Köhnə binalar niyə baxımsızdır - MİS-lər pul yığır, amma...
Tarix: 1-02-2018, 12:02 | Çap et
Bakının mərkəzində, eləcə də ətraflarda, qəsəbələrdə yerləşən köhnə binaların blokları illərdir ki, qaranlığa qərq olub. Bina girişləri işıqlandırılmadığı üçün gecə saatlarında sakinlər mənzillərinə qalxmaqda çətinlik çəkirlər. Həmçinin blokların qapı və pəncərələri də bərbad vəziyyətdədir.
Bu barədə “Yeni Müsavat”a müraciət edən 1-ci mikrorayonda yaşayan sakinlər bildiriblər ki, ərazidə heç bir binanın blokunda işıq yoxdur. Onların sözlərinə görə, pilləkənlərin də köhnə olması səbəbindən bir neçə dəfə qaranlıqda mənzilinə qalxmağa cəhd edən sakinlər yıxılıb xəsarət alıblar.
Maraqlıdır ki, Bakıda bloklarda işıq problemi bir neçə ildir ki, davam edir. Söhbət köhnə binalardan gedir. Hansı ki, həmin binalarda nəzarətçi yoxdur və bütün işlərə elə sakinlərin özləri nəzarət etmək məcburiyyətindədirlər. Təkcə 1-ci mikrorayon deyil, Yasamal, Binəqədi, Sabunçu və digər rayonlarda da oxşar hal müşahidə edilir.
Sakinlərin sözlərinə görə mənzil istismar sahəsinin işçiləri onlara bildirirlər ki, hər kəs öz qapısının ağzına işıq çəksin. Sakinlər həmçinin qeyd edirlər ki, MİS əməkdaşları günahı bina sakinlərinin üzərinə yıxırlar. Bildirirlər ki, onların çəkdikləri elektrik xətti, patronlarını oğurlanır. Ona görə də MİS əməkdaşları daha bu işə maraq göstərmir, binaları işıqsız qoyurlar...
Sakinlərin sözlərinə görə, 1-ci mikrorayonda bütün bina girişlərinə qoyulan dəmir qapıları da öz vəsaitləri hesabına düzəltdiriblər. Bunun səbəbi kimi göstərirlər ki, kənar şəxslər bina girişlərindən tualet əvəzi istifadə edirlərmiş. Ona görə də bir neçə qonşu məcbur qalıb, bina girişlərinə kodlu qapı qoyublar.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, şəhər, küçə işıqlandırmalarına rayon icra hakimiyyətinin balansında olan mənzil istismar sahəsi baxır:
“Ancaq onlar da bunu etməyəndə abonent istədiyi zaman bizə müraciət edir, biz də sayğacdan onlar üçün xətt ayırırıq və bloku işıqlandıra bilirlər. Ümumilikdə isə dediyim kimi, qanuna görə bu işlərə MİS baxır”.
İqtisadçı Natiq Cəfərli bildirdi ki, dünyanın hər yerində bu məsələləri sakinlər tərəfindən seçilmiş mənzil komitələri həll edirlər:
“Ancaq əsasən bu məsələlər bələdiyyələrlə birlikdə həll olunur. Azərbaycanda isə bələdiyyə institutu yox kimi bir şeydir. Ciddi bir təsir və idarəetmə mexanizmləri yaratmayıblar. MİS-lərə gəlincə isə onlar artıq rəsmi qərara görə ləğv edilib. Sadəcə olaraq, bu qərarın həyata keçirilməsi hər il uzadılır. Əvvəllər bu sahədə özəl şirkətlərin olması ehtimalı var idi. Doğru olan da elə budur. Bir çox ölkələrin praktikasında bu cür özəl şirkətlər bina komitələri ilə müqavilələr bağlayırlar. Bu müqavilələr çərçivəsində də onlara xidmət göstərirlər. İstər işıqlandırma, istərsə də zibilin daşınması, liftlərə nəzarət olsun. Yəni bir çox kommunal xidmətləri xüsusi özəl şirkətlər göstərirlər. Bu da xidmətin keyfiyyətinin yüksəldilməsinə və sakinlərlə həmin özəl şirkətlər arasında normal münasibətlərin yaranmasına səbəb olur. İndi isə sakinlərin şikayət edəcəkləri bir qurum yoxdur. Obrazlı desək, dövlətdən də dövlətə şikayət etmək olmur. Nəticə etibarı ilə hesab edirəm ki, sadəcə, ciddi özəlləşmənin həyata keçirilməsinə start verilməlidir. Özəl şirkətlərin bu bazara buraxılması ilə bağlı qərarlar verilməlidir. Belə olarsa, sahədə ciddi dəyişikliklər baş verər və keyfiyyətli xidmət ortaya çıxar. Eyni zamanda bələdiyyə institutu da getdikcə güclənməlidir. Yəni bələdiyyələrin yerli özünüidarəetmə institutuna çevrilməsindən qorxmaq lazım deyil. Yeri gəlmişkən, gələn il Azərbaycanda bələdiyyələrin yaradılmasından 20 il keçir. Bu ötən illər ərzində Azərbaycanda bələdiyyə institutları qurulmalı idi. Təəssüf ki, bunu görmədik. Ən azından yerli özünü idarəetmədə kommunal məsələlərin onlara həvalə olunması və məsuliyyətlərinin artırılması çox vacibdir. Hesab edirəm ki, həm özəl şirkətlərin, həm də bələdiyyələrin bu işə cəlb olunması məsələnin çox ciddi şəkildə həllinə yardımçı ola bilər”.
Ekspert onu da qeyd edib ki, yeni binalarda da sistem mükəmməl deyil:
“Ancaq ən azından bəzi məsələlərdə kooperativin sahibləri kömək edirlər. Ancaq bu binalarda da aylıq haqları bəzən baha olur və sakinlər bundan da şikayətlənirlər. Lakin problemlər köhnə binalarda olduğu kimi deyil. Qanunverciliklə MİS-lər hazırda ləğv edilmə prosesindədir. Ancaq bu proses də sona çatdırılmayıb. Eyni zamanda bilinmir ki, bundan sonra MİS-lərin yerinə hansı sistem gələcək. Ona görə də sahədə problemlər davam etməkdədir. Əslində MİS-lərin sovet dönəmindən qalma idarəetmə forması olduğunu və ciddi bir quruma çevrilə bilməməsi artıq hər kəsə aydındır. Rəsmilər də bu barədə danışıblar. Ona görə də MİS-lərdən tamamilə imtina edilməsi və normal, müasir standartlara cavab verən idarəetmə formasına keçirməsinin zamanı çoxdan çatıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
|