Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                 

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti var
Tarix: 19-12-2019, 10:46 | Çap et
Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasında məşkunlaşan məcburi köçkünlərdən AYNA-ya şikayət daxil olub. Şikayətdə deyilir ki, uşaq bağçasının bir korpusunda yaşayan məcburi köçkünlərin mənzillərinin tavanı bərbad vəziyyətdədir.

“1998-ci ildən burada yaşayan 12 məcburi köçkün ailəsinə verilən otaqlarının təmirə ehtiyacı var, yağış yağanda otaq su içində olur, yığılan vedrələrlə suyu boşaltmaqdan bezmişik. Otaqların çoxunun dam örtüyü pis vəziyyətdədir, təzələnməyə ehtiyac var”, - deyə şikayətdə bildirilir.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Onlar qeyd edirlər ki, bağçanın müdiri binaya ayrılan təmir pullarını ancaq özünə lazım olan hissəyə - tikilinin bağçaya düşən tərəfinə xərcləyir: “Biz tərəfin təmir pulunu isə cibinə qoyur, halbuki dövlət vəsaiti bütünlüklə binaya ayrılıb. Xanım müdir deyir ki, “özünüz yaşayırsınız, özünüz də evinizi təmir edin”. Bizim də imkanımız yoxdur”.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən sözügedən bağçanın müdiri Rəhilə Fətullayevanın sözlərinə görə, bina ötən əsrin əvvəlində istismara verilib və artıq köhnə tikili kimi istismar müddəti bitdiyindən tez-tez təmirə ehtiyac duyulur: “Hər yer çat-çatdır. Binanın əsaslı təmirdən çox, yenidən tikilməsinə ehtiyac var. Binanın bir hissəsində bağça yerləşir, oranın dam örtüyünü yenicə təmir etdirmişik, hər tərəf yamaq olsa da, hələlik problem yoxdur”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Şikayətçilərin iddiasına gəlincə, müdir deyib ki, həmin otaqların yalnız bir neçəsinin damında problem var: “Məcburi köçkün ailələrinin bir neçəsi öz hesabına tavanı təmir etdirmişdi, amma faydası yoxdur, çünki dam özü sıradan çıxıb, indi də mənlik heç nə yoxdur, zəhmət çəkib özləri təmir etsinlər. İldə üç dəfə siyahı hazırlayıram, imzalayıram, burada məskunlaşan məcburi köçkünlərlə bağlı ölçü götürülür. İcra hakimiyyətinin də xəbəri var vəziyyətdən. Onlar bir otaqda qala-qala toy ediblər, gəlin gətiriblər. Mən neyləyim axı? Onların sayı artıb, artıq onların evə ehtiyacı var”.

“Sözünüzdən belə çıxır ki, bu insanların ailə qurmaq hüququ yoxdur” sualına R.Fətullayeva belə münasibət bildirib: “Onların çoxalmağına görə mən məsuliyyət daşımıram. Bilirsiniz necədir? İstəsələr, orada özlərinə yaxşı şərait yaradarlar. Həm də hazırda şikayət edənlər özləri bu otaqları başqa bir məcburi köçkündən pulla alıb dəyişiblər. Ona görə də, orada yaşayanlarla hər hansı müqaviləm yoxdur, heç onlara görə məsuliyyət daşımıram. Bağça binası hazırda Dövlət Əmlak Komitəsinin balansındadır, açıq satışa, özəlləşdirilməyə çıxarılıb”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Bağça müdirindən məcburi köçkünlərin yeni yaşayış evləri ilə təmin olunması ilə bağlı hansısa xəbərinin olub-olmadığını soruşduq. “Bu iş növbəli formada həyata keçirilir. Bizə “Qaçqınkom”dan deyirlər ki, “gözləyin”, biz də gözləyirik”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev AYNA-ya deyib ki, Komitəyə ayrılmış vəsait daxilində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı kompakt yaşayış sahələrinin əsaslı təmiri nəzərdə tutulmur: “Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə elektrik naqillərinin təmiri və dəyişdirilməsi, dam örtüklərinin, sanitar qovşaqların təmiri kimi cari işlər həyata keçirilir”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

“Bağçalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulub. Buna uyğun olaraq qeyd edilən obyektlərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq”, - Mirzəyev əlavə edib.

İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə AYNA-ya bildirib ki, 86 saylı uşaq bağçası özəlləşdirmə üçün satışa çıxarılsa da, orada baş verənlərin, eləcə də təmir məsələlərin onlara heç bir dəxli yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru