İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                     İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? .....                     Zəngəzur üçün tarixi şəraitin yetişməsi... .....                     Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                     Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... .....                     Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                 

"Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb" - deputat
Tarix: 15-06-2024, 09:21 | Çap et
"Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb"
Millət vəkili Vüqar İsgəndərovun Kult.az-a müsahibəsi:

- Vüqar bəy, Azərbaycanda adətən, idmançılar tez-tez kobudluğu, zorbalıqları ilə gündəmə gəliblər və belə fikir formalaşıb ki, onların üstünlüyü ancaq güclərindədir, intellektual bazaları yaxşı deyil. Həm də bir idmançı olaraq necə düşünürsünüz?

- Bu, təkcə Azərbaycanla bağlı deyil. Dünyada, təəssüf ki, idmançılar elm, savad meydanında çox görünməyib. Hətta kariyeraları bitəndən sonra məşqçi, yaxud da bizneslə məşğul olublar. Barmaqla sayılacaq idmançı var ki, onlar həm də intellektualdırlar. Amma başqa bir məsələ də var. Onların təfəkkürünün böyük qismi humanizmə hesablanıb. Məsələn, imkanlı idmançıların ayrı-ayrı şəxslərə, cəmiyyətə töhfələri də çox olub. Mənfi hal isə onların kriminal aləmdə görünməsidir.

- Bunlar sizin də məşğul olduğunuz döyüş idmanlarında olur, adətən…

- Bəli, elədir. Amma bu da fərdi məsələdir. Kifayət qədər cinayətkar da var ki, idmançı deyil. İntellektual idmançılar adətən, Şərq döyüş növlərində olub. Məsələn, karatenin kiokşinkay növünün yaradıcısı olan Masutatsu Oyama eyni zamanda filosof idi, kitabları da var. Onun dünya elminə idman fəlsəfəsi ilə bağlı böyük töhfələri olub. Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb. Yaxud da şotokanın, o cümlədən cüdonun da yaradıcısı... Bir sözlə, xeyli bu cür adamlar saymaq olar ki, həm də filosof olublar. Sadəcə, say nisbəti azdır.

- Vüqar bəy, konkret deyək: idman, yoxsa siyasət?

- Bir şüar var: Karate bizim həyat tərzimizdir. Mən bu idmanı da elə həyat tərzi üçün seçmişəm. Ölənədək də döyüşçü ruhunu saxlayacam. Bu gün idmanın mənə xeyri var. Bunu təbliğ də edirəm. Yorulmuram, sağlamam. Aydın məsələdir ki, idman sağlamlıqdır. Hətta indi təəssüf ki, vaxtın azlığı idmanla daha çox məşğul olmağa imkan vermir. Bir söz var, deyir, özünü tanı. Mən isə deyirəm, özünü yarat! İdman, onun fəlsəfəsi həm də budur. Çalışıram, özüm üçün daim yeni bacarıqlar kəşf edim. Məsələn, mən eyni anda iki əl ilə həm yazı yazaram, həm də sizinlə danışa bilərəm.

- İndi bu sizə verilən vergi, istedaddır, ya məşq, vərdiş?

- Vərdiş. Öyrənməkdən asılıdır. Ruhi söhbətlərdir, dərk etməlisən. Özümə sübut edirdim ki, eyni vaxtda nə edə bilərəm?!

- Vüqar bəy, sizin siyasi xəttinizə baxsaq, xüsusilə gənclər siyasətində görürük. Bunu necə anlayaq?

- Baxın, belə deyim, mən deputat olmazdan əvvəl uzun müddət gənclərlə işləmişəm. 15 il Gənclər və İdman İdarəsinin rəisi olmuşam. Ondan əvvəl də gənclərlə bağlı layihələrlə məşğul idim. Şəkidə olan zaman da belə idi, gənclər bir istəkləri olanda gəlib məsləhətləşirdilər, əlimdən gələni də edirdim. Bütün həyatım gənclərlə keçib və avtomatik olaraq siyasi xəttə çevrilib. Hətta iddialıyam ki, bu ölkədə gəncləri tanıyan, anlayan ən yaxşı mütəxəssislərdən biriyəm. Çünki bu məsələlər məndə praktika üzərindədir. Məsələn, belə deyək, yazıçı var, görürsən ki, yazdıqları əladır, niyyət gözəldir, amma şəxsiyyəti yoxdur, dediklərini özünə tətbiq edə bilməyib. Başqa bir misal. Biri kitab yazır ki, necə milyonçu olmaq olar? Baxırsan, özünün heç nəyi, heç avtomobili də yoxdur, avtobusla gəlir, deyir, sizi milyonçu edəcəm. İdeyanı yaxşı bilmək, düşünmək yetərli deyil, ideya, bilik praktikaya transformasiya edilməlidir. Üstəlik, burada pis nə var? Gənclərlə işləmək lazımdır da. Ölkələrin, dünyanın gələcəyi gənclikdir.

- Hazırda Azərbaycanda gənclər arasında narkotik, kriminala meyillilik daha çoxdur. Belə çıxır, yaxşı işlənilməyib?

- Təəssüf ki, doğru deyirsiniz, artıb. Bu, artıq bəşəri bəladır. Amma statistikada biz bu məsələdə də aşağıdayıq. Artıq dünya qloballaşıb, sərhədlər itib, bu məsələlər də qarşısıalınmaz hala gəlib. Fərqli cərəyanlar yaranır, gənclik də elə dövrdür ki, yolu sapmaq daha asan olur. Bu gün desək ki, mənfi halların kökünü tamamilə kəsəcəyik, yalandır. Türmədəki adamların sayını tam sıfra endirmək olarmı? Yox. Yaxud da elə narkotik. Mümkün deyil ki, tamamilə yığışılsın. İnsan öldürməyin cəzası bəllidir, amma yenə də ölümlər olur. Sadəcə, lazım olan təbliğatı dayandırmamaq lazımdır ki, nisbət azalsın.

- Vüqar bəy, parlament seçkilərində yenidən namizəd olacaqsınız?

- Mən YAP-dan təmsil olunan deputatam. Partiya mənsubiyyətimiz olduğu üçün bu, öz istəyimizlə olmur, müstəqil olaraq namizədliyimi verə bilmirəm. Düşünürəm ki, bu barədə partiya özü qərar verəcək. Sədrimiz, cənab Prezident siyahıya baxır, götür-qoy edilir və qərar verilir.

- Deputatlıq demişkən, Şəkinin sabiq deputatı Yaqub Mahmudovla danışmadığınızı, daha dəqiq, onun sizin zənglərinizə cavab vermədiyini demişdiniz…

- Doğrudur, belə bir hal olmuşdu, amma indi münasibətlərimiz çox yaxşıdır. Şəkidə görüşlər zamanı Yaqub müəllimlə bir yerdə çox olurduq, onun da mənə xoş münasibətini gördüm. Görməsəydim də hörmətini saxlayacaqdım. Bu mənim boynumun borcudur.

- Bəs səbəb nə idi? Bəlkə seçilməyinizi istəmirdi?

- Səbəbi bilmirəm, soruşmamışam da. Bütün hallarda mənim Yaqub müəllimə hörmətim böyükdür. O, akademikdir, ağsaqqaldır, bizim də bir borcumuz ona hörmət eləməkdir ki, öz növbəmdə bu hörməti saxlayıram.

- Vüqar bəy, müxalifət partiyalarına münasibətiniz necədir? Siz də bəzi həmkarlarınız kimi onları antimilli ünsür kimi qəbul etmirsiniz ki?

- Mənim belə məsələlərlə bağlı kəskin yazılarım olub. Hansı ki, tam əmin oluram, olmuşam, o haqda da yazmışam, çıxışlar etmişəm. Nəyəsə tam “qaradır” demirəm. Müxalifətlə debatlarda da oluram, polemikalar aparıram. Düşünürəm ki, bir dövlətdə inkişafdan danışırıqsa, orada yaxşı müxalifət də olmalıdır.

- Azərbaycanda müxalif fikirlərə görə kiməsə basqı varmı?

- Sizə bir söz deyim. Məsələn, hansısa müxalifətçi qanunu pozur, cinayət edir. Fikir verin, o dəqiqə hay-həşir qopur. Adını da qoyurlar, “siyasi məhbus”. Yaxşı, iqtidar nümayəndəsi cinayət edəndə həbs olunmur? Olunur, axı. Belə bir ayrımçılıq varmı? Kimsə “iqtidarçı cinayətkar” deyir? Düşünürəm, Azərbaycanda siyasi fikirlərinə görə sıxışdırılan adam yoxdur.

- Bu gün Azərbaycanda hansı partiyaları həqiqi müxalifət hesab edirsiniz?

- Milli Məclisdə təmsil olunan müxalif partiyalar, liderlər var. Məsələn, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Razi Nurullayev, Erkin Qədirli və sairə. Hansı ki, bu adamlar parlamentdə əks fikirlərini kəskin formada da söyləyirlər. Sözsüz ki, etik normada, obyektiv olaraq. Bu meyarları bilmək lazımdır. Tənqid naminə, “müxalif görünüm” deyə yox.

- Adlarını çəkdiyiniz müxalifət liderlərinin tənqidləri ilə razı olursunuzmu?

- Razı olduğum məqamlar da olur, olmadığım da.

- Vüqar bəy, bu gün Şəkinin deputatı olaraq oranın ən böyük problemləri kimi nələri deyə bilərsiniz?

- Problemlər, əlbəttə ki, var. Problem o vaxt olmayacaq ki, insan da olmayacaq. Təbii olaraq Şəkidə də bir neçə problemi sadalamaq olar. Bunların ən böyüyü su və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır. Əsaslı təmir getməlidir, böyük maliyyə ayrılmalıdır. Bu problemləri həm yazılı, həm də danışaraq parlamentdə də qaldırıram. 14 ildir ki, bu məsələ davam edir. Hansı şəkilini danışdırsanız, birinci bunu deyəcək. Bir də ən böyük arzum Pedoqoji Universitetin Şəki filialının müstəqil bir universitet olmasıdır. Bunun üçün hər şeyimiz hazırdır. Şəki intellektual insanların çox olduğu yerdir. Binasından tutmuş maddi bazasına, professor müəllim heyətinə qədər, hazırdır. Müraciət etmişik, üzərində çalışırıq. İnşallah bu da öz həllini tapacaq.

- Şəkililər zarafatcıl olur. Sizi bir qədər ciddi görürük. Yumorla aranız yoxdur?

- Əksinə, zarafatı sevən insanam, yumorla da aram çox yaxşıdır. Amma siyasətdə yumora üstünlük vermirəm, düz hiss eləmisiniz. Bu, ciddi məsələdir, hər şey yerli yerində olmalıdır, hətta yumorun özü də.

- İdmançı olduğunuzu nəzərə alsaq, fiziki gücünüz də çoxdur. Sonuncu dəfə nə vaxt dalaşmısınız?

- Deyim də. 21 il əvvəl. 2003-cü il idi, müqavilə ilə xaricdə işləyirdim. Baş məşqçi idim. Orada dostlarımızla bir klubun qarşısında dalaşası olmuşduq. O da məcburən…

- Yəqin ki, döymüşdünüz…

- Hə.

- Səbəb nə idi bəs?

- Orada bizim bir həmyerlimizə qarşı haqsızlıq olmuşdu, ədalətsiz bir yanaşma var idi. Vəziyyət elə gətirdi ki, dalaşmaqdan başqa çıxış yolu qalmadı. Bir neçə nəfər idilər, kütləvi davaya çevrildi. Biz onları ağır şəkildə döydük və bizə dedilər ki, gedin. Sonradan xəbərimiz oldu ki, əllərində balta-bıçaq ilə gəlib axtarırmışlar. Xüsusi ilə də məni axtarırdılar.

- Vüqar bəy, kitablarla aranız necədir?

- Əvvəllər daha yaxşı idi. Hansı ki, bir dövr var idi, o qədər kitab oxuyurdum, real həyatdan belə ayrılmışdım. Necə deyərlər, özümü başqa aləmə qapdırmışdım. Sözsüz, hər zaman eyni enerji, şövqlə oxumaq olmur. Hazırda məsələn, daha çox siyasi kitablar oxuyuram. Son oxuduqlarıma Corc Oruel də aiddir. Gördüyüm işə uyğun olaraq siyasi ədəbiyyat daha çox marağımı cəlb edir. Əvvəlki qədər olmasa da, yenə oxuyuram və bu, artıq vərdişdir. Çalışıram ki, müasir yazıçıları da oxuyum, onların kitab təqdimatlarına da qatılıram. Gün ərzində sosial şəbəkədən də maraqlı informasiya xarakterli yazılar oxuyuram.

- Səhvsiz insan yoxdur. Siyasətdə harada səhv etdiyinizi düşünürsünüz?

- Desəm ki, heç bir səhvim olmayıb, bu, müştəbehlik olar. Əlbəttə, hər çağın öz emosiyası da var. Özümə isə tənqidi yanaşa bilirəm. Məsələn, olub ki, illər əvvəl bir çıxış etmişəm, indi baxanda deyirəm, kaş bu cür deməzdim, danışmazdım. Tək siyasətdə yox, şəxsi həyatla, insanlara yanaşmaqla bağlı da olub. Amma ciddi bir səhv sözümün, əməlimin olmadığını da deməliyəm. Həyatdır, siz demiş, səhvsiz insan olmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru