Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                 

MƏMURLARIN NARKOMAN BALALARI
Tarix: 23-06-2012, 12:20 | Çap et
MƏMURLARIN NARKOMAN BALALARI

SİYAHIDA HANSI MƏMUR ÖVLADLARININ ADLARI VAR?

Dünyanın əksər bölgələri kimi, Azərbaycanda da narkomaniya sürətlə genişlənir, baxmayaraq ki, buna qarşı rəsmi səviyyədə müxtəlif mübarizə tədbirləri aparılır. Rəsmi statistikada Azərbaycanda narkotiklərdən istifadə və onların qanunsuz satışı ilə bağlı faktlar ildən-ilə artır. Daxili işlər orqanlarının əməkdaşları hər gün narkotiklərlə bağlı onlarla cinayət faktı aşkar edirlər. Amma problem aktuallğını saxlamaqdadır...

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatına görə, əgər 2000-ci ildə Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkomanların sayı 14010 nəfər olubsa, 10 il sonra – 2010-cu ildə bu göstərici 24875 nəfərə çatıb. Fikir veririsinizsə, 10 il ərzində rəsmi qeydiyyata düşən narkomanların sayı 10 min nəfər artıb. Hazıra həmin rəqəm 26 mini ötüb... Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda göstərilən rəqəmdən bir neçə dəfə çox narkoman var.

Mütəxəssislər bildirirlər ki, Azərbaycanda istifadə olunan narkotik maddələr əsasən anaşa, tiryək, heroin, ekstazi, həşiş, kokaindir. Məlumatlara görə ölkəmizdə narkotikin hər növünün öz alıcı təbəqəsi formalaşıb. Anaşa və tiryəkdən maddi imkanları aşağı olanlar, heroindən isə həm imkanlılar, həm də daha təcrübəli narkomanlar istifadə edirlər.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının da aylıq məlumatlarında da zərərli vərdişin aludəçilərinin müxtəlif vasitələrdən-marixuana, həşiş, tiryək, heroin, həb, ampula diazepamdan istifadəsinə dair faktlar yer alır.

Vəzifəli şəxslərin narkomaniyaya tutulan övladlarının isə əsasən bahalı uyuşdurucu həblərdən istifadə etdiyi bildirilir. Bəli vəzifəli məmurların övladları... Məmur övladları arasında narkomanların çoxluq təşkil etdiyi artəq rəsmi səviyyədə etiraf olunub.

Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bir neçə gün öncə məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etsə də, onların adını açıqlamaq istəməyib:

«Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik bunu almağa vəsaiti yoxdur».
Ə. Həsənov məmurlara sərt mesaj ünvanlayıb: «Bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam».
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin qonşuluğunda yaşayan sakinlərin Modern.az-a bildirdiklərinə görə, bu tibb müəssisəsinə tez-tez müxtəlif bahalı maşınlar gəlib-gedir. Onların məmur övladlarını müalicə və müayinəyə gətirib-apardığı avtomobillər olduğu qeyd edilir.

Bəs qanunla narkotik aludəçisi olan şəxslərin adlarının açıqlanması necə tənmizlənir? Bu hansı hallarda mümkün olur?

Modern.az-ın əməkdaşı bununla bağlı müvafiq şəxslərdən cavab öyrənməyə çalışıb.

Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova Modern.az saytına bildirib ki, 2011-ci il statistikasına görə ölkədə 26 min 716 nəfər narkotik aludəçisi var. Lakin o, qeyd edib ki, onlar öz xəsətlərinin adlarını heç bir halda açıqlamırlar.

Yalnız bir istisna var: “Biz heç bir yerə xəstələrimizin adını göndərmirik. Ancaq məhkəmənin sorğusu olanda onların adlarını göndədirik”.

O, bu siyahıda məmur övladlarının adlarının xüsusilə seçilib göndərilmədiyini qeyd edib. “Yox, biz narkomaniyaya düçar olan məmur övladlarını seçib göndərmirik, adlar və soyadlar veriləndə, orada yazılmır ki. Bu, filan məmurun oğludur”.

Hüquqşunas Aslan İsmayılov isə məsələ ilə bağlı belə izahat verib?

“Əli Həsənov Azərbaycanda narkotiklərə qarşı mübarizə aparan Dövlət Komissiyasının sədridir, bu çox səlahiyyətli bir orqandır və onların sorğularına hamı cavab verir, araşdırmalar aparırlar. Əli Həsənovun dedikləri həqiqətə yəqin uyğundur, amma başa düşmədiyim bir məqam var. Bu qədər böyük vəzifə tutan şəxs - komissiyanın sədri, Baş nazirin müavini nə üçün bunun cinayət olduğunu bilə-bilə məmurların narkoman övladları barədə hüquq-mühafizə orqanlarına məlumat vermir? Əgər biz hüquqi dövlət olsaydıq, onun dedikləri əsasında Cinayət Məcəlləsinin 307-ci maddəsi (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ilə cinayət işi qaldırardılar. Özü də etiraf edərək deyir: “Elə etməsinlər ki, mən kimlərinsə adını çəkim”. Vəzifədə olub vəzifəsindən şantaj kimi istifadə etmək heç ali şəxsə yaraşmır. Bilirsə, deməlidir, bilmirsə, demək şantajla məşğuldur”.

A.İsmayılov bildirib əgər narkotik aludəçisi xəstədirsə və müalicə alırsa, onda onların adlarının açıqlanması düzgün deyil.

“Yox, əgər onlar narkotika alış-verişi ilə məşğuldurlarsa və bunu üzərlərində gəzdirirlərsə, bu cinayətdir. Cinayət barəsində də hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır, bu hər bir vətəndaşın borcudur”.

Narkotikdən imkanlı ailələrin istifadə etməsi məsələsinə gəlincə isə Aslan İsmayılov “bu birmənalıdır və bunu hamı bilir” deyə vurğulayıb.

Azərbaycanda tanınmış simaların, yüksək vəzifə tutan bəzi şəxslərin yaxınlarının, övladlarının narkomaniyaya görə cinayət məsuliyyətinə cəlb olunmasına dair faktlar bir neçə dəfə mediaya açıqlanıb. Məsələn, Azərbaycanın keçmiş ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın da həbs olunaraq ailəsinin adını gündəmə gətirib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilib. Ötən il Prezidentin qərarı ilə əfv olunan Y.Həsənov narkotik vasitə olan “ekstazi”nin Azərbaycana gətirilməsi və dövriyyəsinə görə tutulmuşdu.

Digər bir misal: Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı narkotik madəllərin dövriyyəsində təqsirkar bilinərək həbs cəzası alanlardandı. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru