2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                     Məhkəmə "Azercell"lə bağlı .....                     Sabiq icra başçısının qardaşı oğulları .....                     Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                     Xırdalanın yolları BURMA-BURMADIR... .....                     Paşinyanla gizli anlaşma üzə çıxdı .....                     Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü .....                     Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? .....                     18 yaş əsgərlik üçün tezdir? .....                     Azərbaycanın əsas sülh tələbləri gündəmdədir .....                     Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? .....                     `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... .....                     General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi .....                 

CAHANGİR ƏSGƏROVUN «AVİA-KORRUPSİYASI»
Tarix: 17-04-2012, 13:36 | Çap et
CAHANGİR ƏSGƏROVUN «AVİA-KORRUPSİYASI»

DÖVLƏT ŞİRKƏTİ UDUZDUQCA, ŞİRKƏT RƏHBƏRİ NECƏ OLUR Kİ QAZANIR?

DİA.AZ: - Bu yaxınlarda Dövlət Statistika Komitəsinə isinadən «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə («AZAL» QSC) bağlı maraqlı bir məlumat yayılmışdı Məlumatda qeyd olunurdu ki, «AZAL» QSC 2000-ci ildən ziyanla işləyir (əvvəlki illərə dair məlumat yoxdur). 2011-ci ildə şirkətin maliyyə göstəriciləri barədə məlumat açıqlanmasa da, yenə də böyük ziyanın olduğu şübhə doğurmur. Hər halda ötən ilin doqquz ayı ərzində sərnişin daşımalarına görə Azərbaycan aviaşirkətlərinin itkilərinin 87 milyon manat təşkil etdiyi məlumdur. 137 milyon 248,5 min manat gəlirə qarşı aviaşirkətlərin xərcləri 223 milyon 917,5 min manat təşkil edib.

DİA.AZ bildirir ki, Azərbaycanda sərnişin daşımaları ilə «AZAL» QSC-nin tərkibində olan «Azerbaijan Airlines» Dövlət Aviaşirkəti və «Turan Air» (AZAL-ın prezidenti Cahangir Əsgərovun «Silk Way Holding»nin törəmə strukturu) məşğul olur. Nəzərə alsaq ki, sərnişin daşımalarının 97%-i «AZAL»ın payına düşür, onda ziyanın da dövlətin üzərinə yükləndiyi şübhə doğurmaz. Hər halda Cahangir müəllim şəxsi şirkətini ziyana salmaz. Maraqlı məqamlardan biri də odur ki, aviaşirkətlərin xərclərinin artım tempi gəlirlərin artımını 16,3% üstələyib. Bunun səbəbi isə izah olunmur. Digər tərfdən 2011-ci ildə Azərbaycan aviaşirkətləri 1 294,5 min sərnişin daşıyıblar ki, bu da əvvəlki ildəkindən 37,1% çoxdur. Bu şəraitdə necə itki ilə işləmək olar, bu sirr olaraq qalır.

Məsələ ondadır ki, yerli marşrutlara görə aviaşirkətlərin tarifləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutu ilə uçuşlar hesab edilir ki, bununla əlaqədar da dövlət hər il «AZAL»a 12 milyon manat subsidiya ödəyir. AZAL-ın beynəlxalq uçuşlar üzrə tətbiq etdiyi qiymətlər çox bahadır və buna görə də böyük gəlir götürür. Yəni, ziyan etməsi mümkün deyil.

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda təyyarə benzininin qiyməti də aşağıdır. Yeri gəlmişkən, AZAL daxili qiymətlərlə Dövlət Neft Şirkətindən aviakerosin alır və xarici şirkətlərin təyyarələrini dünya qiymətləri ilə dolduraraq əməllicə valyuta qazanır. Belə ki, məlumatlara görə ayrılan büdcə vəsaitinə daxili qiymətlərlə alınan yanacaq xarici firmalara üç dəfə baha - dünya standartlarına uyğun qiymətə satılır. Gəlir 300 faizdir.

Bundan əlavə xarici şirkətlərin Bakıda satılan biletlərinin qiymətlərini də AZAL diktə edir. Bu da onunla bağlıdır ki, Azərbaycandan uçuş həyata keçirən şirkətlərin hamısına lisenziyanı AZAL verir və burdan da qazanır.

Belədə AZAL» QSC-nin 2000-ci ildən bu yana ziyanla işləməsinin səbəbi qaranlıq qalır. Yeganə səbəb kimi son ilər bu qurumun bütün gəlirli sahələrinin AZAL-ın prezidenti C. Əsgərovun «Silk Way Holdinq»inə transfer etməsini göstərmək olar.

Yeganə bilet satışı dövlətin əlində qalmışdı ki, onu da Cahangir Əsgərov öz şirkətinə həvalə etdi. Belə ki, «Silk Way Holdinq» yarandıqdan sonra onun tərkibində «SW Travel» turist şirkəti də formalaşdırılır. Və az sonra «SW Travel» AZAL Dövlət konserninin satış agenti olmaqla yerli və xarici şirkətlər, o cümlədən turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərməyə başlayır. Əvvəlcə aviakassadan ayrı kiçik dövriyyə ilə bilet satışlarını həyata keçirən bu şirkət az sonra inhisarçıya çevrilir. Bunun üçün Cahangir Əsgərov «Aerokassa»nı təmir adı ilə bağlayaraq işçilərini məzuniyyətə göndərdi. Sonradan məlum olur ki, 100-lərlə insan bu adla işdən çıxarılıb. Yeri gəlmişkən qeyd edək ki, AZAL-ın Mərkəzi Aerokassasının Səməd Vurğun bağı yaxınlığında yerləşən satış ofisinin C. Əsgərovun həyat yoldaşına məxsus «Qazelli» parfümeriya şirkəti tərəfindən özəlləşdirildiyi bildirilir. Bundan sonra xarici reyslərə bilet satışı tam olaraq C.Əsgərovun Holdinqinə daxil olan «SW Travel» turist şirkətinə verildi. Bir müddət sonra isə daxili uçuşları həyata keçirən, o cümlədən Naxçıvana uçan təyyarələrə biletlər aeroportun özünə məxsus kassalarda satılsa da, sonradan bu da tam olaraq «SW Travel»ə verildi. Bununla da «AZAL»da bilet satışına qadağa qoyuldu. Bu da son olmadı. 2009-cu ildən Cahangir Əsgərov bütün təyyarə biletlərinin satışını monopoliyaya aldı. Daha dəqiq ölkədə fəaliyyət göstərən aviakompaniyalar bilet satışı üçün əvvəl «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağladığı halda, 2009-cu ildən AZAL bu səlahiyyətləri də birbaşa «SW» kompaniyasına verir.

Sadaladığımız faktlar göstərir ki, Cahangir Əsgərov AZAL-a, yəni dövlətə məxsus rentabelli xidmətləri öz holdinqinə verməklə, gəlirlərin dövlət büdcəsinə yox, şəxsi büdcələrinə daxil olmasına şərait yaradıb. Məhz buna görə də, yüksək tariflərə baxmayaraq, AZAL ziyanla işləyir. «AZAL» kasıbladıqca isə C.Əsgərovun var-dövlətini artırdığı xəbərləri yayılır. Bu gün Azərbaycandan kənarda ən böyük biznesi olan oliqarx kimi C.Əsgərovun adı çəkilir. Onun yalnız Avropa ölkələrində 15 şirkəti fəaliyyət göstərir. Xeyli offşor şirkətlərinin, xaricdə böyük mülkərinin olduğu bildirilir. Bu yaxınlarda isə həta Cahangir Əsgərovun 25 milyon xərcləməklə Şüvəlanda Tanzaniya və Keniya milli parklarına oxşar şəxsi zoopark yaratdığı xəbəri də yayıldı.

Yazıda qeyd olunanlara bağlı Cahangir Əsgərovun özünün, AZAL-ın və «Silk Way Holdinq»in mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru