`Yasmin` Biznes Mərkəzinin QARAL(DIL)AN BƏXTİ... - TƏFƏRRÜAT
Tarix: 8-09-2022, 10:33 | Çap et
2015-ci ildən başlayan və paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" Biznes Mərkəzi ətrafında başlayan insident səngimək bilmir. Ölkənin bir çox mətbuat orqanları kimi, "Araz Media Qrupundakı araz.az xəbər portalı və digər media vasitələri də, artıq xeyli müddətdir ki, bu intriqa barədə silsilə yazılar dərc edirlər. Bu yazılarda xüsusi olaraq o vurğulanır ki, Biznes Mərkəzinin mürəkkəb tikinti quruluşlu görkəmi olduqca cəlbedici görünən 7 mərtəbəli binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamı ilə, "Xalq Bank"ı kölgədən idarə edənlər arasında uzun müddətdir davam edən bu çəkişmədə, halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, sahibkarlar binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxılmırlar.
Bu yerdə, bu qalmaqalla bağlı olan və hətta həmin yazılarda da xüsusi olaraq göstərilən olduqca maraqlı bir epizod barədə bir daha onu qeyd etmək istəyirik ki, bəli, "Yasmin" çəkişməsi başlayandan bu günədək, kölgədəki bankirlər tərəfindən qanunsuz təşkil edilən "razborka dəstəsinin qoluzorlularını" halal mülkünün -- aptekinin qapısına yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədovdur. İndiyədək dəfələrlə təzyiq və təhdidlərlə üzləşsə də, o, öz mülkünü qorumaqda israrlı olub həmişə. Bu günlərdə ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkmək istəmir. Üstəlik, məcburiyyətdən, bu aptek sahibi dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə, bu günlərdə, daha bir kəskin şikayət xarakterli Müraciət ünvanlayıb. Qalib Məmmədov bir nüsxəsini də araz.az-a göndərdiyi özünün bu Müraciətində, xüsusi narahatçılıqla aşağıdakıları qeyd edir:
" "Yasmin" Biznes Mərkəzi qalmaqalında zərər çəkən bir mülk sahibi kimi, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarımın qorunması və bərpası üçün bir daha sizlərə müraciət edirəm. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, "Yasmin"dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsindən, vaxtilə Biznes Mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, "Yasmin" ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir.
Bu qalmaqalda əsas günahkarların -- bankı kölgədən idarə edənlərin, Biznes Mərkəzinin özünün binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları belə bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırnağa çalışıblar. Bir sözlə, "Xalq Bank"ı kölgədən idarə edən və bizə -- halal mülk sahiblərinə qarşı düşmən mövqeli nüfuz sahibləri əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Elə, buna görədir ki, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən çəkinmirlər. Dəhşət ondadır ki, onlar, zərərçəkən iş adamlarının hər birinin binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoyublar, onları obyekt və ofislərinə belə yaxın buraxmırlar.
Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün -- aptekimin də işləməsinə imkan vermirlər. Halbuki Biznes Mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və hazırki çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdiririk. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunurdu. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.
Məhz yuxarıda qeyd etdiyim və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, "XalqBank"ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bank əməkdaşları isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq kimi əməllər törətməkdən çəkinmirlər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsilib. Bu, əsl şeytan əməlidir və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olur. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə dəyən ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.
Üstəlik, mülkümü ələ keçirmək üçün, son vaxtlar mənə hədə-qorxu gələnlər, sadəcə terrorçuluq edirlər. Mənsə öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla çıxarmaq istəyənlər cinayətkar və terrorçu olacaq. Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər! Əfsuslar ki, bu məhkəmələr də, haqq-ədaləti yox, qorxudan onların dediklərini müdafiə edirlər. Məcburiyyətdən, burada incidilən sahibkarlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Həmin məhkəmə də, sahibkarların iddialarını müdafiə edib və bu barədə bir-neçə Qətnamə və Qərar verib. Bunu isə, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm.
Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə -- hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər -- mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, üzülməz, öz yerini tapar, inşallah!". Müraciətinin sonunda obyekt sahibi, indi, onun kimi, digər zərərçəkənlərin də hədsiz dərəcədə narahat olduqlarını qeyd edir. Bu işdə ona və digər mülk sahiblərinə kömək əli uzatmalarını xahiş edərək, umidini yalnız onlara bağladığını bildirir. Edəcəkləri köməyə görə, onlara qabaqcadan minnətdarliğını da çatdırır. araz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|