"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. İmzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinken imzalayıb. Yanvarın 8-də erməni nazir dolayısı ilə tərəflərin belə bir sənəd hazırladığını təsdiqləsə də, onun bağlanması üçün vaxt çərçivəsini açıqlamayıb. Bununla belə, bəzi qərbyönümlü fiqurlar bunu sosial şəbəkələrdə fəal şəkildə elan etmişdilər. Sazişə əsasən ABŞ-nin Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.
ABŞ dövlət katibi Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: "Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. İqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət..". Blinken əlavə edib ki, gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək üçün birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığımızı daha iddialı edir: "Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir". Mirzoyan iki ölkə arasında ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: "Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir". A.Mirzoyan həmçinin əlavə edib ki, tərəflər “123 Sazişi” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə ABŞ ilə danışıqlara başlayıblar: "Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və təhlükəsizlik, təhlükəsizlik və yayılmamanın ən yüksək standartlarına uyğun olaraq nüvə enerjisinin dinc məqsədlərlə inkişafına sadiqliyimizi vurğulayacaq". Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və komandasına iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bu yolda göstərdikləri səylərə görə təşəkkür edib. Maraqlıdır ki, sənədi vəzifədən gedən Bayden administrasiyası imzalayıb. Trampın rəhbərliyi altında həyata keçirilməsinin perspektivləri sual altındadır. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya da səfər etməyi planlaşdırır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarına səfərlə bağlı dəvət göndərildiyini açıqlamışdı. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq prosesini başlatmaq qərarını İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistanda AİB-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər: "Bəs mövcud vəziyyətin xüsusiyyəti necədir? Ermənistanın Aİ-yə yaxınlaşması barədə danışıqlar uzun müddətdir aparılır, amma yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzv olmaq prosesinin başladılması haqqında qanun layihəsini dəstəkləyərək, hüquqi baxımdan mühüm bir addım atdı. Vəziyyətin xüsusiyyəti məhz budur. Bu, Ermənistan hökumətinin qərarıdır və biz bunu İrevanın AİB-dən çıxmağa başlaması kimi qiymətləndiririk". Həmçinin Overçuk əlavə edib ki, Ermənistanın Aİ ilə ticarəti AİB-lə ticarətindən dəfələrlə kiçikdir: “Yeni statistikalar açıqlanıb, 11 ayın nəticələrinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11.6 milyard, AİB ilə isə təxminən 12 milyard dollar olub. Eyni zamanda, Ermənistanın Aİ ilə ticarəti dəfələrlə kiçikdir və azalır. Bu, iqtisadiyyat və reallığın göstərdiyi həqiqətdir”. Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb. Bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildiriblər. Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib: “Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dən status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”. Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb: “Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlmə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”. Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir: “İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçirilir. Yəni ABŞ ilə yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq?". Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib: “İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bunlara çıxıb bir nəfər də etiraz edən olmadı, heç kim münasibət bildirmədi". Ekspertlərin fikrincə, ABŞ-nin bu addımı regionda gərginliyi azaltmaq üçün deyil, əksinə, artırmaq və bölgədə Rusiyanı əvəz eləmək iddiasından qaynaqlanır. Necə ki, zamanında Gürcüstan və Ukrayna ilə də mütəffiqlik edib onların taleyini bərbad günə qoydular, eləcə də Ermənistandan da bir Gürcüstan və ya Ukrayna yaratmağa çalışırlar. Ümumən, ABŞ və Ermənistan arasında imzalanmış bu saziş Azərbaycan-Ermənistan əlaqələrinə və sülh danışıqlarına zərbədir.
Millət vəkili Erkin Qədirli deyib ki, ABŞ siyasi ənənəsinə görə, prezident seçkisindən sonra yeni prezidentin andiçmə mərasiminədək səlahiyyətlərini müvəqqəti davam etdirən hökumət xarici siyasətdə heç bir addım atmır, hətta daxili siyasətdə təyinat belə etmirlər. Düzdür, bu, qanunla qadağan olunmayıb, amma siyasi ənənədir. Deputatın sözlərinə görə, nə qədər ABŞ dövləti var, bu, bütün prezidentlər tərəfindən əməl edilən ənənə olub:
"Çünki prinsip etibarı ilə anlamı da yoxdur. Sən seçkini uduzmusan, artıq gedirsən və yeni hakimiyyət gəlir. Ənənəyə görə, seçkini qazanmış yeni prezidentə keçmiş hakimiyyətin fəaliyyəti ilə bağlı məlumatlar verilir, o, bir növ prezidentliyə hazırlaşdırılır. Belə məqamda ABŞ üçün beynəlxalq öhdəlik götürmək siyasi ənənənin pozulmasıdır. Bu baxımdan qeyri-adi gedişatdır. Mənə görə, bu anlaşma təlaşdan doğan bir məsələdir. Co Baydenin komandası hakimiyyətdə olduqları 4 il ərzində bir çox uğursuz layihələrə əl atdılar. Orta Şərq siyasətini batırdılar, az qala, Səudiyyə Ərəbistanı ilə əlaqələr pozuldu. Çin rəhbəri Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi və s. Xatırlayırsızsa, Baydenin təşəbbüsü ilə "Demokratiya Sammiti" keçirilmişdi. 111 dövlətin dəvət edildiyi "demokratiya sammiti"nə Ermənistan da dəvət almışdı. "Freedom House" kimi qərəzli bir təşkilat dəvət olunan ölkələrin sadəcə 77-nin demokratik olduğunu açıqlamışdı. Bayden administrasiyasının Ermənistanı öz tərəfinə çəkmək istəyinə qarşılıq İrəvan da bu ritorikadan öz maraqları naminə istifadə edirdi. Kiyev Rusiya-Ukrayna müharibəsini "diktaturanın demokratiyaya hücumu" kimi təqdim etməyə çalışdı və bu hekayə tutdu. Ermənistan da bu dalğanı tutmaq istədi, yəni guya Azərbaycan "diktatura", Ermənistan isə "demokratiya"dır və bizim savaşımız da ərazi üzərində yox, dəyərlər üzərində olub. Bu layihə tutmasa da, inananlar oldu. Bayden administrasiyası da bu hekayədən bizə qarşı istifadə etməyə çalışdı. Daha doğrusu, Ermənistanı Rusiyanın əlindən çəkərək öz nəzarətinə almağa səy göstərdi. İndiki saziş o deməkdir ki, guya ABŞ-Ermənistan arasında onsuz da dərin strateji əməkdaşlıq olub, onun sadəcə "üzlük daşı" qalıb. "Üzlük daşı" da guya bu anlaşmadır". Parlament üzvünün sözlərinə görə, Ermənistanın Qərblə inteqrasiyası bütövlükdə sual altındadır: "Ermənistanın əsas iqtisadi aktivləri Rusiyanın dövlət şirkətlərinin əlindədir. Hələ də orada ruslara məxsus hərbi bazalar durmaqdadır. Ermənistan Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatlarda var. Həmin təşkilatlarda təmsil olunan Ermənistan Qərbə yönələ, Avropa Birliyinə üzv ola bilməz. Bayden administrasiyası da hakimiyyətdən getmək üzrədir. Tramp üçün də əlavə başağrısı yaradırlar. Ermənistan coğrafi baxımdan bir çox böyük dövlətə lazımlı ölkədir. ABŞ-yə məxsus kiçik sərhədçi qrupunun Ermənistan sərhədlərinə gətirilməsi məsələsi müvəqqətidir və İran üçün daha risklidir. Çünki ABŞ-nin Ermənistan üzərindən bölgəyə gəlişi daha çox İrana qarşı hazırlanan strategiyanın tərkib hissəsidir. Əlbəttə, təhlükəni hər yerdən gözləməliyik, bu məsələyə də ciddi yanaşmalıyıq. Amma ABŞ-nin Ermənistan üzərindən Azərbaycana qarşı təhlükə yaratma planını ciddi saymıram. Daha çox İranla bağlıdır. Lakin bizim üçün də əlavə risklər yaradır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
|