"Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                 

Göydə uçan təyyarə biletləri - Fantastik bahalaşmanın pərdəarxası
Tarix: 13-09-2018, 11:18 | Çap et
Göydə uçan təyyarə biletləri
Azərbaycanda hava nəqliyyatının fantastik qiymətə olması heç kəsə sirr deyil.

Hava nəqliyyatı o qədər baha başa gəlir ki, Azərbaycandan Avropaya uçmaq istəyən şəxslər, Tiflisə getməyə üstünlük verirlər.

Qiymətlərin baha olması bir yana, sərnişinlər təyyarələrin köhnə olmasından və xidmətdən da şikayətçidirlər.

Faktiki olaraq, İstanbul və Moskva ən çox səfərlərin edildiyi yerlərdir. Bu reyslerdə onsuz da müştəri olur deyə, köhnə təyyarələr uçuşa buraxılır. Qiymət uçuş kilometrinə görə, ABŞ və Avropaya uçmaqla təxminən eynidir. Təkcə AZAL deyil, “Türk Hava Yolları” da həm bahadır, həm də Avropa uçuşlarında göstərdiyi xidmətin onda birini Azərbaycan üçün etmir. Qiymətin baha olması təbii ki, turistlərin ölkəyə gəlişinə də əngəl yaradır.

Hava nəqliyyatının baha qiyməti və bunun səbəbləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlama verib.

Natiq Cəfərli bildirib ki, istər “Türk Hava Yolları”nın, istərsə də, digər xarici şirkətlərin sərnişindaşıma xidmətini baha qiymətə həyata keçirməsinin əsas günahkarı AZAL-dır:

“AZAL birgə reyslərin olmasında israrlıdır. Həmin reyslərdən böyük payı və gəliri var. Bundan başqa bizim hava limanında xidmət haqqı kifayət qədər bahadır. Heydər Əliyev adına hava limanı dünyanın ən baha xidmət göstərən hava limanlarından biridir. İstər təhlükəsizlik xidməti olsun, istər təmizlik xidməti, istərsə də təyyarələrin yanacaqla doldurulması kifayət qədər bahadır. Xidmət haqqının baha olması qiymətlərə də təsir göstərir. “Türk Hava Yolları”na məxsus təyyarələr Tiflis-İstanbul reysini Bakı-İstanbul reysindən 2-3 dəfə ucuz qiymətə həyata keçirir. Bu da Tiflis hava limanı xidmətlərinin Bakıya nisbətən ucuz olmasının nəticəsidir”.

AZAL-a gəldikdə isə ekspert bildirib ki, AZAL yeganə, hegemon, inhisarçı şirkətdir:

“AZAL digər şirkətlərin Azərbaycana gəlməsinə imkan vermir. AZAL inhisarçılıq mövqeyindən istifadə edərək, qiymətləri diqtə edir. Qiymətlərin baha olmasının ən böyük səbəbi rəqabətsizlik mühitidir. Nə qədər ki ölkədə, əsasən də, hava daşımacılığında rəqabət mühiti yoxdur, turistlərin Azərbaycana gəlməsinə və Azərbaycan vətəndaşlarının xaricə səfər etməsinə şərait yaranmayacaq. Gürcüstanda aparılan araşdırma onu göstərdi ki, son 5 ildə Gürcüstan hava limanlarının daha ucuz şərtlərlə işləməsi və dünyaca məşhur 12 şirkətin Gürcüstan bazarında iştirakına hökumətin icazə verməsi turistlərin sayında kəskin artıma səbəb olub. 5 il öncə ildə 3 milyon turist qəbul edən Gürcüstan hazırda artıq 7 milyon turist qəbul edir. Hətta bu il turist sayının 8 milyon olacağı gözlənilir. Gürcüstan dünyada turist qəbulunun ən çox artdığı 5 ölkədən biri olub. Bu da hava limanının işləmə qaydalarından və Gürcüstan hökumətinin rəqabətli mühitin yaradılmasında maraqlı olmasından irəli gəlir. Azərbaycanda turizmin ləng inkişaf etməsinin əsas səbəblərindən biri məhz AZAL-ın inhisarçı mövqedə olmasıdır. Ona görə də, bu aviaşirkət biletləri kifayət qədər baha qiymətlərlə satır”.

AZAL-ın bu qədər baha qiymətə bilet satmasına rəğmən hələ də ziyanla işləməsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib:

“Şəffaflığın olmaması, xidmətlərin, satınalmaların şişirdilməsi, korrupsiya faktları ehtimalının yüksək olması maya dəyərinə təsir göstərir və şişirdilmiş maya dəyəri də şirkətin ziyanla işləməsinə səbəb olur. Əslində isə AZAL dövlətdən ən çox dəstək görən şirkətlərdən biridir. Həm təyyarələrin alışı və təmiri, həm də hava limanının tikinti və təmiri dövlət büdcəsi hesabına aparılır. AZAL-ın tez-tez vergi və kommunal borcları silinir. Bütün bunlara baxmayaraq, AZAL rəsmi rəqəmlərə görə, hələ də ziyanla işləyən şirkətlərdən biridir. Bu da AZAL-da idarəetmənin kökündən pis olduğunun bariz sübutlarından biridir”.

Hazırkı durumdan çıxış yolu barədə danışan ekspert qeyd edib ki, bazara müstəqil oyunçular və sayılıb-seçilən şirkətlərin daxil olmasına, onların burada çalışmasına imkan verilməlidir:

“Azərbaycana bir neçə şirkətlər gəlib, ancaq AZAL-ın inhisarçılığına və qiymətlərə görə ölkədən getməyə məcbur olublar. Bazar tam açılmalıdır. Hava limanının xidməti AZAL-dan alınmalı və tamamilə ayrı şirkətin nəzdində olmalıdır ki, rəqabət yaransın, nəticədə keyfiyət dəyişikliyi baş versin”.

AZAL-ın özəlləşdirilməli olduğunu deyən Natiq Cəfərli bildirib ki, şirkət dövlətin belində ağır yük kimi qalıb:

“AZAL həm dövlətdən böyük həcmdə vəsait alır, həm də qeyri-effektiv fəaliyyət göstərir. AZAL-ın özəlləşdirilməsi sadaladığım digər məsələlərlə birgə paralel aparılsa, 1-2 ildən sonra Azərbaycanda rəqabətli bir mühit yarana və Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xaricə uçmasının qarşısı alına bilər”.

Qeyd edək ki, rəsmi rəqəmlərə görə il ərzində Gürcüstandan xaricə səfər edənlərin 15-20%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Əlavə olaraq bildirək ki, prezident İlham Əliyev də AZAL-da bilet qiymətlərinin baha olmasını vurğulayaraq, bunları deyib:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
www.yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru