Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                     Ermənistan eyforiyadadır .....                 

“MTN çetesi” azadlığa çıxa bilər: - səbəb yeni məcəllə...
Tarix: 7-07-2017, 11:17 | Çap et
“MTN çetesi” azadlığa çıxa bilər:
Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan sonra həbsxanaların müəyyən qədər boşalacağı gözlənilir.

Çünki bu sərəncamla cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində hüquqi islahatlara başlanılıb. Bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub.
Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər.

Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Mövzunun davamı olaraq qeyd edək ki, son illərin ən səs-küylü məhkəmə işi olan “MTN işi”ndə də dələduzluq, dövlət vəsaitini mənimsəmə və sair kimi maddələrlə cinayət məsuliyyətinə cəlb olunan insanlar var. Qanunun tətbiqi reallaşarsa, həmin cinayətlərə görə həbs edilən “Rabitə çetesi” üzvləri, “MTN işi” çərçivəsində həbs olunanlar azadlığa çıxa və ya həbs müddətləri azala bilər.

Bu haqda “Yeni Müsavat”a danışan Əliməmməd Nuriyev bildirdi ki, cəza siyasətinin yumşaldılması islahatlar paketinin ən önəmli istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamında əsas tapşırıqlardan biri də ondan ibarət idi ki, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərlə əlaqədar şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı dəyişikliklər hazırlansın. Başqa bir istiqamət isə ondan ibarət idi ki, iqtisadi fəaliyyət sahəsində cinayət əməllərinin dekriminallaşdırılması ilə bağlı təkliflər hazırlansın. Bu kontekstdən yanaşsaq, iqtisadi fəaliyyət kontekstində, o cümlədən mülkiyyət əleyhinə olan cinayətlərdə dəymiş ziyan ödənilirsə, onda şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı təkliflərin hazırlanması məntiqi düzgündür. Bizə daxil olan məlumatlara görə, hazırda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərlə birlikdə belə bir təkliflər paketi hazırlanıb. O cümlədən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin dekriminallaşdırılması, habelə dəymiş ziyanın ödənilməsi ilə bağlı şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin nə dərəcə dələduzluq cinayətlərinə tətbiq olunacağı ilə bağlı məlumat yoxdur. Bu hələlik layihə mərhələsindədir. Milli Məclisə təqdim olunmayıb. Hələ ki təkliflər paketi hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub. Nəzərə almaq lazımdır ki, ağırlaşdırıcı hal yoxdursa, bəzi cinayətlər, o cümlədən mənimsəmə və dələduzluq əməlləri ilə bağlı dəymiş ziyan və cərimə ödənilirsə, bununla bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Bu, cəza siyasətinin humanistləşməsinə xidmət edən bir məsələdir”.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərin bütövlükdə bütün hallara aid ediləcəyi gözlənilmir: “Elə dələduzluq halları var ki, orada həm də ictimai münasibətlərə ziyan vurulur. Faktiki olaraq bu ziyanın məbləği ödənilsə də, əldən çıxmış ictimai maraqlar məsələsi açıq qalır. Ona görə də hesab edirəm ki, Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri hazırlayan işçi qrupu bütün bu amilləri nəzərə almalıdır. Nəzərdə tutulan dəyişikliklər çox vacibdir. Tərəflər arasında barışıq varsa, dəymiş ziyan tam ödənilibsə, həmin şəxsin cinayət məsuliyyətindən azad edilməsi məntiqli görünə bilər. O baxımdan, biz ümid edirik ki, bu istiqamətdə olan və cənab prezidentin 10 fevral sərəncamının icrasına yönələn təkliflər paketinin hazırlanması çox pozitiv bir hadisədir. Hüquqi islahatlar da mühüm islahatlar sırasına daxil edilməlidir. Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər layihəsi geniş ictimaiyyət tərəfindən müzakirə edilməlidir. Bu islahatlar ölkədə aparılan islahatların tərkib hissəsi kimi çox yüksək qiymətləndirilməlidir”.

“MTN işi”ndə təqsirli bilinən və dələduzluqda, dövlət vəsaitini mənimsəməkdə ittiham olunan şəxslərin azadlığa çıxması və cəzasının yüngülləşməsinə gəlincə, Əliməmməd Nuriyev bunun mümkün olduğunu bildirdi: “Belə bir ehtimal var. Əgər zərər ödənilirsə, dəymiş ziyanın bərpası mümkündürsə, həmin şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzəri baxımdan mümkündür. Ancaq həmin layihə hələ ki Milli Məclisdə qəbul olunmayıb. Hazırda layihənin müzakirəsi gedir. Layihənin bütün detalları hələ də geniş ictimaiyyətə məlum deyil. O baxımdan, mən qəti bir söz deməkdə çətinlik çəkirəm”.

Ə. Nuriyev onu da bildirdi ki, oğurluq cinayətlərində məbləğ 500 manatdan azdırsa, inzibati məsuliyyət, bu həddən çoxdursa, cinayət məsuliyyəti tətbiq olunur: “Əvvəllər məbləğin aşağı həddi göstərilmirdi, 50-100 manatlıq kiçik oğurluqlarda belə şəxs cinayət məsuliyyəti daşıyırdı. Ancaq indiki layihədə məbləğ 500 manatdan yüksək olduğu halda cinayət məsuliyyəti yaradır”.

Bir sözlə, təqsirləndirilən şəxsin oğurladığı məbləğ 500 manatdan aşağıdırsa, həmin məbləği geri ödəməklə, eləcə də nəzərdə tutulmuş cəriməni (məbləğin 1 misli və ya iki misli) dövlət büdcəsinə ödəməklə təqsirləndirilən şəxs həbsdən yaxa qurtara bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru