Dizləri bükülən Balakənin üzü niyə gülmür... - Korrupsiya ittihamı...
Tarix: 21-09-2015, 11:42 | Çap et
Son günlər Balakən rayonundan ictimaiyyət nümayəndələrinin müraciətləri və rayondakı məmur özbaşnalıqlarının KİV-ə yol tapa bilməməsi, narazıların elə yerindəcə susdurulmasını cumhuriyyət.az olaraq diqqətinizə çatdırmışdıq. Bu kimi məsələləri rəhbər tutaraq Balakən rayonuna səfər etdik. Balakəndə keçirdiyimiz üç gündə qarşılaşdığımız mənzərələr, eybəcərlik və könül oxşayan mənzərə barədə qeyd etmək qərarına gəldik. Balakən rayonundan bir neçə il bundan əvvəl ayrılmışıq. Burada düz beş il müddətinə yaşamışıq. Həmən dönəmlərdə Balakən demək olar ki, ən gözəl günlərini yaşayırdı. İnsanların üzü gülür, hər kəs əla olmasa da orta səviyyədə yaşayırdı. Çünki həmin dönəmdə rayonda vəzifə başında olan məmurlara nəzarət var idi. Eyni zamanda həmin dövrdə vəzifə başında indiki qədər düşük və nəfsinin əsiri də yox idi. İnsanlar problemsiz öz fikir və mülahizələri üzərində rayondakı idarə və müəssisələrə müraciət edir, narazılığını bildirir, hazırda olduğu qədər alçaldılmırdılar. Hazırda rayonda məmurların rüşvət və korrupsiyaya qurşandığını bildirən nəinki sıravi vətəndaş, istənilən qədər ikinci, üçüncü dərəcəli məmur var. Onlar cumhuriyyet.az-a bildirirlər ki, Balakəndə indiki qədər məmur özbaşnalığı heç bir zaman olmayıb. Monitorinq aparıb söhbətləşdiyimiz müsahiblərimiz söyləyirlər ki, əslən Göyçay rayonundan olan İslam Rzayev rayona icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra rayonda vəziyyət kəskin dərəcədə pisləşməyə başladı. İslam Rzayev olduqca məsələlərə gec reaksiya verən məmur olmaqla yanaşı, başqalarının əlində kimlərəsə qarşı dəyənəyə çevrildi. Başçı günün çox hissəsini kabinetində keçirir, insanların arasında çox təsadüfü halda olur. Müsahiblərimizdən biri bildirir ki, rayonda ən dəyərsiz adamlar icra başçısına xod tapmaqla istədikləri postlara dürtülə biliblər. Onsuz da əvvəldən Balakən rayon icra hakimiyyətində dövlət və dövlətçilikdən xəbəri olmayan, idarəetmənin nə olduğunu bilməyən şəxslər var idi. Hazırda kim ki, insanlarla qaba rəftar edir, vaxtı ilə fərari olub, məişət pozğunluğu ilə məşğul olur, belə şəxslər adam olub ortaya çıxıblar. Müsahib. Bilirsiniz hər hansı bir rayonun rəhbərində onun rəhbərlik etdiyi rayonun ərazisinə uyğun olaraq intellektual səviyyəsi olmalıdır. Bizim icra hakimiyyətimizin başçısında bu qabiliyyət yoxdur. Onun idarəetmə bacarığı yox dərəcəsindədir. Burnunun ucundan qabağı görə bilmir. Diqqət edin, Balakən şəhər icra nümayəndəliyinin sədri Telman Bayramov. Bu adam haqqında nə qədər axtarsanız mənfi fikirlər var. Bu adam öz yaxınları içərisində sayılıb- seçilməyən birisidir. Keçmişı ləkəli, şəxsiyyətində fəaliyyəti dövründə ən pis məmura yaraşmayan vərdişlərin daşıyıcısı olan birisidir. Görün nə qədər bədbəxtçilikdir ki, İslam Rzayev bu adamın diqtəsi ilə hərəkət edir. Telman Bayramov qorxmadan yasda, toyda deyir ki, mən nə desəm o da olacaq, İslam kimdir. Kəndlərdən birində icra nümayəndəsi işləyən şəxs qeyd edir ki, İslam Rzayevi rayonda rivizor deyə adlandırırlar. Çünki bundan əvvəlki işi rivizor olub. Hazırda prezidentin səlahiyyətli nümayəndəsi olsa da özünü yenə rivizor kimi aparır. Müsahibim söyləyir ki, rayonda idarə və müəssisələrin smetalarının hamısına nəzarəti şəxsən başçı İslam Rzayev edir. Rayon maliyyə idarəsini də qanunsuz əməllərə sövq edən başçıdır. İslam müəllim rayonda və bir sıra kiv-lərdə özü haqqında belə rəy yaradıb ki, güya rüşvət almır. Bəli, şəxsən rüşvət almır. Deyək ki, kimlərdənsə rüşvət almaq onun nəyinə lazımdır?İslam müəllim büdcəni sökür. Az müddət öncə rayon təhsilində baş verənlərdən yəqin xəbəriniz var?Xəbəriniz yoxsa araşdırın. İdarə müdirlərini əvvəlcə qanunsuz işlərə vadar edir, sonra da yoxlama apartdırıb işindən atdırır. Bu adam üçün sadə Balakənlinin necə yaşaması, güzəranının necə olmasının qəti ilgisi yoxdur. Bu adam burada oturub mülkədar rolunu ifa edir. Ətrafında olan məmurlar da hansı ki, Balakənlidirlər, ona pul daşımaqla məşğuldurlar. Balakəndə məlum zəlzələdən ziyan çəkmiş xeyli sayda ailələrin problemi həll olunmamış qalıb. Ancaq İslam müəllim onun birinci müavini, fövqaladə hallar komissiyasının sədri Azad Balayev və sairlər əməlli-başlı varlandılar. Demək olar ki, rayon icra hakimiyyətində hər gün dava-dalaş olur. İnsanlar gəlib ağlayırlar, söyürlər, haqqlarını tələb edirlər. Ancaq nə fayda, onları eşidən yoxdur. Hər həftənin 3-cü iş günü icra başçısının vətəndaşları qəbul günüdür. Bu qəbul günü gəlib izləsəniz görərsiniz buradakı özbaşnalığı. Hər küncdə bir idarə müdiri, bələdiyyə sədri, icra nümayəndəsi;çoxları vətəndaşlara icazə vermir ki, qəbula girib dərdlərini desinlər. Lap qəbula girsələr də belə İslam Rzayev hərəsinə bir tütək verib yola salır. Vətəndaş nə qədər üfürürsə səsi çıxmır ki, çıxmır. Rayon idarə olunmur. Artıq Balakən barıt çəlləyinə dönüb. İnsanlar günü-gündən müflüsləşir. Qazanan, günü-gündən varlanan Telman Bayramov kimi rayonda zərrə qədər hörməti olmayan məmurlardır. Atalar deyir ki, döstunu mənə göstər, sənin kim olduğunu deyim. Bir rayonun ki, icra başçısını Telman kimisi yönləndirir. Onda ona necə bel bağlamaq olar?Dəfələrlə yazılıb ki, rayon icra hakimiyyəti daxil olmaqla ayrı-ayrı idarələrdə saxta diplomla işləyənlər var. Hətta həmin məmurların adları da çəkilib. Adam var ki, hansı patokta oxuyub, müəllimlərinin kim olduğunu bilmir. Onun Rusiyada oxuduğu deyilən univerisitetə müraciət olunub cavab gəlib ki, belə bir adam bizdə təhsil almayıb. İslam Rzayev əgər səmimi bir rəhbər idisə, əgər doğurdanda dövlətin, dövlətçiliyin qeydinə qalan bir rəhbərdisə onda nədən bu məsələdə susdu? Hansı qanunda göstərilib ki, rayon icra hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Mehbarə Nuriyeva, onun həyat yoldaşı Vahid Əliyev 109-saylı DSK-nin sədri, eyni zamanda bacısı Sevinc Əliyeva 8-saylı məntəqənin sədridir. Görürsünüz belə anormallıq yalnız İslam Rzayevin dövründə ola bilər. Sonra da deyirlər ki, Balakəndə Şəffaf seçkilər keçirilir. Müsahibimiz deyir ki, İslam Rzayevin adamları rayonda fındıq biznesinə də əl qoyublar. Fındığı insanların kasıblığından istifadə edərək qiymətini öldürüb Göyçay bazarına, Bakı şəhərində bazarlara daşıyırlar. Rayonda hər ay idarə müəssisə rəhbərlərindən, icra nümayəndələrindən haqq yığıldığını qeyd edirlər. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin məhv olunduğu qeyd edilir. Hazırda təhsil şöbəsinin müdirliyinə adam axtarılır. Kim ki, daha çox pul verdi onu təyin elətdirəcəklər. Rayonda müdirlər insanlara yuxarıdan aşağı baxırlar. Sanki bu vəzifə onlara dədələrindən qalıb. İstənilən müdir istədiyi vətəndaşı qəbul edir, istədiyini qovur, başına olmazın oyunlar aça bilir. Bir sözlə, rayonda cəzasızlıq mühiti olduğu üçün belə olaylar baş verir. Redaksiyadan:Balakəndə olduğumuz vaxt rayon Mtn-nin sürücüsü və tarix diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyevin komorxozun müdiri işləyən oğlu tərəfindən addım-addım izlənildik. Müdir özü də bilmədən yanına göndərdiyimiz adamla söhbətində ağzından qaçırdıb ki, cənab başçı göstəriş verib ki, bu jurnalisti izləyin görək hara gedir, kimlərlə oturur, söhbətləşir, nə bilim nə edir. Bütün bunlara baxmayaraq yazının əvvəlində qeyd etdiyimiz kimi Balakən camaatı olduqca qonaqpərvər və qədir biləndir. Bəlkə də onların düzə meylliliyi, hər şeyə olduğu kimi qiymət vermələri azacıq da olsa insanda pisləri unudub gələcəyə ümidlə baxmağı təlqin edir. Bax bu Balakəndə keçirdiyimiz üç gündə qarşılaşdığımız könül oxşayan situasiyalardan biri idi. Ardı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
|