BORÇALI TÜRKLƏRİ ÜÇÜN “GÜRCÜ ARZUSU”
Tarix: 25-06-2012, 11:25 | Çap et
“GÜRCÜSTAN ETNİK YOX, DÖVLƏT CƏHƏTDƏN MİLLİ OLACAQ”
Gürcüstanın seçkiöncəsi müxalifət siyasi koalisiyası «Gürcü arzusu» Kvemo-Kartlidə (Borçalı) – azərbaycanlıların kompakt yaşadığı bölgədə Mühafizəkarlar Partiyasının lideri, məşhur siyasi xadim Zviad Dzidziqurini öz kuratoru seçib.
Dzidziquri hesab edir ki, gələcək hakimiyyət üçün əsas vəzifə işsizlik və səhiyyə problemlərinin həlli, xarici siyasətdə isə Rusiya ilə münasibətlərin normallaşmasıdır.
«Turan» agentliyinə müsahibəsində Dzidziquri oktyabrdakı parlament seçkiləri ərəfəsində koalisiyanın seçkiöncəsi kampaniyasının gedişi, «Gürcü arzusu»nun taktika və strategiyası barədə danışıb.
Sual: Siz həmişə müxalifətdə olmusunuz – əvvəlcə Şevardnadze rejiminə qarşı, sonra Saakaşvinin parlament müxalifəti, daha sonra «Gürcü arzusu» koalisiyasına daxil olmusunuz. Yeni hərəkat çərçivəsində nəyə nail olmaq istəyirsiniz?
Cavab: Məşhur xeyriyyəçi və biznesmen Bidzina İvanişvili bir neçə ay qabaq - 2011-ci ilin oktyabrında müxalifətə keçdi. Aparıcı siyasi güclər onun ətrafına toplaşdı və «Gürcü arzusu» koalisiyası formalaşdı. Koalisiya bu payız hakimiyyətə gəlməyə hazırdır. Regional cəhətdən koalisiyanın taktikası bundan ibarətdir: hər bir siyasi lider bir regiona cavabdehdir, bu isə özünəməxsus siyasi kuratorluqdur. Siyasi kuratorluq taktikası ilə Gürcüstan vətəndaşlarının aktivliyini artırmaq və seçkilərdə daha çox səs toplamaq istəyirik. Koalisiya təkcə parlament çoxluğu yox, həm də icra hakimiyyəti olmaq istəyir.
Siyasi cəhətdən diqqətdən tamamilə kənarda qalan Kvemo-Kartli regionuna məni göndərmək qərara alındı. Siyasi müxalifət Kvemo-Kartlidə əhalinin problemlərini həll etməyə kömək edəcək proqramları tam aktivləşdirməlidir. Bu regionun əhalisi diqqətdən kənarda qalıb. Hökumət neçə illərdir buradakı insanları aldadır. İnsanlar torpaqsızlıqdan, su problemi, bahalı elektrik enerjisi tarifləri, vergi, yolların pis olmasından əziyyət çəkir. Kənd təsərrüfatında da çoxlu problemlər var.
Xatırladım ki, Kvemo-Kartli ən zəngin kənd təsərrüfatı regionlarındandır. Bir çox yerlərdə, məsələn, Marneulidə, Bolnisidə ildə iki dəfə məhsul yığılır. Amma burada əhali kasıbdır. Bu gün azərbaycanlıların yaşadığı kəndləri gəzərkən şahidi oldum ki, qışda olduğu kimi yayda da mal-qara tövləyə salınır. Kəndlərin çoxunda vəziyyət belədir.
Biz elə ölkə qurmaq istəyirik ki, etnik cəhətdən yox, dövlət mənasında milli olsun.
Elə bir Gürcüstan arzu edirəm ki, orada azərbaycanlılar, ruslar, gürcülər və başqa xalqlar Gürcüstan siyasi məkanına inteqrasiya olunsun, ölkənin birləşməsi və xilasında bərabər hüquqla iştirak etsinlər.
Demokratik strukturlar, məhkəmələr, parlament, mətbuat, biznes azadlığı bütün Gürcüstanı narahat edən məsələlərdir. Nə qədər ki, dövlət başçısı Saakaşvilidir, bunlar ölkənin inkişafına əngəl olacaq. O, PR ustasıdır, beynəlxalq arenada saxta imici yaradılıb. Guya böyük demokratdır, əslində Saakaşvili əhalinin 80%-i işsiz, sosial fon çox aşağı olan ölkədə tipik avtokratdır. Büdcə vəsaitləri çox vaxt onun dəbdəbəli tədbirlərinin keçirilməsinə xərclənir. Milyon və milyardlarla vəsait xalqa heç bir faydası dəyməyən, Sakaşvilinin PR-a xidmət edən tədbirlərə xərclənir. Bahalı otellər, konsertlər, dekorativ tikintilər hamısı Saakaşvilinin əyləncə predmetidir. Bu gün öz xalqı ilə maraqlanmaq əvəzinə o, tamaşalar göstərir. Bütün bunları dəyişməli, etnik mənsubiyyətindən asılı olmayaraq, Gürcüstan əhalisini narahat edən problemləri həll etməliyik. Bu problemlər əsasən, kənd təsərrüfatı, təhsil və səhiyyə sahəsindədir. Bizim siyasi koalisiya öz proqramının çox hissəsini dərc edib və o, əhalinin çox hissəsinə gerçəkdən kömək edəcək.
Sual: Sizin mitinqlərdə Gürcüstanın ağ-qırmızı bayraqları ilə yanaşı, koalisiyanın göy bayrağı, NATO və Avropa İttifaqının bayrağı üstünlük təşkil edir. Amma sizi Rusiyayönlü qüvvə adlandırırlar.
Cavab: Koalisiyanın əsas istiqaməti NATO və Avrostrukturlara inteqrasiya, eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşmasıdır. Əgər normal ölkə olmaq istəyiriksə, qonşu ölkə ilə münasibətləri düzəltmək hava və su kimi lazımdır. Bu gün Rusiya-Gürcüstan münasibətlərində olan gərginlik Gürcüstan üçün çox dağıdıcı təsirə malikdir. Ona görə koalisiyanın əsas vəzifələrindən biri bu ölkə ilə münasibətlərin qaydaya salınmasıdır. Amma xarici siyasətdə əsas oriyentirimiz Avrostrukturlar və Avropaya inteqrasiyada aktiv iştirakdır.
Sual: Siz və Gürcüstan müxalifətinin başqa nümayəndələri bu il iki ölkənin elitası arasında dialoq qurmaq üçün Moskvada olmusunuz. Həmçinin deyirsiniz ki, gürcülərin 80 faizdən çoxu Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyir. Gerçəkdən belədir? Cavab: Rusiya-Gürcüstan münasibətlərinin qaydaya salınmasına Gürcüstan əhalisinin çoxu dəstək verir. Bizm üçün bu, xalqın tələbi, hətta əmridir və onu yerinə yetirmək lazımdır. Bu istiqamətdə addım atacağıq və liderimiz Bidzina İvanişvili bunu dəfələrlə deyib.
Sual: Partiyanızın mollətçi olduğunu deyirlər. Bunu necə anlamalı?
Cavab: Partiyamız milli partiyadır, amma etnik milli partiya deyil. Biz dövlət millətçiliyinin tərəfdarıyıq. Bunu belə başa düşürük ki, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bütün dövlət strukturları, biznes, mədəni sahə və s.-də inteqrasiya olunmalıdır. Bunun üçün dövlət öz yaxşı münasibətini təsbit etməli və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın qayğısına qalmalıdır.
Sual: Kvemo-Kartlidən seçilmək istəyirsiniz. Buranın əhalisinə hansı gələcəyi vəd edirsiniz?
Cavab: Mən Kvemo-Kartlidə fəaliyyətə başlayandan «Gürcü arzusu»nun bəyannaməsini müxtəlif dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə etməyə başladıq. Bu, doğrudur, çünki azərbaycanlı əhalini öz doğma dilində məqsəd və vəzifələrimizlə tanış edirik. Mən sizə bu müsahibəni verəndə işçi çoxtirajlı koalisiya qəzeti «Gürcü arzusu»nu azərbaycanca çapa hazırlayır. Məqsəd platformamızı aydın və operativ şəkildə azərbaycanlılara çatdırmaqdır. Düşünürəm ki, azərbaycanlı qardaşlar və başqa etnik qruplarla ölkəmizi birgə qurmalıyıq.
Hazırda Kvemo-Kartlidəyəm. Bidzina İvanişvilinin koalisiyası mənə tapırıb ki, yerli əhalini narahat edən problemləri pasportlaşdırım. Bu işin nəticəsi koalisiyaya təqdim ediləcək və problemlərin həlli yolunu müzakirə edəcəyik. Azərbaycan kəndlərinin problemlərinin öyrənilməsinə daha çox diqqət ayıracağıq, çünki gürcü kəndlərinin problemləri ilə az-çox tanışıq. Qeyd edim ki, bizim siyasi müxalifətin əvvəllər Kvemo-Kartlidə işləmək imkanı olmayıb. Bunun subyektiv və obyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, region dil baryeri, məhdud maliyyə imkanları, insan resursları nöqteyi-nəzərdən çətin əl çatandır. Bu gün Bidzina İvanişvilinin siyasi səhnəyə gəlişi ilə bağlı bu resurslar var. Kvemo-Kartlinin və başqa regionların problemlərini öyrənməyə və həll yollarını axtarmağa hazırlaşırıq.
Sual: İyunun əvvəlində demişdiniz ki, Bidzina İvanişvili hətta konstitusiyaya dəyişikliklərdən istifadə etmədən baş nazir olacaq. Qələbəyə bu cür inam sizdə hardandır?
Cavab: Əgər Gürcüstanda hadisələrin inkişafını kənardan izləsəniz, görərsiniz ki, Tbilisidə mitinqlərdə 200 000 min, Kutaisidə 55 000, Quriyada 110 000 seçici Bidzina İvanişviliyə dəstək verir. Praktik olaraq, seçicilərin üçdə biri Bidzina İvanişvilini müdafiə edir. Bütün ölkə üzrə vəziyyətin bu cür olması inanmağa əsas verir ki, ölkə əhalisinin çoxu siyasi müxalifətin lideri Bidzina İvanişvilinin tərəfindədir. Əminəm ki, o, baş nazir olacaq. Ona görə ölkədəki vəziyyəti diqqətlə öyrənir, ona məlumat veririk ki, hakimiyyətə gələndən sonra operativ olaraq cəmiyyəti narahat edən birinci dərəcəli problemlərin həllinə başlasın.
Yekunda bu müsahibəni oxuyan hər kəsə uğurlar arzulayır, bir daha demək istəyirəm ki, daim Azərbaycan-Gürcüstan dostluğunu daha da gücləndirəcək məsələlər üzərində işləyirik. Məncə, Azərbaycanla Gürcüstan arasında dostluq, qardaşlıq münasibətlərinin olması dövlətlətimizin marağındadır. Əminliklə demək istıərdim ki, «Gürcü arzusu» koalisiyası hakimiyyətə gələndən sonra dostluq münasibətlərimiz daha da dərinləşəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
|