İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                 

Tovuz rayonunda özbaşınalıq - Qarabağ qazisindən prezidentə MÜRACİƏT
Tarix: 10-06-2019, 12:29 | Çap et
Tovuz rayonunda özbaşınalıq
Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib.

DİA.AZ AFN-ə istinadən Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir:

Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup Qarabağ qazisi kimi Sizin tanıdığınız imtiyazlardan istifadə etməklə bərabər, biz qazilərə göstərdiyiniz qayğıdan yararlanıram. 3 övladım və yaşlı ata-anamla Tovuz rayonu Vahidli kəndində 2 otaqlı mənzildə yaşayıram. Mənzil şəraitimin yaxşılaşdırılması üçün fərdi ev tikintisi növbəsinə durmaq məqsədilə 2014-cü ildə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lazım olan bütün sənədlər təqdim edilib, lakin bu günə qədər adım növbəyə yazılan Qarabağ qazilərinin siyahısında yoxdur. Rayon İH deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizdən siyahı istəməlidir, nazirlik isə deyir ki, siyahını RİH göndərməlidir. Beləcə ötür-ötür oyunu quraraq illərdir məni süründürürlər.

Möhtərəm Prezident! Tovuz rayonunda özbaşınalıq, laqeydlik hökm sürür. Mən bunu tam məsuliyyətimlə deyirəm, çünki özüm də bu vəziyyətin qurbanına çevrilmişəm. Bizim kəndimizdə torpaq islahatları aparılan zaman qanun pozuntularına yol verildiyi üçün islahatların nəticəsi ləğv edilib. Kənd əhalisi suvarılan və suvarılmayan sahələri qarşılıqlı razılaşma əsasında bölərək istifadə edir. Mənim atam Abdullayev Sakit də özünün və ayrı təsərrüfat olduğum üçün mənim də payıma düşən 60 sot ərazidən həmkəndlimiz Məmmədov Mayıl Ənvər oğlunun müvəqqəti istifadə etməsi üçün razılıq verdi. Təxminən 18 ilə yaxın bir müddət ərzində M.Məmmədov ərazidən istifadə etdi, suvarılan sahə olduğu üçün orda gah taxıl əkdi, gah yonca, gah da biçənək kimi istifadə etdi. Qeyd edim ki, M.Məmmədovun heyvanı yoxdur. Orda becərdiyi taxılı da, yonca və otu da satır. Ərazini başqa kəndin adamlarına icarəyə verir. Və bütün bunlardan dövlətə bir qəpik vergi ödəmir. Biz isə bu 18 ildə kəndin suvarılmayan ərazilərindən ot biçməklə mal-heyvanımızın qışlığını təmin etmişik. Hazırda atam yaşlandığı üçün mənə bu işlərdə köməyi dəymir, mənim isə ayağımın protez olması səbəbindən əmək qabiliyyətim tam deyil. Bütün bunlar ailəmizin həmin əraziyə ehtiyacını gündəmə gətirdi. Bir neçə il M.Məmmədova ərazini xoşluqla bizə qaytarmasını təklif etdik, lakin qulaqardına vurdu, hər dəfə bir bəhanə ilə növbəti ilə saxladı. Bu il isə mən xüsusi razılıq almadan öz payımıza düşəndən də az – cəmi 48 sot – ərazini suvarıb biçinə hazırladım. Lakin M.Məmmədov oranı mənə xoşluqla verməyəcəyini dedi. Halbuki o 48 sotu çıxdıqdan sonra ona 1 hektar 30 sotdan çox yer qalırdı. İyun ayının 3-də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və həm mənzil növbəsi, həm də yaranmış torpaq mübahisəsi ilə bağlı məlumat verib məsələnin həll olunmasını xahiş etdim. M.Məmmədov hər iki məsələ haqda müvafiq şəxslərə göstəriş verdi. Mənzil məsələsi birinci müavin Rəşad Zeynalova, yaranmış torpaq mübahisəsi isə başmının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə edildi. Biz artıq məsələnin obyektiv həll olunacağına ümid edərkən, dost-tanış N.Qasımovla Mayıl Məmmədovun dost olduqlarını dedi və prosesin əksinə olacağını bildirdi. Təəssüf ki, elə də oldu. Rayon rəhbərliyi “dovşana qaç, tazıya tut” prinsipi ilə hərəkət edərək məni qəbuldan arxayın yola salıb, o tərəfdən Mayıl Məmmədova “get ərazini biç” göstərişi verib. Qəbuldan 1 gün sonra yazdan bəri suvarıb yetirdiyim biçənək Mayıl Məmmədov tərəfindən biçilərək yenidən mənimsənildi. N.Qasımov bacımla telefon danışığında deyib ki, Mayıl Məmmədov sənin qardaşının əlilliyinin saxta olduğunu deyir. Belə çıxır ki, dövlət məmuru 23 ildir dövlətin Qarabağ əlili kimi tanıdığı, qayğı göstərdiyi, şəxsən sizin sərəncamlarınızla avtomobillə, sosial qayğılarla təmin edilən bir adama atılan iftiraya əsaslanıb onun haqqını tapdalamağı asan iş bilir. Bu, həmin Niftalı Qasımovdur ki, vaxtilə rayonda İslahat komissiyasının sədr müavini olub. Həmkəndlim M.Məmmədov yazı-pozu bacardığı, indiyə qədər kənddə, rayonda vəzifə tutan adamlar haqda mərkəzə çoxlu şikayətlər ünvanladığı üçün görünür, N.Qasımov da İslahat komissiyasına olarkən yol verdiyi pozuntuların üstünün açılacağından qorxur və ona görə də onun haqsız mövqeyini müdafiə edir. Çox təəssüflə qeyd edim ki, rayon rəhbərliyi də diqqətinə çatdırılmasına baxmayaraq, bütün bunlara göz yumur.

Mən dünyanın gəlişindən-gedişindən az-çox başı çıxan bir adam kimi deyirəm: bunun yeganə adı təxribatdır! Ölkədə Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqətin, qayğının artdığı bir vaxtda bu cür hadisələrin baş verməsi ancaq və ancaq təxribatdır, dövləti və hakimiyyəti gözdən salmaqdır. Mənim atam da Qarabağ müharibəsi veteranıdır. Müharibə başlayanda müəllimliyini atıb Vətənin keşiyində dayanıb. Evin tək oğlu ola-ola öz xahişimlə ordu sıralarına qoşulmuşam. Bizim kimi insanların hesabına qızğın döyüşlərin getməsinə baxmayaraq, düşmən Tovuz rayonundan bir qarış torpaq ala bilməyib. İndi belə çıxır ki, bizim qanımız tökülən torpağa haqqımız çatmır.

Cənab Prezident! Bizim ümidimiz yenə sizədir. Əminik ki, məsələ diqqətinizə çatsa obyektiv araşdırılmasına göstəriş verəcəksiniz. Əks halda, ailəmi də götürüb ölkədən getməkdən başqa çarəm qalmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru