“ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Tarix: 15-09-2020, 11:19 | Çap et
Hələ 2018-ci ildə dövrü mətbuatın yazdığına görə “Azərbaycan əhalinin bir nəfərinə düşən ayaqqabı cütünün istehsal həcminə görə MDB ölkələri arasında sonuncu yerləri tutur. MDB ölkələri arasında ilk yerləri bölüşən Belarus və Qırğızıstanda ayaqqabı istehsalının həcmi adambaşına 1 cüt olduğu halda Azərbaycanda əhalinin hər 100 nəfərinə 1 cüt ayaqqabı istehsal olunur”.Maraqlıdır bu statistika indi nə yerdədir? Qeyd edək ki,bu gün ölkənin ayaqqabı bazarı, demək olar ki, bütünlüklə xarici idxaldan asılıdır. Daxili tələbatın çox cüzi bir hissəsi yerli istehsal hesabına təmin olunur.Bu istehsalın böyük payı aşağı keyfiyyətli və aşağı qiymətli məhsullardan ibarətdir.Düzdür, fərdi emalatxanalarda yüksək keyfiyyətli məhsul istehsal edən fiziki şəxslər də var.Bəs dövlətin milyonlarla vəsait ayırıb yaratdığı müəssilərin payına nə düşür?
Aktualinfo.org xatırladır ki,Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı(2010-2015) çərçivəsində Azərbaycan Beynalxalq Bankının ayırdığı kreditlər hesabına maliyyələşən bir neçə sənaye müəssisələri arasında “BOT” Ayaqqabı Fabriki də olub.Hələ 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılmış bu müəssisə 15 ildən çox bir müddətdə yerli bazarda ayaqqabı istehsalı sahəsinin başında dayanıb. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanından sonra“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmiş onlarla sənaye müəssisələrindən biri də “BOT” Ayaqqabı Fabrikinin bazasında yaradılmış “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ASK Ayaqqabı Fabriki” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Nobel pr. ev 23 olan MMC-nin nizamnamə kapitalının 9720786.00 AZN, qanuni təmsilçisinin Bağırov İlham Fikrət oğlu olduğu göstərilib.
Kifayət qədər maddi-texniki bazası olan bu MMC Azərbaycanda əhalinin ayaqqabıya olan tələbatının tam ödənilməsi üçün işini günün tələbləri səviyyəsində qura bilibmi? Qeyd edək ki,açıq internet resursları üzərindən apardığımız araşdırmalar zamanı “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqıbalar barədə o qədər də dolğun məlumatlar əldə edə bilmədik.Xüsusilə vurğulamaq istərdik ki,10 milyon manata yaxın nizamnamə kapitalı olan MMC-nin sadə bir veb-səhifəsi belə yoxdur.”Azərbaycan Sənaye Korparasiyası”Açıq Səhmdar Cəmiyyətin rəsmi portalında isə fabrikin fəaliyyəti barədə çox qısa məlumat yerləşdirilib.Orada yerləşdirilən məlumatlara görə fabrik Azərbaycanda güc strukturları əməkdaşlarının,hərbi qulluqçuların qış-yay ayaqqabıları ilə təmin edir. Araşdırmalar zamanı onu da əldə edə bildik ki,MMC hər bu məqsədlərlə külli miqdarda dövlət vəsaiti xərcləyir.MMC-nin ayaqqabı istehsalına tender yolu ilə ayrımış olduğu vəsaitlərin bir qismini diqqətinizə çatdırırıq.
“ASK Ayaqqabı Fabriki” MMC-nin 24 sentyabr 2019-cu il tarixdəki elanına görə təkliflər sorğusu üsulu ilə ayaqqabı istehsalında istifadə olunan müxtəlif növ xrom dərilərin satınalınması ilə əlaqədar satınalma müsabiqəsinin qalibi “Seyfulla & Kövsər” MMC olmuşdur və 162 604.00 AZN məbləğində müqavilə bağlanmışdır.Xromla aşılanmış 1 800 000 dm2 üzlük dərinin satın alınması üzrə 30.01.2019-cu il tarixdə elan olunmuş tenderin də qalibi “Seyfulla & Kövsər” MMC olub və tərəflər arasında 955 800.00 manat məbləğində müqavilə bağlanmışdır.
“ASK Ayaqqabı Fabriki” MMC tərəfindən 29 dekabr 2019-cu il tarixində elan edilmiş elektron açıq tenderdə (üzlük xrom və astarlıq dəri) “Seyfulla & Kövsər” MMC qalib elan olunmuşdur. Qeyd olunan təşkilat ilə müvafiq satınalma müqaviləsi bağlanmış,lakin burada məbləğ göstərilməmişdir.
“ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.02.2020-ci il tarixdə üzlük xrom və astarlıq dəri satınalması üzrə 2135328 manat dəyərində keçirilmiş müsabiqənin qalibi “Seyfulla & Kövsər” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.Satınalmaların elektron portalında yerləşdirilmiş məlumatlara görə 05.03.2020-ci il tarixdə də üzlük xrom və astarlıq dəri üzrə 2135328 manat dəyərində müqavilə də “Seyfulla & Kövsər” MMC ilə bağlanmışdır.
“ASK Ayaqqabı Fabriki” MMC-nin 02 iyul 2020-ci il tarixində yaydığı elana görə “1920000 dm2 üzlük xrom dəri”-nin satın alınmasına dair açıq elektron tender ilə keçirilən satınalma prosedurunun qalibi “Seyfulla & Kövsər” MMC olmuşdur. Həmin şirkət ilə 20.08.2020-ci il tarixində ƏDV daxil 974 208,00 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır. Qeyd edək ki,bundan cəmi bir həftə əvvəl,13.08.2020-ci il tarixdə üzlük xrom dəri satınalması üzrə 996 864 manat dəyərində müqavilə də “Seyfulla & Kövsər” MMC ilə bağlanmışdır.Bu isə o deməkdir ki,”ASK Ayaqqabı Fabriki” MMC cari ilin pandemiya ilə əlaqadər karantin rejimi elan olnduğu beş ayı ərzində “Seyfulla & Kövsər” MMC ilə 4 milyon manatdan çox satınalma müqaviləsi bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Seyfulla & Kövsər” MMC-nin Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində 30.12.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Hüquqi unvanı Sumqayıt şəhəri,Tuq-zavod qəsəbəsi olan MMC-nin nizamnamə kapitalı 25 manat,qanuni təmsilçisinin Hüseynova Reyhan Məhəmməd qızı olduğu göstərilir.Nizamnamə kapitalı cəmi 25 manat,qanuni təmsilçisinin qadın olduğu bu MMC-nin dəyəri milyonlarla manat olan dövlət sifarişlərini həyata keçirməsi ortaya müəyyən suallar çıxarır?Bu MMC-ni kimlər idarə edir? Azərbaycan reallığında dəyəri milyonlarlar olan dövlət sifarişlərini hər kəs ala bilməz axı.Sözügedən MMC-nin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ya Müşahidə Şurasının üzvlərinə, ya ASC-nin rəhbər vəzifəli şəxslərinə,ya da başqa yüksək çinli bir məmura bağlı şəxslər tərəfindən idarə edilməsi ehtimal olunur.
Bunlardan başqa”ASK Ayaqqabı Fabriki” MMC-nin 08 iyun 2020-ci il tarixindəki elanına görə“Ayaqqabı istehsalı üçün əsas və köməkçi materiallar”ın satın alınmasına dair təkliflər sorğusu ilə keçirilən satınalma prosedurunun qalibi “Dariservis” MMC olmuşdur.Həmin şirkət ilə 22.06.2020-ci il tarixində ƏDV daxil 426 037.23 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. “Dəftərxana və təsərrüfat mallar”ın satın alınmasına dair 14 may 2020-ci il tarixində elan olunmuş kotirovka sorğusu ilə keçirilən satınalma prosedurunun qalibi isə “Global Stationery Office” MMC olmuşdur. Həmin şirkət ilə 08.06.2020-ci il tarixində ƏDV daxil 8286,963 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Dariservis” MMC-nin Gəncə şəhərindəki 12 saylı Ərazi Vergilər Baş İdarəsində 03.10.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Hüquqi unvanı Bakı şəhəri,Nəsimi rayonu Cəlil Məmmədquluzadə ev 108,mən 17 olan MMC-nin nizamnamə kapitalının 100 manat,qanuni təmsilçisinin isə Zeynalov Şakir Mikayıl oğlu olduğu göstərilir.“Global Stationery Office” MMC-nin fəaliyyət sferası barədə isə əlavə heç bir məlumat tapa bilmədik.
Bağlanmış müqavilələrdən də göründüyü kimi “ASK Ayaqqabı Fabriki” MMC il ərzində ayaqqabı istehsalına milyonlarla vəsait xərcləyir.Bunlar bizim araşdırmalarımız zamanı əldə etdiyimiz məlimatların kiçik bir qismidir. Qeyd edək ki,”ASK Ayaqqabı Fabriki” MMC tərəfindən keçirilmiş bir çox tenderlərin nəticələri barədə məlumatların çoxunun ictimaiyyətdən gizlədildilməsi ehtimalları da var.Belə ki,”VOSTOK-SERVİS BAKI”,”PROFF LOGİSTİCS”, “Global Stationery Office”, “Hermes ZF”, “Blue Water Shipping Caspian”,”Zilbar”,”NMZ-GROUP”, “Divac-96”, “REDLAN”, “Billur ticarət” kimi MMC-lərlə müqavilələrin bağlanması ilə əlaqədar verilmiş elanlarda ayrılmış vəsaitlərin məbləğı açıq göstərilməmişdir.Digər tərəfdən də sözügedən MMC-lərin əksəriyyətinin fəaliyyət dairəsi barədə açıq internet üzərindən heç bir məlumat əldə edə bilmədik.Bu isə sözügedən MMC-lərin nə yüksək səviyyədə maddi-texniki bazasının,nə də ixtisas göstəricilərinin uyğun olmamasından xəbər verir.
Digər tərəfdən isə yuxarıda da qeyd etdiyimiz kimi,“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin saytında”ASK Ayaqqabı Fabriki”MMC-nin respublikanın güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olduğu göstərilir.Lakin araşdırmalarımız zamanı 2019-2020-ci illərdə nə AR DİN-in Təchizat İdarəsi, nə AR DİN-nin Daxili Qoşunları,nə də AR Dövlət Sərhəd Xidməti və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqabılara dövlət sifarışi verməmişlər.Amma dövrü mətbuatın yazdığına görə bir neçə il əvvəl hərbi və xüsusi təyinatlı ayaqqabıların dövlət sifarişi ilə alınmasına dair keçirilən tenderlərin əksəriyyətinin qalibi məhz “ASK Ayaqqabı Fabriki” MMC-nin sələfi “BOT” MMC olub.
Göründüyü kimi MMC ayaqqabı istehsalı üçün lazım olan mallara külli miqdarda vəsaitlər ayırır.Çox maraqlıdır ki, “ASK Ayaqqabı Fabriki” MMC-nin istehsal etdiyi ayaqqabıları kimlər alır? Çox istərdik ki,bu və digər bu kimi suallara “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri cavab versin.”ASK Ayaqqabı Fabriki” MMC-nin Tender Komissiyyasına ünvanladığımız sorğu cavabsız qalıb. //Aktualinfo.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
|