23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                 

"Həmişə ilkin kapital oğurluğu olub" - PROBLEM
Tarix: 28-07-2024, 10:37 | Çap et
"Həmişə ilkin kapital oğurluğu olub"
Ötən əsrin 90-cı illərinin ortalarında SSRİ dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak məqsədilə vətəndaşlara özəlləşdirmə çekləri paylandı. Vətəndaşlar bu qiymətli kağızları həm alıb-sata, həm də pay sahibinə çevrilə bilərdilər.

Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı maariflənmə səviyyəsinin aşağı olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, işbazların müxtəlif oyunlarla əhalini aldatması, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb oldu və 2011-ci ildə qanunazidd şəkildə tədavül müddəti dayandırıldı. Nəticədə bir milyona qədər vətəndaşın halal haqqı əlindən alındı.

Xatırladaq ki, özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış qanunla, 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır.

2011-ci ildən etibarən tədavülü dayandırılsa da, ekspertlər bu addımı qanunazidd hesab edirlər. Öz növbəsində, çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək.

Əllərində çekləri qalan və bundan yararlana bilməyən vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciətlər etsələr də, problemin həlli hələ də uzadılır. Prezident İlham Əliyev tərəfindən məsələ ilə bağlı ötən il Konstitusiya Məhkəməsinə sorğu göndərilib, amma Konstitusiya Məhkəməsi qərar verməyib.

Mütəxəssislər, deputatlar, ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri, jurnalistlər, sənət adamları – bir sözlə cəmiyyətin bütün kateqoriyasından olan şəxslər bu hüquq pozuntusunun aradan qaldırılması, vətəndaşların haqlarının bərpası üçün çağırışlar edirlər.

İctimai xadim, professor Məhərrəm Zülfüqarlı mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, dövlətin verdiyi vauçerlərdən istifadə edə bilməyən vətəndaşlara bundan yararlanmaq üçün şərait yaradılması mümkündür: "Dövlət müstəqilliyinin bərpası vaxtı hamıya özəlləşdirmə çekləri verildi ki, vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, onlar dövlət əmlakının özəlləşdirilməsində iştirak etsinlər, pay sahibi olsunlar. Yəni ki, çeklər bu məqsədlə paylanmışdı. Amma həmin vaxt işbazlar bundan yararlana bilsələr də, sadə vətəndaşların böyük hissəsi qazanclı çıxmadılar. Sonra dəyər-dəyməzinə çeklər bazara çıxarıldı, dövlətin qiymətli kağızları qiymətdən düşdü".

"Məsələ burasındadır ki, həmişə ilkin kapital oğurluğu olub. Fırıldaq yolla pul qazananlar, işbazlar camaatın savadsızlığından istifadə etdilər, ucuz qiymətə çekləri topladılar və müəyyən dövlət əmlakının özəlləşməsində iştirak edə bildilər. Həmin vaxt çeklərini satmayan, dövlətin qiymətli kağızının belə qiymətsiz ola bilməyəcəyini düşünən vətəndaşlar isə vauçerlərini saxladılar. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılsa da, çek sahibləri qiymətli kağızını cüzi pula dəyişmək istəmədilər. Həm də onlar hesab edirdilər ki, üzərində müddət göstərilməyən qiymətli kağızların tadavül müddəti yenə artırılacaq. 2011-ci ildən sonra isə müddət artırılmadı, artıq 12 ildir ki, çeklər sanki tarixə qovuşub”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, çeklərindən istifadə edə bilməyən vətəndaşlar indi dövlətin onlara istifadə etmək üçün şərait yaratmasını tələb edirlər: "Qanunla haqlıdırlar, çünki dövlətin qiymətli kağızlarından faktiki olaraq yararlana bilməyiblər. Bu baxımdan, hesab edirəm ki, məsələyə birdəfəlik son qoyulması üçün hökumət addım ata bilər. Həm insanların haqlarının bərpası baxımdan, həm də problemin həlli baxımından bu, təqdirəlayiq olardı. Hansısa formada məsələni yoluna qoymaq zəruridir. Hökumət ya əllərdə qalan çeklərin özəlləşdirmədə iştirakına şərait yarada bilər, ya da çeklər qiymətləndirilə, vətəndaşlara kompensasiya ödənilə bilər. Bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr vasitəsilə uyğun qərarın verilməsi təqdirəlayiq olar”.

Siyasətçi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də AYNA-ya söyləyib ki, çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası vacibdir: “Zamanında vətəndaşlara bu çeklərdən verilsə də, özəlləşdirmə prosesində çox ciddi problemlər, korrupsiya halları oldu. Nəticədə bir çox vətəndaş öz qiymətli kağızından lazımınca istifadə edə bilmədi. Ortada reallıq var və dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımız mövcuddur. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpasını istəyirlər. İndi söz dövlətindir və hökumət insanların hüquqlarını bərpa etməlidir”.

Müsahibimiz hesab edir ki, əlində çekləri qalmış şəxslərə vurulan ziyanın qarşılanması üçün dövlət proqramı tərtib olunmalıdır: “Faktlar yenidən araşdırılmalı və qalan müəssisələrin özəlləşdirilməsi üçün çeklər tədavülə buraxılmalıdır. Yaxud da vauçerlərindən istifadə edə bilməmiş vətəndaşlara hansısa formada kompensasiya ödənilməlidir".

"Məncə, məsələnin araşdırılması və çeklər barədə yekun qərar verilməsi üçün iqtisadçılardan və hüquqşünaslardan ibarət komissiya yaradıla bilər. Həmin komissiya da proqram hazırlaya, hökumətə təqdim edə bilər. Sonda hökumət də lazımi qərarı qəbul edə bilər. Məsələnin kökündə Azərbaycan vətəndaşı və onun hüquqları dayanırsa, bu və ya digər formada problem həllini tapmalıdır”, - deyə Musayev fikrini tamamlayıb.

Öz növbəsində vəkil Asif Məmmədov AYNA-ya şərhində, uzun müddətdir müzakirə olunan bu problemin həllinə ehtiyac olduğunu diqqətə çatdırıb: "Normativ hüquqi aktlara da, nəzəriyyəyə də əsasən, verilmiş bir hüquq ləğv olunduqda, həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hansısa dəyişiklik edilməz. Ona görə ki, bu, hüququn qüvvədən düşməsi hesab olunur. Məsələ burasındadır ki, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə” 14 may 1997-ci il tarixli 579 saylı fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir fərmanla 2011-ci il 1 yanvar tarixindən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmanla isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə”də dəyişiklik edilib. İndi burada sual olunur: çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün çeklərə aid olan əsasnamədə dövriyyədən çıxarılandan sonra, yəni 2014-cü ildə dəyişiklik edilib?! Buradan görünür ki, ziddiyyət mövcuddur”.

“Hesab edirəm ki, qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir və müəyyən hüquqlar bunu təsdiq edir. Hüquqa əməl edərək məsələnin həlli vacibdir. Əlində çeki qalan və bundan istifadə etməyən vətəndaşların hüquqlarının bərpası üçün addım atılmalıdır. Dövlət vətəndaşların çağırışına səs verməlidir və məncə, bu, diqqətə alınacaq, çeklərlə bağlı müvafiq qərar veriləcək. Yenə deyirəm, qanun bunu tələb edir”, - deyə hüquqşünas əsaslandırıb.

İqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu da eyni mövqedədir. O, AYNA vasitəsilə hökumətə özəlləşdirmə payları ilə bağlı problemin həlli üçün müraciət edib: "Dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyən vətəndaşların pozulan hüquqları bərpa olunmalıdır. Çeklər paylananda insanlarımız bu qiymətli kağızlara ümid yeri kimi baxırdılar və düşünürdülər ki, özəlləşdirmə prosesində rahat iştirak edəcəklər. Hesab edirdilər ki, dövlətin mülkləri üzərində sahibkarlıq hüququ qazanacaqlar. Amma təəssüf ki, bu proses baş vermədi, çeklər nəzərdə tutulan kimi istifadə edilmədi".

"Çeklərlə bağlı xeyli fırıldaqlar yaşandı. İnsanlar hansısa dövlət müəssisəsində pay sahibi olacaqlarını düşünürdülər, amma müəyyən şəxslər, dəllallar tərəfindən aldadıldılar. Özəlləşdirmə çeklərindən sui-istifadə edilməsi fonunda çek sahibləri bunu çox ucuz qiymətə satdılar. Amma bunu satmayan, istifadə etməyən xeyli saysa insanımız var ki, onların haqları bu gün də tapdanır”, - deyə alim qeyd edib.

Qəşəmoğlu hüquqşünasların əsaslandırmalarına istinadən diqqətə çatdırıb ki, çeklərin tədavüldən çıxarılması qanunsuzdur: "Bunun niyə qanunsuz olduğu da tafsilatı ilə izah olunur. Baxırsan ki, həqiqətən də, çeklərin üzərində müddət yazılmayıb. Dövlətin qiymətli kağızı qiymətsiz ola bilməz axı. Düşünürəm ki, əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir. Çünki o zaman səbəbindən asılı olmayaraq, insanlar açıq şəkildə aldadıldı. Bu sui-istifadə halının altından çıxmaq vacibdir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalıdır, ya da vətəndaşlara sahib olduqları çeklər müqabilində kompensasiya ödənilməlidir. Düşünürəm ki, bu problemi aradan qaldırmağa dövlətimizin gücü və iradəsi var”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru