DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                 

“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - deputat
Tarix: 30-04-2024, 06:13 | Çap et
“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur”
Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, söhbət sülh sazişi ilə bağlı təkliflərin 9-cu nəşrindən gedir.

Qazaxın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bu günlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da hesab edir ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır. Millət vəkili AYNA-ya müsahibəsində bildirib ki, bu gün danışıqlar masasında olan məsələlərin heç biri Ermənistanın maraqlarına zidd deyil:

- Bakının təklif etdiyi sülh paketindəki məsələlərin heç biri Ermənistanın beynəlxalq hüquqla tanınan haqlarına təcavüz kimi şərh edilə bilməz. Azərbaycan Vətən müharibəsindən dərhal sonra sülhlə bağlı təşəbbüslərini irəli sürüb və beş prinsiplik sənəd İrəvana təqdim edilib. Həmin şərtlərin heç birində ölkələrin ərazi bütövlüyü şübhə altına alınmır. Biz davamlı olaraq beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıprinsipi əsasında addımlar atırıq.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev Berlindəki çıxışında bildirdi ki, əgər kənardan müdaxilələr olmasa, mövcud vəziyyətdən kimlərsə sui-istifadə etməzlərsə, o zaman sülh sazişinin imzalanması mümkündür.

- Demək olarmı ki, sülh sazişi üçün əsas problemlər aradan qalxıb?

- Azərbaycanla Ermənistan arasında adətən “düyün nöqtəsi” Qarabağdakı separatçı qurumun varlığı, Ermənistanın separatçılara dəstəyi və İrəvanın Qarabağa iddiası idi. Azərbaycan yeni reallıq yaradıb, artıq Ermənistanın leksikonunda Qarabağa iddia yoxdur. Söhbət Ermənistanda hakimiyyətdə olanların, cəmiyyətin böyük kəsiminin leksikonundan gedir, azsaylı revanşist müxalif qüvvələrin deyil. Bu gün biz masada Ermənistanın iddiaları arasında “Dağlıq Qarabağ” adlı şərt görmürük. Ermənistan zaman-zaman bu prosesi “Qarabağ erməniləri” anlayışına transformasiya etmək istədilər, bu istiqamətdə müəyyən təzyiq halqası formalaşdırmağa çalışdılar. İndi bu proses də arxada qalıb. Hesab edirəm ki, bu gün “düyün nöqtələri” sülh masasında mövcud deyil. Belə olan təqdirdə rəsmi Bakı İrəvanın sülh sazişi sənədi ilə bağlı hansısa yeni şərtlər qoyması üçün əsas görmür.

Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetindəki beynəlxalq tədbirdə açıq şəkildə bildirdi ki, Azərbaycan görsə ki, Ermənistan yenidən hansısa terminlərdə ilişib qalırlar, hansısa terminlərin müzakirəsini uzun-uzadı aparmaq istəyirlər, bu o deməkdir ki, İrəvan sülh istəmir, vaxt qazanmaq niyyətindədir. Vaxt qazanmaq niyyəti də ondan qaynaqlana bilər ki, Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah tədarük etsinlər, necə deyərlər, özlərinə gəlsinlər və əvvəlki iddialarını irəli sürməyə cəhd etsinlər. Təbii ki, bu, xəyaldır. İstənilən halda, rəsmi Bakının mövqeyi bəllidir, şərtləri ortadadır. Sülh sazişi Azərbaycan üçün olmazsa-olmaz anlamı daşımır. Bəli, Azərbaycan sülh istəyir, amma saziş olmazsa da, biz heç nə itirmirik. Ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimizə, ərazilərimizə nəzarət ordumuzun əlindədir. Sülh Ermənistana lazımdır ki, bataqlığa tam yuvarlanmaqdan xilas olsun.

Bütün hallarda, sülh sazişi istiqamətində proses davam edir. Son vaxtlar biz prosesdə sürətlənmə də müşahidə edirik. Ümumiyyətlə, sülh prosesini ləngitməyə əsas yoxdur və hər kəs anlayır ki, regionda sülh üçün zaman yetişib. Sülhə əngəl yaratmaq istəyən xarici qüvvələr əlbəttə, var. Amma məsələn, Almaniya kansleri cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, bu il sülh ili olmalıdır. Yəni artıq dünya da etiraf edir ki, sülh sazişinin imzalanması üçün bir maneə qalmayıb.

- Əngəl qalmayəbsa, saziş niyə imzalanmır?

- Mən dedim axı, müəyyən qüvvələr sülhü istəmirlər. Məsələn, Fransanın mövqeyi bəllidir. Düşünürəm ki, rəsmi İrəvan, ümumilikdə Ermənistan hakimiyyəti iradə nümayiş etdirməlidir. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, rəsmi İrəvanın işğalda olan 4 kəndin qaytarılması ilə bağlı iradəsi təqdirəlayiq haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşu ilə vermədi, amma hər halda, müsbət addım idi. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətim müstəqil davrana bilərsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur.

- Xarici işlər nazirlərinin Almatıda görüşü olacaq. Bu görüşdən nələr gözlənilir?

- Bilirsiniz, sülh prosesi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmır. Ona görə də məsələ ilə bağlı proqnozlar ictimaiyyəti yanılda bilər, prosesin gedişi barədə yanlış təsəvvürlər formalaşa bilər. Amma ötən dövr onu göstərdi ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını qoruyur, danışıqlarda buna əsaslanılır. Demək olar ki, bütün müzakirələr Azərbaycanın maraqlarının təmininə yönələcək. Amma müəyyən mənada demək olar ki, nələrsə razılaşdırılacaq. Dediyim kimi, yekun sülh üçün bu gün hansısa maneə yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru