3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                 

“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da” - Sərdar Cəlaloğlu
Tarix: 12-06-2024, 15:30 | Çap et
“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da”
Rusiya Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində baş konsulluq açmaq niyyətini bəyan etdikdən sonra məsələ ətrafında müzakirə səngimir. Azərbaycanın əksər siyasiləri, təhlükəsizlik üzrə mütəxəssislər bunun indiki məqamda ölkəmiz üçün xeyirli olmadığı, əksinə, təhlükə vəd etdiyi fikrini bölüşürlər. Amma Rusiyanın Qarabağda konsulluq açmasının çox da təhlükəli olmadığını dilə gətirənlər də var.

Qeyd edək ki, Rusiya Parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin ötən ayın sonlarında Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu barədə fikir səsləndirib.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, Baş Konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AYNA-ya müsahibəsində deyib ki, bu, Rusiyanın xoş olmayan planıdır:

- 200 il əvvəl Azərbaycan parçalanandan, işğal olunandan sonra Rusiyanın birinci işi Qarabağda rus hərbi qarnizonunu yaratmaq oldu. Sonradan erməniləri bölgəyə gətirdilər. SSRİ dövrü aydındır, erməni mövcudluğu ilə Qarabağı nəzarətdə saxladılar. SSRİ-nin süqutunun başlanğıcı illərində isə Qarabağda xüsusi rejim yaratdılar, separatizmi alovlandırdılar və s. Rusiyanın Qarabağla bağlı siyasətinin tarixinə baxanda dəhşətə gəlməmək mümkün deyil. Rusiya dövlətinin Qarabağı nəzarət altında saxlamaq barədə 200 illik zəncirvari planı var. İndiki dövrdə həmin planın bir hissəsi Rusiya hərbçilərinin sülhməramlı adı altında bölgəyə gətirilməsi idi. 44 günlük müharibədən sonra Qarabağa yerləşdirilən Rusiya hərbi kontingenti dəyişən şərait, geosiyasi dəyişikliklər, atılan addımlar nəticəsində bu il bölgədən çıxdı. Daha doğrusu, çıxmağa məcbur oldu. Hərbçiləri çıxan Rusiya Qarabağda varlığını saxlamaq üçün konsulluq adı altında bölgədə mərkəz yaratmaq istəyir. Hesab edirəm ki, buna yol vermək, icazə vermək olmaz. Çünki konsulluğun fəaliyyət göstərməsi Qarabağdan çıxan sülhməramlılardan daha təhlükəlidir.

- Bunda hansı təhlükələr var?

- Birincisi, bu konsulluğun açılması ilə bağlı fikirlərin deyilməsi qaydasına baxın. Milli Məclisin komitə sədri Səməd Seyidovla görüşdə Qaluzin deyib ki, 2024-cü ildə Rusiya Qarabağda konsulluq açacaq, Azərbaycandan da buna kömək istəyib. Adam demir ki, icazə istəyirik, deyir kömək istəyirik. Qaluzinin dediyi odur ki, onsuz da Qarabağda Rusiya konsulluq açacaq. Qaluzin kimdir ki, Azərbaycan dövlətinin razılığı olmadan, siyasi iradə olmadan Rusiyanın Qarabağda konsulluq açacağını desin?! İkincisi, niyə Rusiya məhz 2024-cü ildə konsulluq açmaq istəyir? Çünki rus əsgərləri bu il Qarabağdan çıxdılar və proses davam edir. Deməli, Rusiya əsgərinin çıxması ilə paralel olaraq, Rusiya diplomatiyası bölgəyə yerləşmək istəyir. Məlumdur ki, konsulluq təkcə diplomatik xidmətlə məşğul olmur, konsulluq adı altında kəşfiyyat işləri həyata keçirirlər. Bu mənada, konsulluğun fəaliyyəti sülhməramlıların fəaliyyətindən daha təhlükəli sayılmalıdır.

- Yeri gəlmişkən, Qarabağda Rusiya vətəndaşları yoxdursa, diplomatik yardım kimlərə göstəriləcək?

- Əsas məsələ də budur. Qaluzinə demək lazımdır ki, sizin konsulluq Qarabağda kimə diplomatik xidmət göstərəcək, diplomatik yardım edəcək?! Məsələ budur ki, Rusiya Qarabağa “diplomatik nəzarət” imkanı əldə etmək istəyir. Rusiya 44 günlük müharibədən sonra gah bəyan etdi ki, Qarabağda slavyan icması var, gah dedilər ki, Qarabağda Rusiya vətəndaşı olan ermənilər var və s. İndi burada məqsəd odur ki, Rusiya vətəndaşı olduğunu iddia etdiyi erməniləri Qarabağa qaytarsın, onlara konsulluq xidməti göstərsin. İkinci məqsəd Azərbaycanın Qarabağ bölgəsində casus şəbəkəsi yaratmaqdır.

Yenə deyirəm, məlumdur ki, konsulluqların böyük əksəriyyəti casusluq fəaliyyəti ilə məşğul olur. Bu, sirr deyil və dünyada dəfələrlə konsulluqlardakı casus şəbəkələri ilə bağlı qalmaqallar yaşanıb. Ən önəmlisi odur ki, Azərbaycanın icazəsi olmadan Rusiya Xankəndidə konsulluq açırsa, bu, o deməkdir ki, Azərbaycanın maraqlarına və iradəsinə zidd istənilən addımları atacaqlar. Ermənilərin Qarabağa qaytarılması, yaxud Azərbaycanın nəzarətindən kənar şəkildə ermənilərlə müxtəlif əlaqələrin yaradılmasını bu konsulluq vasitəsilə həyata keçirə bilərlər.

- Amma bəzi ekspertlər, partiya sədrləri Qarabağda Rusiya konsulluğunun açılmasının elə də təhlükəli olmadığını deyirlər...

- Bu, absurd yanaşmadır. Azərbaycanda elə politoloqlar, partiya sədrləri var ki, Azərbaycan dövlətinin və millətinin əleyhinə hansısa xəyanətə haqq qazandırmaq tapşırılsa, çıxıb buna haqq qazandıracaqlar. Həm də tamamilə “elmi” şəkildə “arqumentlərlə” çıxış edəcək, deyəcək ki, bu, Azərbaycan xalqının xeyirinədir. Yəni o potensialda siyasilərimiz təəssüf ki, var. Necə ki, Rusiya 44 günlük müharibədən sonra qoşunlarını sülhməramlı adı altında Qarabağa yeridərkən, bunun Azərbaycanın xeyirinə olduğunu deyirdilər. Halbuki son 4 ildə sülhməramlılar Azərbaycana nə qədər ziyan vurdular, təxribatlar törətdilər, separatçılara yardımlar etdilər.

Təsəvvür edin ki, Qarabağa, Xankəndiyə hələ nə qayıdış var, nə köç var, amma Rusiya bizdən qabaq oraya getmək, konsulluq açmaq istəyir. Sual olunur: Rusiyanın Qarabağla bağlı həyəcanının səbəbi nədir? Səbəb bəllidir – təxribat, ərazilərimizə nəzarət, casusluq. Bir sözlə, xoş niyyət yoxdur.

Düşünürəm ki, nəinki indi, bundan sonra 50 il Qarabağda Azərbaycan dövlətindən başqa hər hansı dövlətin hər hansı şəkildə mövcudluğu olmamalıdır. Bu mövcudluq olacaqsa, o zaman konflikt bitməyəcək. Anlamaq lazımdır ki, Qarabağ problemi hələ bitməyib. Bunu həll edilmiş problem kimi qəbul etmək olmaz. Əgər Rusiyanın Qarabağda konsulluğu varsa, o zaman Moskva orada istədiyi oyunu oynayacaq. Çünki Rusiyanın Qafqazla bağlı siyasətinin əsas mərkəzlərindən biri elə Xankəndidir. Rusiyaya orada hansısa istinad nöqtəsi lazımdır. Ya Qarabağda ermənilər olmalıdır ki, Moskva onları ayağa qaldırsın, separatizmi körükləsin, konflikt yaratsın və toqquşmalar baş versin. Ya hərbi varlığı olmalıdır ki, təzyiq göstərsin. Ya da diplomatik mövcudluğu olmalıdır ki, bu pərdə arxasında Azərbaycana qarşı düşmənçilik etsin.

İndi Qarabağda erməni yoxdur, sülhməramlı adı altında da hərbçiləri çıxıb. Yerdə qalıb diplomatik mövcudluq ki, bunu təmin etmək istəyirlər. Ona görə də buna qətiyyən yol vermək olmaz. Bir şeyi bilmək lazımdır, Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru