İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                 

Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər... - "Soruşanda da deyirlər ki, bilirsən bu tikinti kimindir?.."
Tarix: 27-11-2014, 09:30 | Çap et
Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər...
“Bakıda yaşıllıqlar məhv edilir, “ağac soyqırımı” həyata keçirilir. Bütün bu kimi halların günahkarları icra başçıları, memarlar və nəzarət orqanlarıdır. Əvvəlcə ağaclar olan ərazi hasara alınır və heç bir normativ qaydalara riayət edilmədən kəsilir. Belə davam eləsə Bakıda bir ədəd də olsun ağac qalmayacaq. Tikilən yeni hündür mərtəbəli binaların ətrafında ilk olaraq yaşıllıq zolağının salınması əsas götürülməlidir. Amma bizdə tamamilə bunun əksi mövcuddur.”

Təbiəti Mühafizə Cəmiyyətinin sədri Bakir Nəcəfov Analitik.az-a bunları deyib əlavə etdi ki, tikinti layihəsində yaşıllıq zolağının salınması göstərilsə də, buna əməl edilmir: “İş bitəndən sonra görürsən ki, yaşıllıqdan əsər-əlamət yoxdur. Məsələn, layihədə göstərilir ki, ərazidə 100 ağac olacaq. Tikintidə iş bitəndən sonra baxırsan ki, bir ağac da yoxdur.” B. Nəcəfov Bakıda yaşıllıqların daha çox məhv edildiyi ərazilərin adlarını da açıqladı: “Ən biabırçı hal Yasamal, Nəsimi rayonlarında, Memar Əcəmi metrosunun və “Pioner” kinoteatrının ətrafındadır. Orada olan yaşıllıqlar tamamilə məhv edilib. Yasamal rayonunda məhəllədaxili yaşıllıqlar məhv olub. Yanğın keçidləri tutularaq tikinti işləri aparırlar. Xətai rayonunda Günəşli ərazisində 5 və 9 mərtəbəli binaların arasında elə yaşıllıq yoxdur ki, məhv edilməsin.”

Ekoloq vurğuladı ki, Sabunçu rayonunda isə daha acınacaqlı vəziyyətdir: “Rayonun icra başçısı binaların arasında, ətrafda nə qədər ağaclar var hamısını qırdırıb ərazini tikinti şirkətlərinə verib. Yol kənarında nə qədər tikinti işləri aparılar axı?.. Əkilən ağaclar hamısı reklam xarakterlidir. Ərazidə 100 ağac əkilibsə, diqqət etsəniz orada 2 ağacın qaldığını müşahidə etmək olar. Bakıxanov qəsəbəsində orta yolda ağacları qırıb yolu genişləndirmək istəyirdilər. Bu halın qarşısını rəhbərlik etdiyim təşkilat aldı.”

Ekspert Dərnəgül yolunda da xeyli ağacın məhv edildiyini dedi: “Yol genişləndiriləndə nə qədər ağacları qırdılar. Amma sənəddə qeyd olunmuşdu ki, ağaclar köçürüləcək. Ağac köçürmək üçün maşınlar da var. Amma ağacları köçürmək əvəzinə, onların sonuna çıxırlar. Yaxınlaşıb soruşanda da adama deyirlər ki, sən bilirsən bu tikinti kimindir? Cənab prezident tapşırıb. Prezident tapşırmayıb ki, ağacları kəs. Ölkə başçısı deyib ki, ağacları da qoru. Məsələn, aeroporta gedən yolda nə qədər ağaclar köçürüldü.”

Təbiəti Mühafizə Cəmiyyətinin sədrinin sözlərinə görə, yaşıllıq qənimlərinin əksəriyyətinin, tikintinin aparılması üçün sənədləri də olmur: "Onlardan sənəd tələb edəndə isə qəribə halla üzləşirsən. Gedirsən həmin ərazidə nə tikildiyini öyrənməyə. Heç birinin sənədi olmur və deyirlər ki, icra başçısı bilir. Sonra da adamı şərləyirlər ki, gəlib məndən pul tələb edirlər.”

B. Nəcəfov deyir ki, əslində yaşıllıq zonasında tikinti aparmaq üçün bir sıra prosedurlar həyata keçirilməlidir: “İlk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Nazirlik həmin əraziyə baxış keçirir. Aparılacaq tikinti dövlət əhəmiyyətlidirsə və məsləhət olarsa rəy verir. Sonra Yaşıllaşdırma İdarəsinə müraciət edilir. Normativ aktla orada olan ağaclar ya köçürülür, ya da kəsilir. Hansısa şəxsin müraciəti əsasında bu, mümkün deyil. Söhbət yalnız dövlət əhəmiyyətli layihələrdən gedir. Yoxsa Gədəbəydən, Ordubaddan gəlib mən burda bina tikmək istəyirəm, bu, mümkün deyil.”

Cəmiyyət rəhbəri problemdən çıxış yolunu ağacları qanunsuz kəsən məmurların cəzalandırılmasında görür: “Bu gün paytaxtda yaşıllıqlarının axırına çıxmaq istəyirlər. Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən bu kimi hallara qarşı mübarizə aparılsa da, təəssüf ki, bu problem həllini tapmayıb. Bir icra başçısı və ya məmur cəzalandırılmasa, yəqin ki, nəticə olmayacaq. ”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru