Bəzi deputatlar və "politoloq"lar yalan danışır - REAKSİYA
Tarix: 30-04-2024, 10:56 | Çap et
 Ötən gün İTV-nin efirində Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılmasının müzakirəsi zamanı bəzi ekspertlərin səsləndiriyi ifadələr ictimaiyyətdə birmənalı qarşılanmayıb. Proqram qonaqlarının ifadələrinə etiraz edənlərdən biri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Əziz Əlibəyli olub. O, sosial şəbəkə hesabında yazıb ki, İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilərmi” sualını şərh edən millət vəkili Rasim Musabəyov Gədəbəyin Başkənd kəndinin heç bir "strateji əhəmiyyəti" olmadığını deyib və gələcəkdə mübadilə üçün əsas yaratmağa cəhd edib. O, deputata iradını bildirib: "Musabəyov bilməli idi ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir". Ekspertlərin fikrincə, hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir. Belə bir zamanda “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış anlaşılan fikir səsləndirmək yolverilməzdir. Ümumiyyətlə, prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz. Qeyd edək ki, Başkənd və digər mübahisəli məsələlərə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır. Tarixçi-alim Faiq Ələkbərli "sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Qazaxın sadəcə anklav olmayan 4 kəndini qaytarmaq barədə razılıq verib. Qazaxın üç kəndi və Naxçıvanın Kərki kəndi anklav ərazilər sayılır. Ekspertin sözlərinə görə, Ermənistan da Gədəbəyin Başkənd kəndinin anklav olduğunu iddia edir və geri verilməsi məsələsini gündəmə gətirir: "Başkənd sovet Rusiyası tərəfindən zorla Azərbaycandan alınaraq Ermənistana verilmişdi. Hesab edirəm ki, Gədəbəydəki Başkənd çox önəmli strateji mövqeyə malikdir. Başkənd təkcə Gədəbəy, yaxud Qazax və Tovuz üçün deyil, ümumən bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Gədəbəydə doğulmuş, o yerləri yaxşı tanıyan biri kimi deyirəm. Əfsuslar ki, bəzi deputatlar, özünü "politoloq" kimi təqdim edənlər Başkəndin strateji əhəmiyyətə malik olmadığını iddia edirlər. Bu, qətiyyən doğru deyil. Başkənd strateji yerdir və ən əsası odur ki, Azərbaycanın tarixi torpaqlarının bir hissəsidir. Sadəcə, 1920-ci illərin sonlarında Göyçə, Zəngəzur və digər torpaqlarımızın xeyli qismi Ermənistan SSRİ-yə hansı əsasla zorla verilmişdisə, Başkənd də eyni siyasətlə ermənilərə verilmişdi. Şübhəsiz, bu siyasətin başında sovet rəhbərliyi dayanmışdı. Bu baxımdan Başkənd həm tarixi, həm də strateji əhəmiyyətinə görə Azərbaycanın tərkibində qalmalıdır və qalacaq". Alimin fikrincə, təəssüf doğuran hal içimizdəki bəzi məlumatsız şəxslərin Başkənd haqqında yanlış təsəvvür yaratması, doğru olmayan fikirlər bəyan etməsidir: "Bu da ondan qaynaqlanır ki, həmin şəxslər Başkəndin tarixi önəmindən, strateji əhəmiyyətindən xəbərsizdirlər. Heç bir halda Başkənd mübadilə predmeti ola bilməz. Azərbaycan istənilən halda Qazaxın digər 3 və Naxçıvanın Kərki kəndini geri qaytaracaq. Bunun hansı formada olacağını zaman göstərəcək. Amma məsələnin Başkəndlə əlaqəsi olmayacaq".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
|