İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                     SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? .....                     Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ .....                     Məşhur idmançının məhkəməsidir .....                     İranın sirli generalının Bakıya qəfil səfəri .....                     Pasiyentin həyatını heçə sayan "həkimlər" .....                     Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, .....                     Tələbə təqaüdləri nə vaxt artırılacaq? .....                     İstehsalçılar unun qiymətini açıqladı .....                     Paşinyanın saytında şokedici məlumatlar tapdım .....                     Oskanyan Qərbi Azərbaycandan danışdı .....                     "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox" .....                     Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib .....                     Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! .....                     Pakistanın Baş naziri Azərbaycana səfər edəcək .....                     BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb .....                     "Döyülə-döyülə buralara gəlib çıxmışıq" .....                     Ermənistan Ukraynanın taleyini yaşaya bilər .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     "Juninyo "Flamenqo"da oynamağa hazırdır" .....                     Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? .....                     AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ .....                     Azərbaycan dünyada bir çox dərin layları tərpədib .....                     Deputatın şirkəti NARAZILIQ YARADIR... .....                     Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... .....                     Paşinyanın yeni sülh sazişi blefi .....                     Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR .....                     Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? .....                 

Güclü külək əsən kimi niyə ancaq məktəb binalarının dam örtüyü uçur? - HƏQİQƏTƏN DƏ...
Tarix: 26-12-2023, 10:48 | Çap et
Güclü külək əsən kimi niyə ancaq məktəb binalarının dam örtüyü uçur?
Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub. Güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb. Ölkə ərazisində güclü külək əsən kimi adətən ən çox zərər görən tikililər orta təhsil müəssisələrinin binalarıdır. Bu isə təhsil müəssisələrinin daha keyfiyyətli və təbiət hadisələrinə davamlı inşasına zəmin yaradır.

Təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, güclü külək nəticəsində adətən təhsil müəssisələrinin zərər görməsi tikintini həyata keçirən podratçı şirkətin ciddi şəkildə pozuntulara yol verdiyinin göstəricisidir:

"Etiraf edək ki, o qədər də güclü olmayan küləklərdə məktəblərin inzibati binasında müəyyən qədər söküntülər əmələ gəlir. Məsələn, dam örtükləri uçur və yaxud da inzibati binalarda qəzalar baş verir. Bu, onu göstərir ki, tikintini həyata keçirən podratçı şirkət ciddi şəkildə pozuntulara yol verir. Yəni bu gün Azərbaycanda biz əgər uğur qazanan bir məktəb istəyiriksə, burada təkcə müəllimlərin bilik və bacarıqları yüksək olmamalıdır, həmçinin təhlükəsiz məktəb mühitinin yaradılması məsələsi də daim gündəmdə olmalıdır".

Nazirlər Kabinetinin tikinti normaları ilə bağlı 2012-ci ildə qəbul etdiyi 171 saylı qərarını xatırladan ekspert söyləyib ki, həmin qərarda orta ümumtəhsil məktəblərinin texniki göstəriciləri də qeyd olunub:

"Təəssüflər olsun ki, binanın dam örtüyünün bərkidildiyi konstruksiyalar taxtadan ibarət olur. Külək zamanı böyük ölçülü damların altına hava axını daxil olur. Nəticədə taxta örtüklər onu saxlaya bilmirlər. Ona görə də tikintini həyata keçirən və onu təhvil alan qurum binanın dam örtüyünün taxta konstruksiyalardan quraşdırılmasına icazə verməməlidir. Onlar dəmir şəbəkələrlə qorunmalıdır".

K.Əsədov həmçinin vurğulayıb ki, son 15 il ərzində ölkədə ümumilikdə 3 mindən çox yeni məktəb binası tikilərək istifadəyə verilib. Onun sözlərinə görə, amma hazırda 900-ə yaxın məktəb qəzalı vəziyyətdədir: "Bu qədər məktəbin qəzalı vəziyyətdə olmasına baxmayaraq, hər il orta rəqəmlə 40-a yaxın yeni məktəb binası tikilir və yaxud da əsaslı təmir işləri aparılır. Hazırda Azərbaycanda 4432 orta ümumtəhsil məktəbi mövcuddur və həmin məktəblərdə 1,6 milyon şagird təhsil alır".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, təkcə məktəblərdə deyil, bütün təyinatlı obyektlərdə tikinti norma və standartlarına əməl edilməlidir. Onun sözlərinə görə, obyekt tikilib hazır olduqdan sonra ona vaxtında dövrü xidmətlər göstərilməlidir:

"İstər üz boyası və dam örtüyünün, istərsə də pilləkən və həyətyanı sahələrdə əlavə tikililərin, zirzəmi, qazanxana, nasosxana və s. yerlərin daim saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Hər hansı bir nasasazlıq varsa, vaxtında aradan qaldırmaqla, eləcə də korroziya, deformasiyaya uğrayan və yaxud da istismar müddəti bitmə üzrə olan avadanlıqları dəyişməklə bu kimi xoşagəlməz hadisələrdən müəyyən qədər sığortalanmaq olar".

Təbiət hadisələrindən yüz faiz qorunmağın qeyri-mümkün olduğunu deyən ekspert müxtəlif təyinatlı obyektlərdə dam örtüyünün uçması, üz qabığının qopması və yaxud da pəncərələrin, şüşələrin sınması kimi halların müşahidə edildiyini xatırladıb: "Əlbəttə, yaxşı olardı ki, bütün təyinatlı obyektlərin təbii fəlakətlər və bu kimi digər təhlükəli vəziyyətlər zamanı insanların daha az zərər çəkməsi üçün tədbirlər planı olsun. Təbii ki, bəzi obyektlərdə təbii fəlakətlərə, fors-major hallara qarşı yanaşma konsepsiyası var. Ümumiyyətlə, bütün təyinatlı obyektlər və insanlar hər bir gözlənilməz hadisələrə qarşı mənəvi, psixoloji və fiziki cəhətdən hazır olmalıdır".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi qəzalı vəziyyətdə olan məktəb binalarının mütəmadi olaraq əsaslı təmiri, bərpası və ya yenidənqurması ilə əlaqədar olaraq tenderlər elan edir. İl ərzində bu kimi tenderlərə milyonlarla manat vəsait xərclənir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək - “The News International”
Bu gün, 09:45
BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:42
"Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27
Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09
"Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08
Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58
Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55
Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46
Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40
Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36
Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29
Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17
Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13
Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11
İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru