"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi" - Pənah Hüseyn
Tarix: 7-06-2024, 09:35 | Çap et
Xəbər verildiyi kimi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989-1991) Vaqif Hüseynov vəfat edib. Vaqif Hüseynov ömrünün 82-ci ilində Rusiyada dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", “Molodyoj Azerbaydjana”, “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri, DTK sədri və digər vəzifələrdə çalışıb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində isə Rusiyanın geosiyasi analitiki və “Sistema” şirkətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərib.
Vaqif Hüseynovun ölümü onun adını yenidən diqqət mərkəzinə gətirib.
Sabiq baş nazir Pənah Hüseyn Vaqif Hüseynovla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verib. Pənah Hüseyn bildirib ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov tarix üçün ibrətamiz bir taledir: “Öz dövlətinə, xalqına yox, başqa bir dövlət, millətə xidmət eləmək, başqa bir antimilli ideologiyanın əsgəri olanların taleyi baxımından ibrətamizdir. Bizdə adət var ki, ölənin dalınca ya yaxşı danışırlar, ya da heç danışmırlar. Amma Vaqif Hüseynov əlbəttə ki, Azərbaycan tarixinin çox mühüm bir dönəmində əsas rollardan birini oynadığına görə, hər halda, ona münasibət bildirilməlidir. Mənə bu barədə bir neçə media orqanlarından zəng elədilər. Mən əksəriyyətinə "şərhim yoxdur" dedim. Amma indi düşünürəm ki, hər halda, müəyyən məsələlərə aydınlıq gətirilməsi lazımdır".
P.Hüseyn xatırladıb ki, Vaqif Hüseynov Əbülfəz Elçibəy prezident seçildikdən sonra 1990-cı ilin yanvar hadisələrinə görə təqsirləndirilərək həbs olunmuşdu: “Surət Hüseynovun 1993-cü ilin 4 iyun qiyamından sonra Vaqif Hüseynov azad olundu. Onun həbsdə olduğu müddətdə Ali Sovetin deputatı Arif Rəhimzadənin rəhbərliyi ilə Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsi yaradılmışdı. Çox aqressiv bir iş aparılırdı. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi və bir müddət sonra Moskvaya getdi. Sonralar yazdığı memuarlarında bildirir ki, onun həbsdən azad olunması üçün birbaşa Surət Hüseynov əsas rol oynayıb”.
Sabiq baş nazir bildirib ki, Vaqif Hüseynov o dövrün partiya sovet nomenklaturasında kifayət qədər nüfuza malik fiqur idi. Eyni zamanda onun barəsində bir qədər şişirdilmiş təsəvvürlər yaradılmışdı: “Onun xüsusi təşkilatçılıq qabiliyyəti, intellektual səviyyəsi barədə, fikrimcə, olduğundan bir qədər şişirdilmiş, süni olan imic yaradılmışdı. 1980-ci illərin sonunda bütün aparılan fəaliyyətin məntiqi nəticəsi onun Azərbaycana rəhbər təyin olunması ilə nəticələnməli idi. Amma 1990-cı ilin yanvar ayında Azərbaycan SSRİ Kommunist Partiyasının birinci katibinin təyinatı məsələsi müzakirə edilərkən məhz Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Ayaz Mütəllibovun təyin olunması gözlənilməz oldu. Vaqif Hüseynov özü bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, onun birinci katib təyin olunmamasında SSRİ KQB-si və Baş Kəşfiyyat İdarəsi arasında ziddiyyət rol oynayıb. Baş Kəşfiyyat İdarəsinin generalı Viktor Polyaniçko Mütəllibovun birinci katib təyin olunmasına nail olub. Ola bilər ki, Vaqif Hüseynov bunu 1990-cı il yanvar hadisələrində özünün mənfi rolunu bir qədər pərdələmək üçün də bu cür yazıb. Çünki həm də yazıb ki, o hadisələrdə DTK deyil, daha çox SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi hissələri rol oynayırdı. Vaqif Hüseynovun bu iddiaları sonradan araşdıramalar nəticəsində müəyyən mənada təsdiqini tapmışdı ki, Baş Kəşfiyyat İdarəsinin Pirəkşüküldə və Badamdarda yerləşən 22-ci əlahiddə briqadası o hadisələrdə rol oynayıb və ruslara atəşi də onlar açıb”.
P.Hüseyn onu da qeyd etdi ki, istənilən halda Vaqif Hüseynov o dövrdə milli demokratik qüvvələrin, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin ideyalı düşmənlərindən biri kimi çıxış edirdi: “İndiki terminlə ifadə eləsək, Azərbaycandakı Rusiya "beşinci kolonu"nu səfərbər eləyən əsas fiqurlardan biri idi. Sonrakı illərdə isə hətta Moskvada Xocalı canisi Robert Köçəryanla birlikdə “Sistema” şirkətində işlədi. Vaqif Hüseynovun Robert Köçəryanla eyni şirkətdə işləməsi onu xarakterizə etmək üçün əyani dəlillərdən biridir. Hansı məqsədlə, motivlə olur-olsun bu, öz millətinə və dövlətinə qarşı çıxmaq, həm də özünə qarşı çıxmaqdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
|