PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                 

"Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir" - REAKSİYA
Tarix: 2-05-2024, 09:18 | Çap et
"Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir"
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans keçirilib. “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər. Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib ki, assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doğmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir: "Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir". O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir: “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”. Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamafobiyanın narahatlıq doğurduğunu vurğulayıb. Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb. “Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N.Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.
Prezident İlham Əliyev də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: "Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu, məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Politoloq Qabil Hüseynli deyib ki, müstəmləkəçiliyin ən qəddar, acımasız formasını, insanlara qarşı terror və qırğınlarla müşayiət olunan hadisələri Fransa həyata keçirib. Ekspertin sözlərinə görə, Afrikada və digər yerlərdə köhnə müstəmləkə sistemindən qalmış ölkələrdəki mövqeyi tamamilə zəifləyən Paris daha da aqressivləşib:

"Fransanın özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, davam etdirməyə çalışır. Fransanın neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Fransanın öz müstəmləkə keçmişinə, soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqaz regionunda neo-kolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir. Fransa təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Yeni Kaledoniyada görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən çəkmir. Fransa həmin xalqların öz dillərindən istifadəsinə də qadağa qoyur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru