"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                 

Elşad Hacıyevin yarıtmaz kadr siyasəti... - İTTİHAM VAR...
Tarix: 22-01-2024, 09:36 | Çap et
Elşad Hacıyevin yarıtmaz kadr siyasəti...
Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Haciyevin müstəbid siyasəti yeni 2024-cü ildə də davam etməkdədir. Onun yarıtmaz idarəçiliyi barədə gileylərini “Nyus.az”-ın redaksiyası ilə bölüşən mənbə bildirir ki, Elşad Hacıyev müəssisəyə direktor təyin olunandan orada çalışan işçilərin qara günləri başlayib: “Belə ki, işə təyin olunan kimi 30 nəfər işçidən 16 nəfərini dərhal işdən azad etdi. Qalan 14 nəfərlə isə iki ildən çoxdur ki, müqaviləni 2-3 ay müddətinə bağlayır. Onun məqsədi odur ki, bu köhnə hesab elədiyi işçilər işdən özləri bezib getsinlər. Ümumiyyətlə, vətandaşın mənliyini və hüquqlarını bu qədər pozmaq olarmı? Bunu Səhiyyə Nazirliyinin rəhbərliyi görmürmü? Niyə maraqlanmırlar ki, köhnə işçilərin hansi günahları var, bunu araşdırmaq çətindirmi? Bu barədə bir neçə dəfə Əmək və Əhalinin Sosila Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinə məlumat verilib. Nə üçün bununla maraqlanan yoxdur?”
Mənbə Elşad Hacıyevin dözülməz kadr siyasətini onun məşğul olduğu digər qeyri-qanuni işlərlə əlaqələndirir: “İstəyirlər ki, onların işə yeni qəbul etdikləri, tikinti işini bilməyən və çoxu Azərbaycan vətəndaşı olmayan işçilərlə bütün məsələlərini həll etsinlər. Keçirilən tenderləri dolayı yollarla öz firmalarına yönəltsinlər. Bu müəssisənin bütün işlərini onun baş mühasibi və tender komissiyasının sədri, “sağ əli” və “qara kassası” Turan Şabanov yerinə yetirir. Halbuki, Turan bəy heç bir müəsisədə sona qədər işləməyib. Bu müəssisənin layihə-smeta sənədləri, tikintidə görülən işlərə nəzarət hamısı Turan Şabanova həvalə edilib. Çünki, Turan bəy Elşad Hacıyevin qohumu və dostudur. Turan Şabanov harada işləyibsə, saxtakar olduğu üçün onu işdən qovublar. Turan bəydən əlavə, ona yaxın olan işçilərdən biri, köhnə işçi, halbuki, heç bir vəzifəyə sahib olmayan, ona yaxın münasibətdə (!) olan Bənövşə xanımın sözləri keçərlidir”.
İnformator həmçinin Elşad Hacıyevin ən əsas qanunsuz gəlir mənbəyi olan tender hoqqalarını da sadalayıb: “Keçirdiyi tenderlərdən (Cəlilabad Rayon Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi, Sabunçu rayon Maştağa qəsəbəsində ixtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi və Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi) qabaq bütün podratçı təşkilatlardan hansı qiymət təklifini yazdıqlarını qabaqcadan öyrənib, sonda onları aldadıb, öz şirkətlərini qalib elan etmişdir. Elşad Hacıyevə aid şirkətlərdən hələlik məlum olanı bunlardır: “PRO COSTRUCTİON COMPANY” MMC “UNİ CO” MMC, “SMCS” MMC, “EMİLOGLU” MMC, “GRAVITY CONSTRUCTION” MMC, “SMTS” MMC. Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi tenderində “EMİLOGLU” MMC, “GRAVITY CONSTRUCTION” MMC, “SMCS” MMC-lərin tender təklifləri “UNI CO”MMC-dən aşağı olduğu halda, niyə “UNİ CO” MMC qalib elan edilir? Cəlilabad rayon Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi zamanı “CONSTRVCTİON BUSİNESS QROUP” MMC-nin qiymət təklifi “PRO CONSTRUCTION COMPANY” MMC-dən aşağı olduğu halda, “PRO CONSTRUCTION COMPANY” MMC qalib elan edilir. Məsələn, Ağdam Rayon Mərkəzi Xəstəxanasının 1-ci mərhələ üzrə tikintisinin tenderində 19 podratçı iştirak etdi. Tenderin ehtimal qiyməti 9000000 (doqquz milyon) manatdan çox idi. Bu tenderdə tikintidə yaxsi təcrübəsi olan müəsisələr iştirak edirdi. Onlardan 6 (altı) müəssisə Elşad Hacıyevə məxsus idi. Təcrübəsi olan şirkətlər tikinti işlərini yerinə yetirmək üçün normal qiymət təklifləri vermisdilər. Lakin min bir fırıldaqla ehtimal qiymətindən təqribən 50% aşağı özünə aid müəssisələrdən “UNİ CO” MMC-ni 4915253, 88 (dörd milyon doqquz yüz on beş min iki yüz əlli üç manat, səksən səkkiz qəpik) manat qiymətlə qalib etdi. Halbuki, bu qiymətlə həmin tikintini heç cür yerinə yetirə bilməz. Tender komissiyasinda iştirak edən Maliyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları özləri tikinti işlərini bilməsələr də, tikinti işini bilən mütəxəssislərə niyə bunu yoxlatdırmır ki, bu işi bu qiymətlə görmək olarmı, ya yox? Görək, bu vəsait orada işlədilən armatur və betona çatacaqmı? Bu müəssisə belə çıxır ki, külli miqdarda zərərlə bu işi yerinə yetirəcək. Belə nəticəyə gəlmək olur ki, adı çəkilən müəssisə Elşad Haciyevin özünə məxsusdur. Fikirləşir ki, işlər başlasın, 2-ci mərhələ tenderdə əlavə vəsaitlə kömək edib işi yerinə yetirəcək. Çünki, 2-ci mərhələ tenderdə əlavə (elektrik, santexnik, pəncərə, lift, isitmə-soyutma, tibb avadanlıqları, mebel inventarları və s.) işlər olduğu üçün qiymətləri artıraraq işi yerinə yetirəcək. Ona görə ki, bu avadanlıqların qiymətlərini özü yazdırır. O, bütün tenderlərdə tikinti işləri ilə tibb avadanlıqlarının tenderini birgə edir, yuxanda göstərilən səbəblərə görə ki, işlər yerinə yetirilsin. Maliyyə və İqtisadiyyat Nazirliyinin işçiləri soruşmur ki, tibb avadanlığı sahəsində təcrübəsi olmayan müəssisə bu avadanlıqları necə alacaq? Bu işlərə müəsisənin köhnə işçiləri imza atmadıqları üçün onları işdən azad edir. Elşad Haciyev TOMM-nin kollektivini iki hissəyə bölüb - köhnə və təzə işçilər. Köhnə işçilər az əmək haqqı ilə, təzə işçilər iki dəfə artıq əmək haqqı ilə işləyir”.
Mənbə qeyd edir ki, Elşad Hacıyevin rəvac verdiyi Səhiyyə Nazirliyinə nə qədər müraciət olunsa da, bunlara cavab verilmir: “90 çarpayılıq xəstəxana üçün 9-11 ədəd lift nəyə lazımdır? Bu, dövlət vəsaitini niyə talan edir? Liftin tender qiymətini baha qiymətə yazır, sonda ucuz qiymətə alıb podratçıya özü satır. Səhiyyə Naziriliyinin rəhbərliyi hara baxır? 2023-cü ilin sonunda internet saytlarında Səhiyyə Nazirliyinin TOMM-nin direktoru Elşad Hacıyev barədə yazılan tənqidi məqalələrdə bu məsələlər dərc edilmişdir. Ondan sonra Elşad Haciyev köhnə işçiləri yığıb onları işdən çıxaracağı ilə hədələmişdi ki, bunları internet sayıtına kim yazdırıb? Bu təhdid olunan işçilər arasında xadimə, gözətçi və sürücülər də var. İndi hansı zamandır ki, müdir işçiləri yığıb bu məsələləri müzakirə edir, onları incidir? Səhiyyə Nazirliyi bir yoxlama aparıb niyə m⁹araqlanmır ki, 10-30 il bu müəsisədə təcrübəsi olan işçiləri işdən çıxarıb, onların yerinə kimi işə qəbul edib? Halbuki, bu köhnə işçilər neçə illərdir vicdanla işləyən, dövlətimiz tərəfindən mükafatlarla təltif olunan işçilərdir. Elşad Hacıyev deyir ki, mənə “yuxarı”dan deyirlər ki, köhnə işçiləri işdən çıxar, yenilərini işə qəbul et. Əgər Səhiyyə Nazirliyinin rəhbərliyi bunları Elşad Hacıyevə deyiblərsə, bu məsələyə münasibət bildirsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru