə də, daha fəal ola bilərdim. Bunu inkar etmirəm. Amma bu da heç nəyi dəyişə bilməzdi. Kino ilə bağlı jurnalistlər yazır, İncəsənət Universiteti mütəxəssis hazırlayır. Orada kafedralar var, dərs keçirlər. Akademiyada şöbə var. Yəni bunlar rəsmi, bu peşəylə məşğul olan adamlardır. Onlar bir iş görməsələr, heç nəyi dəyişmək mümkün deyil. Əgər kimsə desə ki, ittifaq zəif işləyir, ona görə bu sahə zəifdir, olduqca gülünc arqument olar. Mən gördüm acizəm və rəsmi olaraq ittifaqdan çıxdım. Bu, bir. İkincisi də, dinləyicilərə demək istəyirəm ki, mən özüm danışmaq üçün bura gəldim.

İstədim ki, bu aksiya ilə bağlı öz sözümü deyim. Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm. Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm. Görürəm ki, bu aksiya iyrəncdir. Heç kim açıq söz demir. Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb. Çox istərdim ki, bizdə müxtəlif təşkilatlar yaransın. Vətəndaş təşəbbüsləri olsun. Amma təəssüf ki «yeni ittifaq» vətəndaşların, sənət adamlarının təşəbbüsü ilə yaranmayıb. Biz yaxşı başa düşürük ki, bu aksiyanın arxasında dayanan müəyyən adamlar var.

- Rəhman müəllim, katiblikdən getməyinizin səbəbini açıqladınız. Bayaq adını çəkdiyiniz təşkilatlar—birbaşa bu peşəylə məşğul olanlar niyə kinoya kömək etmək istəmirlər?

- Məsələ onda deyil ki, kömək etmək istəmirlər. Ondadır ki, işlər belə qurulub.

Mədəniyyət Universiteti hər il kinoşünaslar hazırlayır. Amma bizdə demək olar ki, kinoşünas yoxdur...Deməli, işlər normal qurulmayıb. Bəs onlar niyə boşuna işləyirlər? Akademiyada da kino ilə bağlı ciddi işlər aparmaq qeyri-mümkündür. Səbəbi odur ki, real kino çoxdan problemlərdən uzaqdır. Dövlətdən, büdcədən maliyyələşən belə təşkilatlarda ciddi islahata ehtiyac olduğu bir zamanda belə bir gülünc aksiyanın keçirilməsi təəccüb doğurur. Guya konfrans çağırılır. Tədbirin adına baxın—«Kino və konseptual məsələlər». Bu nə deməkdir? Çox savadsız bir addır. O tədbirdə bu barədə - kinonun konseptual məsələləri barədə kim danışıb? Bilmirəm, məlumatım yoxdur.

Mətni çap eləməyiblər. Demək, əsas səbəb aydındır: Rüstəm İbrahimbəyova zərbə vurulsun! Biz onsuz da o qədər parçalanmışıq ki, təzədən kino dünyasına nifaq salmağın, bir qrupu o birinə qarşı qoymağın xeyri olmayacaq. Onu da deyim ki R. İbrahimbəyovla heç vaxt dost olmamışam. Hətta münasibətlərimizdə müəyyən gərginlik də var. Amma belə hallarda söhbət şəxsi münasibətlərdən getməməlidir. Mənə əvvəllər də deyən vardı ki, Rüstəm istefaya getməlidir! Soruşurdum, yaxşı, onda arqumentinizi mənə deyin. Mənə deyirlər ki, elə adam gəlməlidir ki, o dövlətin adamı olsun, onu dövlət dəstəkləsin. Elə olsa, bizə də kömək olacaq. Deməli, kimsə ağalıq edir və o ağa deyir ki, sən mənə qulluq elə, mən də sənə pul verim...Hamı bu məntiqlə hərəkət edir. Və bunu deyənlər hər şeyə tam təbii baxırlar. Belə çıxır, bütün cəmiyyət ağaya və nökərə dönməlidir. Hər şey o prinsiplə qurulmalıdır. Heç kəs etiraz etmir ki, bu mümkün deyil. Ağa-nökər münasibətləri ilə cəmiyyət qurulmaz! Məsələn, Şəfiqə Məmmədova ilə mənim normal münasibətlərim var...

- ...Məncə, hətta qohumluğunuz çatır...

- Hə, həm də qohumuq. Əzizim Şəfiqə! Sən 31 il qabaq kinoda çəkilmisən. Heç demirəm, ona görə çəkilmisən ki, Rüstəm vardı...Sən 31 il kino ilə bağlı olmamısan. Bəs necə rəhbərlik edəcəksən? Artıq eşidirəm ki, Nikita Mixalkov ona təbrik göndərib.
Yəni Nikita Mixalkovu da Azərbaycan kinosunun taleyi maraqlandırır, həqiqət maraqlandırır. Belə iyrənc işlər görüləndə, özümə borc bilirəm ki, sözümü deyim. Hətta tək olsam da, Don-Kixota bənzəsəm də, sözümü deməliyəm.

- Rəhman müəllim, sizin dediyinizdən belə çıxır ki, onlar bu qurumun yaranmasına ona görə razı olublar ki, başçısı Rüstəm bəy olmasın və dövlət bu quruma maliyyə ayırsın?

- Təbii. Bizdə Sovet vaxtından qəribə prinsip qalıb. Yaradıcı təşkilatları dövlət yaradır. Bu gizli deyil. Amma bizdə iki təşkilat—Yazıçılar və Bəstəkarlar İttifaqları büdcədən maliyyələşir. O birilər pul almır. Deyirlər ki, Kino İttifaqı pis işləyir. Müqayisə edin görək kimdən pis işləyir? Fikrimcə, o birilərlə müqayisədə heç də pis işləmir. Əksinə, 90-cı illərdən başlayaraq bu təşkilatın nəzdində kinonun islahatı ilə bağlı xeyli təkliflər olub. Festivallar keçirilib, Kino məktəbi yaranıb.

Demirəm ki o işlər parlaq olub, ciddi tənqidə ehtiyac var.

Bir adama zərbə vurmaq üçün o qədər adamı yığıb onlardan iyrənc hərəkət tələb edirsiniz. Onlar da müəyyən məqsədlərlə bu tələblə razılaşır. Biri deyir, bəlkə film verdilər çəkdim, o biri deyir bəlkə vəzifə verdilər, başqası fikirləşir ki, bəlkə əmlaklarını da əlindən aldılar, mən ondan istifadə elədim...Həm də bu adamların çoxu cavan deyillər! Ömürlərinin son mərhələsini yaşayırlar mənim kimi...Fikirləşirəm ki, doğrudanmı bir manat qazanmaq naminə vicdan əzabını unutmaq olar? Bax, bu məni sarsıdır...

- Yeri gəlmişkən, o tədbirdə olanların biri—rejissor Vaqif Mustafayev açıq deyib ki, Kino İttifaqı yaxşı işləmir...

- Vaqif Mustafayev yeganə adamdır ki, tədbirdə riyakarcasına danışmayıb. O birbaşa Rüstəmə qarşı çıxış edib, adını çəkib və mətləbini gizlətməyib. Məsələ bundadır ki, Vaqif Mustafayev heç bir təşkilatda işləyə bilməz. Tanınmış sənətkardır, bir neçə yaxşı filmi var. Amma intriqa sevəndir. İntriqa olan yerdə o özünü sərbəst hiss edir. Aydındır ki, belə bir ab-hava onun üçün normaldır. Əgər siz kinonu fitnə-fəsad üstündə qurmaq istəyirsinizsə, bu başqa məsələ. Mən inanıram ki, o təşkilatda bir ildən sonra xeyli fitnə-fəsad qaynayacaq. İttifaqda da o həmişə dağıdıcı rol oynayıb. İndi o adam guya həqiqəti, ədaləti müdafiə edir. Əslində isə bu, iyrənc hərəkətlərdir. Təəssüf ki, mən başqa söz tapmıram.

- Bizim müxbirimiz Şahnaz Bəylərqızı Rüstəm İbrahimbəyovdan müsahibə alıb. Soruşub ki, birdən yeni quruma hökumət maliyyə ayırsa, bu həmin qurumun hökumətin sifarişi ilə yaradılması deməkdirmi?

- Təbii...

- Elə Rüstəm bəy də belə cavab verib.

- İndi özünüz fikirləşin, o tədbirdə Nazirlər Kabinetinin müavini, nazirlər iştirak ediblər. Onlar adətən, elə tədbirlərə gəlmirlər. Demək, bu aksiya düşünülüb, bu aksiya heç də kino işçilərinin təşəbbüsü deyil. Açıq-aydın bizim hər birimizə deyirlər ki, siz vətəndaş mövqeyinizi göstərməyin. Birdən fərqli fikirlər deyərsiniz! Birdən mitinqlərə qatılarsınız! Düzdür, orada olanların heç biri müxalif mövqedə olan deyillər. Amma hər bir halda cavanlar üçün bu bir dərsdir ki, əgər başqa fikrə düşsəz, hər şeydən məhrum olacaqsınız...Etiraf edək ki, Rüstəm İbrahimbəyov bizim mədəniyyətimizdə nəhəng simadır. O yaşda, o nəsildən, o səviyyəli adamlarımız azdır. Hətta buna da baxmadılar. Nə Oskara, nə Legion Ordeninə, nə Moskvadakı nüfuzuna. Bildirdilər ki, kim bizə qarşı söz deyəcəksə, sonu belə olacaq...O adamlarınsa köləlik xoşlarına gəlir. Yenə vurğulayıram ki, ağa-nökər münasibətləri təkcə kino üçün yox, bütün cəmiyyət üçün dağıdıcıdır.

- Rəhman Bədəlov niyə «Bizim cəmiyyətdə nonkomformistlərə ehtiyac var?–dedi?

- Niyə «Ayaz Salayev bu dəstəyə girsə də, sabah heç bir iş görə bilməyəcək, normal kino çəkə bilməycək»—fikrinə gəldi?

- Jan Jak Russonun «İnsanlar əvvəlcə məcburən kölə olublar, sonra isə öz xoşlarıyla» - məşhur deyimini xatırladı?

- Və nəhayət, yeni qurumun qurucularına hansı mesajı göndərdi?

Ən yaxşısı, verilişə bu səhifədən qulaq asmaqdır. Həftənin ən son mədəniyyət xəbərlərindən də soraq ala bilərsiniz. / Azadlıq Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru