Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                 

Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM
Tarix: 8-08-2019, 12:09 | Çap et
Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir...

“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.

Bütün bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.

Qarşılaşdığımız ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək.

Onu da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu günədək də davam edir.

Bundan əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan ölümünə səbəb olur.

Bir faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər oluruq.

Əslində Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir. Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.

Problemlərdən biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv edilməsidir.

Aydınlıq gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını yubanmadan xəstəyə yetişirdi.

Amma son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur (bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa 10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar). Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər. Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.

İnanın ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur, sağlamlığımızı itiririk.

Amma şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən, xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.

Elə buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim. Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram. Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.

P.S. İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək, səsinə səs verəcək.

Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru