“Büyükfırat” restoranından müştəriyə böyük hörmətsizlik... - “yarım saata buranı tərk edin”
Tarix: 9-04-2024, 10:10 | Çap et
 Elmlər metrostansiyasının yaxınlığında yerləşən “Büyükfırat” restoranında müştərilərə qarşı hörmətsizlik edirlər.
Moderator.az-a daxil olan şikayət məktubunda Hüseyn Hüseynzadə adlı şəxs bu haqda bildirib. O deyir ki, 8 aprel tarixində restorana gedib və hörmətsiz münasibətlə qarşılaşdığı üçün oranı tərk edib. “Axşam iftar vaxtı olduğu üçün bir çox restoranlarda öncədən yer rezerv etmək lazım gəlir. Elmlər metrostansiyasının yaxınlığında bir neçə restorana daxil olsam da, hamısının rezerv olunduğunu bildirib, iftar vaxtı fəaliyyət göstərəcəklərini bildirdilər. Nəhayət ki, dostumla birlikdə “Büyükfırat” restoranına gəldik. Dönə-dönə soruşdum ki, burada boş yer var? Heç bir yer rezerv deyil ki? Ofisiant əli ilə boş masaları göstərib dedi ki, “harada istəyirsinizsə əyləşin, rezerv deyil”. Az keçmədi ki, yeməkləri sifariş edərkən ofisiant yaxınlaşıb dedi ki, “sizin yarım saat vaxtınız var, bu yer rezerv olunub, xahiş edirik yarım saat ərzində buranı tərk edəsiniz”. Onlara xatırlatdım ki, restorana daxil olanda axı sizdən dönə-dönə soruşdum..? Bir ofisiant dedi ki, rezerv indi gəlib, digəri dedi ki, öncədən rezerv olunsa da yadımızdan çıxıb. Əlbəttə ki, bütün bunlar bəhanə idi. Görünür bizdən də pullu yaxud bizdən də sayca çox müştəri gələcəkdi.. İstehlakçı hüquqlarımızın pozulduğunu dərk etsək də məyus halda restoranı tərk etdik” deyə şikayətçi bildirib. Mövzu ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib ki, bu problemlərə bir çox restoranlarda rast gəlmək mümkündür. “Çox təəssüflər olsun ki, restoranlar üçün heç bir qaydalar yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarı var. Yəni menyuların olması məsələsi, Azərbaycan dilində olması və s. Digər məsələlər yoxdur. Restoranlar qaydaların olmamasından sui-istifadə edərək istehlakçılara qarşı böyük özbaşnalıq göstərirlər. Belə hallar neçə illərdir mövcuddur. İstehlakçılara deyirlər ki, üz kontrolu edirik, xoşlarına gəlmirsə buraxmırlar, başqa bir restorandan deyirlər ki, qadınla gəlirsinizsə buraxmırıq, biri deyir ki, üzü dənizə tərəf oturmusansa artıq pul verməlisən, çayxanadan deyir ki, bir çaynik üçün 50 manat verməlisən, mənim verdiyim mürəbbələri də yeməlisən və s. Bu kimi hallar qonaqpərvərliyimizə, turizmimizə ziyan gətirir. Bu illərdir davam edirik. Biz belə məsələləri dövlət orqanları qarşısında qaldırırıq. Deyirlər ki, restoranların öz ərazisidir, özləri bilərlər necə davranırlar. Bu anormal bir vəziyyətdir. Düşünürəm ki, istehlakçı hüquqlarının pozulmasıdır. Sizin dediyiniz mövzuya gəlincə isə öncədən deyilməli idi ki, bizdə yerlər rezerv olunub, filan saatdan sonra qonaqlarımız olacaq bağışlayın. Bu zaman müştəri bilərdi ki, ona uyğundur yoxsa yox?! Lakin bu cür davranmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bunun üçün qanunvericilikdə heç bir qayda-qanun yoxdur. Sizin vasitənizlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, bu özbaşnalıqlara son qoysunlar. Onların adında Dövlət Xidməti, İstehlakçı hüquqlarını qorumaq, bazara nəzarət məsələsi var. İstehlakçılarla bu cür davranan restoranlar boykot olunmalıdır” deyə Əyyub Hüseynov bildirib. Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, istehlakçı kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməlidir. “İaşə obyektlərində istehlakçıların hüquqları pozulubsa bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Şikayət nəticəsində həmin hallar araşdırılır. Əgər həqiqətən də iaşə obyektində qanun pozuntusu müəyyən edilərsə, bu halda sözügedən dövlət xidməti bununla bağlı həmin iaşə obyektinin inzibati qaydada cərimə edilməsi ilə bağlı qərar qəbul edə bilər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaşın hüquqlarını bərpa etmirsə, bu halda vətəndaş məhkəməyə də müraciət etmək hüququna malikdir” deyə hüquqşünas bildirib. Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|