KÜR SELİNİN MİLYONLARINI KİM YEYİR?
Tarix: 12-04-2012, 11:18 | Çap et
BÜDCƏNİN 350 MİLYONLUQ «KÖLGƏSİ»NİN ARXASINDA GIZLƏNƏNLƏR
DİA.AZ: - Azərbaycanın sosial-mənəvi mühiti son onilllərin nəticəsi olaraq elə bir insan toplusu ortaya çıxarıb ki, kimsəyə güvənmək, kimsədən təmənnasız sədaqət ummaq mümkünsüz hala gəlib. O qədər ki, öz adını başqasına qoymaq, özünü başqasında axtarmaq kimi qeyri-formal «dəyərlər» də artıq dəb halına gəlib. Özünü bəyənməyənlər başqasını özündə təcəssüm etdirməklə təsəlli tapır, mahiyyətdə isə mələk donuna girməklə həm ictimaiyyəti, həm də özlərini aldadırlar. Bunun adı imicdir. İmici dəyişmək formaca başqa olmaqdır, eyni zamanda forma ilə mahiyyət arasında uyğunsuzluqdur.
Bunun elmi adı sistemdə konfiqurasiyadır (fiqurların dəyişdirilməsi) və bu, əsasən idarəetmədə, xüsusilə də kadr seçimində istifadə olunur. Kadr seçimi subyektiv olduğu üçün burada səhvlər ola bilir və konfiqurasiya ilə bəzən prosesə dinamika gətirmək mümkün hala gəlir. Ancaq insan mükəmməl bir sistem kimi yaradıldığından orada hər hansı dəyişiklik ilahi nizamı pozur. Doğrudur, sistemdə bəzi elementlərin yerini dəyişməklə bütünün oxşarını yaratmaq mümkün olur. Ancaq bu onun özü olmur, başqası olur. Özü olmursa, demək ki, kölgəsi olur. Kölgə isə öz olmadığı üçün kiminsə kölgəsi olur. Onların öz fikri, iradəsi olmur, kiminsə iradəsinin yalnız ifadəçisi olurlar. ruh yox olur, ortada yalnız cəsəd qalır. Beləliklə də yazarlar özlərini deyil, başqalarının sədəqəsi ilə onların qara niyyətlərini yazır, incəsənət adamları bu incəliyi tərsinə anlayıb soyunmaqla öz məhrəmlərini nümayiş etdirir, siyasətçilər siyasəti hər şeyi əldə etmək sənəti olaraq gördüklərindən özlərini qəpik-quruşa satışa çıxarır, məmurlar isə dövləti talan, milləti zəlil etdiklərindən gizlənməyə, bu mümkün olmadıqda müəyyən aksessuarlarla özlərini mahiyyətlərindən fərqli təqdim etməyə çalışırlar.
Bunun bariz nümunəsini keçən həftə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Sabirabad rayonuna səfəri zamanı gördük. İllər boyu Kür çayının dəliliyini «effektli» gəlir mənbəyinə çevirməklə minlərlə məzlum insanın qanına girmiş bu zat zülm və şikayət dolu Muğana gəlir və əhalinin alqışı ilə qarşılanır. Təzaddır, deyilmi? Hər halda bu səfər Azərbaycan televiziya məkanlarında belə təqdim olundu. Bu da yuxarıda qeyd etdiyimiz səbəblərdən qaynaqlanır. TV-lərin də imic problemi olduğu üçün hər şey olduğu kimi deyil, kölgəsi olaraq təqdim olunur. Beləliklə, yalanlar institutlaşır və dəyərlər sisteminə yol açır. Ancaq «Yalan ayaq tutar, yeriməz» deyimi də bir gerçək olduğundan özünü çox gözlətmir& Fövqəlgörüşün cazibəsindən riqqətə gələn Sabirabadın Minbaşı kəndinin əhalisi etiraz olaraq icra hakimiyyətinə hücum çəkdi. Bu etiraz bəzəkli-düzəkli fövqəlnazirin xalqla sıcaq təmasını görüntüləyən TV-lərdə təbii ki, göstərilmədi. Çünki bu, gerçəyin özü idi və kölgə ekranlara sığa bilməzdi. Əksinə, yalanı muncuğa düzmək, süni olanı təbii kimi göstərmək üçün «məmə deyəndən pəpə yeyənədək» bütün tv və informasiya agentlikləri bütün əziyyətlərə rəğmən Sabirabada qədər gəlmiş, fövqəlnaziri tez-tez dəyişən xüsusi imicdə təqdim etmək üçün yarışa girmişdilər. Sanki bununla onlar bir gündə üç dəfə müxtəlif rənglərdə eynək dəyişdirən fövqəlnaziri fərqli rakurs və pozalarda təqdim etməklə muğanlıların problemlərini kökündən həll edirdilər.
Etiraf edək ki, ən azından Muğan düzündə tarixi bir hadisə baş verirmiş kimi stəkanda fırtına effekti yarada bildilər və ertəsi gün Minbaşı xalqı ayağa qalxdı. Ancaq bu etirazı tam anlamaqda da çətinlik çəkirəm. Çünki fövqəlnazir Muğan torpağına hər gəlişində özü ilə bərəkət gətirib. Xatirinizdədirsə, ötən dəfə Fövqəlnazir Muğana gələndə özü ilə ölkə prezidentinin sərəncamı ilə Kür çayının yaratdığı problemlə bağlı ayrılan 300 milyon manatın özünü də olmasa, sorağını gətirmişdi.
DİA.AZ bildirir ki, bu dəfə isə növbəti sərəncamla daha 50 milyonun müşdəsini Muğan əhlinə çatdırdı. Hərə öz “haqqını” aldı. Xalq müjdəni, müjdəni gətirənlər isə onun mahiyyətini. Nəticədə tv-lərdə təqdim olunan kimi fövqəlnazirin gözlərini görməyə müyəssər olmayan xalq xoşbəxtdir, hər şey var və heç nə yoxdur. Çünki hər şey yalnız görüntüyə hesablanıb. İnanmırsınız, siz yoxlayın& Kürdən zərərçəkmişlərin bu boyda vasaitə rəğmən problemləri həll oldumu? Xeyir. Bu, vəsaitin azlığı ilə bağlı deyil. İnanın ki, bu vasaitin on misli olsa belə, problem dəyişməz qalacaq. Çünki hər şeyin özü deyil, kölgəsi qurulur. Eynən fövqəlnazirin imici kimi& Fövqəlnazirin fövqəladə halları tez-tez dəyişsə də, Kür ətrafındakı xalqın vəziyyəti çarəsizlik bataqlığında sabit olaraq qalır. Kölgələr yalnız fövqəl ciblərdə mahiyyətə çevrilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|