İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                 

Dünyanı çalxalayan İslam Dövləti Yaxın Şərqin ən güclü ordusudur? - Azərbaycan bu orduya qarşı savaşa hazırdır
Tarix: 26-09-2014, 12:26 | Çap et
Dünyanı çalxalayan İslam Dövləti Yaxın Şərqin ən güclü ordusudur?
“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik araşdırması

Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD).
Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar olduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.
Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.
Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir.

Ən böyük İslam hərb təşkilatı?

Hazırda İD dünyada hərbə söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt ordusundan iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür. Bu ordu həm də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan sonra da birbaşa cənnətə düşdüyünə inandığına görə dünyanın ən təhlükəli ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü ölməyi arzulayır. Amma, ölmədən öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs borc bilir. Məlumatlar var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün zamanını gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi əsgərə bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu günkü gücünü müqayisə etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara malik ABŞ ordusu ilə müqayisə etmək lazımdır. Bu faktın özü onu təsdiqləyir ki, İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq.
Bu yazdıqlarımızdan əlavə, “Associated Press” agentliynin yaydığı hesabat da reallığı ortaya qoyub. Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror təşkilatına çevrilib. Hazırda “İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır. “İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100 dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha üstün tutub. Bu gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm Türkiyədə, İraqın özündə, Suriya, İordaniyada və digər region ölkələrində İD ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və biznes strukturları olacaq. İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da varlanmaq istəyənlər mövcuddur.

Bununla bərabər, İD işğal etdiyi ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının 10-da Mosul işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429 milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən qızıl külçələr də götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist təşkilatı olması vurğulanmışdı.

Bu deyilənlərə əlavə olaraq “İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.

Hava yoxsa Quru müharibəsi

Artıq Vaşinqtonda çox gözəl başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq mümkün deyil. ABŞ ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə verdiyi qurbanların sayı birinci və ikinci İraq müharibəsində verdiyi qurbanlardan daha çox ola bilər. Bunun üçün də, Koalisiya daha çox Kürdləri və Şiələri silahlandırmaqda və onlara dəqiq koordinatlar verməkdə maraqlıdır. Çünki, Qərbin canlı itgilər verməsi onlara qarşı daxili müxalifəti daha da gücləndirə bilər. Digər yandan, ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq və bunu ictimaiyyətə qəbul etdirmək çox çətindir. Elə buna görə də İranın İraq şiələrini silahlandırması və İD-nə qarşı döyüşlərdə iştirak etməsi ABŞ üçün qəbulediləndir. Digər zaman olsaydı, İranın bu addımı beynəlxalq güclər tərəfindən İraqın daxili işinə qarışmaq kimi dəyərləndirilə bilərdi. İran prezidenti və Böyük Britaniya baş naziri arasında keçirilən görüş də İranın Koalisiyaya qoşulması və mümkünsə quru əməliyyatlarında iştirakını mümkün edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, NATO qüvvələri canlı itgilər vermək niyyətində deyillər. Amma, İran buna hazıdır. O, bunu etməklə İranın beynəlxalq gücünü nümayiş etdirmək niyyətindədir.
İD-ə qarşı bəzi Ərəb ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri də dilə gətirmişdi. Belə görünür ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə uğratmaq mümkün görünmür. Digər tərəfdən isə, ABŞ öz əsgərlərinin İraq səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və şiələrlə bərabər, İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım göstərməyə hazırdır.

Suriya barədə

ABŞ-ın Suriya ərazisində İD-nə hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına uyğun varıantdır. Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün açıqlamalarında Suriya müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad Suriya Ordusunun (ASO) 3000 üzvünün hərbi təlimlərə cəlb olunması və silahlandırılması nəzərdə tutulur. Hərbi təlimlərə və silahlara ABŞ 500 milyon dollar pul ayırıb. Bu proses isə bir il yarım–iki il civarında davam edən məsələdir. Belə görünür ki, Bəşər Əsədin bir il hakimiyyətdə qalması mümkündür. ASO-nun silahlandırılması Bəşər rejimini qane etməsədə, İD-nin Suriyadan qovulması fonunda ona vaxt qazandırır. Bu zaman ərzində Bəşər Qərblə münasibətlərini normal hala gətirməyə çalışmaqla bərabər, Rusiyanın da onu daha ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir. Əlavə olaraq, İran Bəşər Əsəd rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah təşkilatına ciddi hərbi və maliyyə yardımı göstərməkdədir.
Digər bir maraqlı təzad da var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız Hezbollah təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı silahlanmış və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik hərbiçilərdir.

Azərbaycan və İslam Dövləti

Bu məsələ çox da aktual olmadığına görə bu barədə çox yazmağa ehtiyac da yoxdur. Amma, zaman-zaman İD Azərbaycana da sirayət etmək üçün fikirlər səsləndirib. Kəşfiyyat məlumatlarında İD-nin hədəfində Azərbaycanın da olması göstərilib. Azərbaycandan yüzlərlə insan döyüşmək üçün Suriyaya gedib və İslam Dövlətinə qoşulub. Sentyabr ayında (bir neçə gün öncə) Azərbaycana Milli Təhlükəsizlik Nazirliyi 26 nəfəri həbs edib və onların Suriyada döyüşlərdə iştirak etdiyi barədə də kadrlar yayımlanıb.
Təbii ki, məsələ bununla bitmir. Bəlkə də yüzlərlə azərbaycanlı Suriyada döyüşüb və qayıdıb, qalanları isə döyüşməkdədir. Onlar Azərbaycana dönəndən sonra, burada İD-nin sözçüsünə və gizli ordusunun nümayəndələrinə çevriləcəklər. İstənilən an, onlar bu və ya digər məqsəd üçün istifadə oluna bilərlər. Bunun üçün də, təhlükə Azərbaycan üçün qalmaqdadır və daha ciddi tədbirlərin görülməsi ölkənin təhlükəsizlik konsepsiyasına daxil edilməlidir. Xüsusən, sosial şəbəkələrdə İD-ni təbliğ edən yüzlərlə profillər var və onlar başqa adlar altında fəaliyyət göstərirlər. Əlavə olaraq, minlərlə İD-nin öz zamanını gözləyən tərəfdarları var və hər zaman göstəriş gəldiyi zaman hərəkətə keçə bilərlər.
Bu gün Azərbaycanda bir çoxlarını düşündürən məsələ həm də Azərbaycanın İD-nə qarşı formalaşdırılan Anti-terror Koalisiyasına ABŞ tərəfindən dəvət olunub olunmaması məsələsidir. Azərbaycan iqtidarı İD üzvlərini həbs etməklə, dəvət olduğu təqdirdə Koalisiyaya qoşulacağı mesajını göndərmiş oldu. Lakin, ABŞ tələsmir. Məsələ burasındadır ki, Azərbaycan son zamanlar insan hüquqları və demokratiya barəsində ciddi tənqid olunmaqdadır. ABŞ prezidenti Barak Obamanın “Klintonun Qlobal Təşəbbüsü” konfransındakı çıxışında birbaşa Azərbaycanı hədəf alması bu dəvətin reallaşmayacağından xəbər verir. ABŞ və NATO üzvlərinin İD-ni vurmaq üçün dəstək aldığı kifayət qədər müsəlman ölkəsi var və Azərbaycana ciddi ehtiyac duyulmur.

Nələr ola bilər?

Belə görünür ki, Suriyada vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə qüvvələri, bir sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru əməliyyatlarında İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək verəcəyi kimi görünür. Amma, Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının əməliyyat aparması hələ ki, real görünmür. Bunun üçün də İD-nin Suriyada Bəşər Əsəd qədər ömrünün olacağı mümkündür.
Qərb başqa bir yolu da sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç bir yerdə təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin qüvvələrinin quru əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu Bəşər rejiminin ömrünü uzadardı. Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya ərazisinə girməyə imkan tanımır.
Belə olan halda, ABŞ və müttəfiqləri nə barədə razılığa gələ bilərlər? Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi. Bu zaman Rusiya və Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ İranın Bəşər Əsədin arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu ildən bəri ilk dəfə Böyük Britaniyanın baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani arasında Nyu Yorkda baş tutan tarixi görüş də buna hesablanıb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru