Tanınmış jurnalistlərdən Axundovaya CAVAB - QALMAQAL
Tarix: 7-05-2024, 11:23 | Çap et
 Xəbər verdiyimiz kimi, sabiq səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanlandığı məktubu ortaya çıxıb. Elmira Axundova məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə R. Mehdiyevi qınayır.

Məktubla bağlı Ləman Ələşrəfqızı paylaşım edib. O, bildirib ki, Elmira Axundova yenə hakimiyyətdən nəsə umur: “Çox güman ki, deputatlıq. Qulağına səs dəyib ki, aha, seçkilər var və oğulciyəzi Həbibin hoqqabazlıqlarını ancaq deputat mandatı ilə ört-basdır edə bilər. Amma 2018-ci ildə Ramiz Mehdiyevə yazdığı danos-məktubun bu gün mətbuata çıxması xanım əfəndinin əl-qolunu əminəm ki, yanına saldı. Adama xatırlatdılar ki, get, o tərəfdə oyna. Bəsdir, riyakarlığınla, yaltaqlığınla və s bu kimi məziyyətlərinlə neçə çağırış deputat və bir neçə il də səfir kürsüsündə oturdun. Hələ azmış kimi "xalq yazıçısı" adını da aldın. Hansı bədii əsərlərinə görə? Hansı qələminə görə? Hər halda, adi bir jurnalist öz təbirincə desəm "dostu və ağsaqqalı" Ramiz Mehdiyevin sayəsində sərvət, imtiyaz sahibinə çevrildi. Və bu sərvət-imtiyaz onu jurnalistikadakı keçmiş həmkarları haqqında hədyan danışmağa, iftira yazmağa, torba tikməyə sövq etdi. Əslində bu məktub Elmira Axundovanın öz əxlaqını, şəxsi keyfiyyət(sizliy)ini ortaya çıxarır. Oxuduqca heyrətə gəlirsən. Adam evli oğlunun məşuqəsi haqqında danışarkən dostu Mehdiyevi həm də şantaj edir: tək o gəzmir ki, hamınızın qeyri qanuni nikahdan övladlarınız var deyir. Deputat həmkarlarını şantaj edir, naziri şantaj edir, hər kəsi baqaja qoyur. Ayağında 8 milyon pul, bir gənc qızın ölümü olan oğlu Həbibi mühüm bir şəxsiyyət, az qala dövlət adamı kimi təqdim edir. Əlbəttə, heç kim öz ayranına turş deməz. Ərköyün, qudurğan, gəzəyən oğlunu göyə qaldırıb, başqalarını yerə çırpan Elmira Axundovaya deyən gərək ki, Mehdiyevə məktubunda torbasını tikdiklərini də bir ana doğub e. Özününkünə bəraət, o birinə həqarət olmur. Vallah olmur”. Jurnalist Afət Telmanqızı isə qeyd edib: “Rusiya-Ukrayna müharibəsi başlayan gün Ukraynada yaşayan azərbaycanlıları Allahın ümidinə buraxıb qaçan fərari səfir Elmira Axundova. Adımı çəkib o zaman Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevə müraciət etmisən ki, tədbir görsün. Nəyə görə tədbir görməli idi? Dələduzluqla məşğul olan oğlunun qanunsuzluqlarını göstərdiyim üçünmü? Ana-bala dövləti talan etdiyini dediyim üçünmü? Satqın sözü sənə yaraşır. Hansı satqınlığımı görmüsən? Sənin kimi, oğlun kimi dövlətə, millətə xəyanət etməmişəm ki... Kimlərinsə haqqına girməmişəm ki... Kimlərinsə pullarını mənimsəməmişəm ki... Kimlərinsə ölümünə səbəb olmamışam ki... Utan. Sənin oğlun nə qədər ki cinayət törədib azadlıqda gəzəcək sən hamıya böhtan atacaqsan. Qaçaq səfir”. Qeyd edək ki, Axundova Mehdiyevə yazdığı danos-məktubundan danışıb. "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?", deə bildirib.
BakuPost


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|