"İndi toyuq-cücə saxlamaq da problemə dönüb..." - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 14-12-2023, 10:21 | Çap et
Azərbaycanın cənub rayonlarında şəxsi təsərrüfatlarda istehsal edilən "kənd" yumurtasının bir ədədinin qiyməti 40 qəpiyə yüksəlib. Astara rayonunun mərkəzi bazarında rast gəldiyimiz bir alıcının sözlərinə görə, bir ay bundan əvvəl belə yumurtanın bir ədədi 25-30 qəpiyə olub: "Yerli yumurta, kənd yumurtası da, deyirlər, sürətlə bahalaşdı. Bazardan 10 ədəd yumurta almışam, 4 manat vermişəm. Əvvəllər yumurta kasıbın ərzağı idi, indi yox. Kasıb yumurtanı bu qiymətə necə alsın?".
Astara şəhər sakini Novruz Feyziyev də deyir ki, kənd yumurtasının bahalaşması ailə büdcəsinə mənfi təsir edir: "Pensiyaçıyam. Yumurtaya öyrəşmişəm, gündə bir ədəd yumurta yeyirəm. Ayda 10 manatdan çox pul götürür. Əvvəllər qiymət çox aşağı idi. Yerli toyuq da bahalaşıb".
"Əvvəllər toyuq-cücə saxlayanlar çox idi" Bazarda yumurta, toyuq əti və digər məhsulların satışı ilə məşğul olan satıcı isə deyir ki, ilin bu vaxtında yumurtanın qiyməti adətən yüksəlir: "Quşçuluq fermalarında istehsal olunan bir ədəd yumurtanın qiyməti 17-20 qəpik, yerli yumurta isə 35-40 qəpikdir. Qapalı şəkildə saxlanan toyuqların yumurtaları 20 qəpiyədir. Əvvəllər fərdi təsərrüfatlarda toyuq-cücə saxlayanlar çox idi, indi onların sayı azalıb. Kəndlərdən gəlib marketdən yumurta alırlar. Yerli yumurtalar baha olduğu üçün də alıcısı azdır. Mənə kənd yumurtasının bir ədədini 30 qəpikdən verirlər, məcburam 40 qəpiyə satım".
Marketlərdə yumurta kifayət qədərdir. Başqa bir marketdə üç qiymətə yumurta gördük. Adının çəkilməsini istəməyən bu satıcı da deyir ki, marketə yerli toyuq əti də gətirilir: "Qablaşdırılmış yumurtaların bir ədədi 17 qəpikdir. Yerli yumurta ilə broyler yumurta arasında qiymət fərqi 20 qəpikdir. Broyler yumurtaları daha tez satılır, ucuzdur, ona görə. Yerli toyuq ətinə maraq böyükdür. Sifariş də verirlər. Çəkisi 800-900 qramdır. Digər toyuq ətlərindən bahadır".
"Cücə dəni çörəkdən bahadır" Astara rayonunun Seləkəran kənd sakini, kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan Mikayıl Əhmədov isə kənd yumurtasının bahalaşmasını belə izah edir: "Qiymət bahalaşırsa, deməli, bazara kifayət qədər məhsul çıxarılmır, azdır. İndi toyuq-cücə saxlamaq da problemə dönüb. Cücəni böyüdənə qədər dərman verilməli, iynə vurulmalıdır. Dərman, cücə dəni çörəkdən bahadır, kiloqramı 1 manat 50 qəpikdir. Gələn il necə olacaq, bilmək olmur? 50 cücə alırsan, üç-dörd aya yarısı da qalmır".
Onun deməsinə görə, üç aylıq cücə 5 manata başa gəlir: "Cücəni üç ay saxlayıb çəkisini 600 qrama çatdırırlar, sonra satırlar. Gözləmədən xəstəlik gəlir, hamısını məhv edir. Zəhmət hədərə gedir. Yumurtaya düşmüş toyuq xəstəliyə bir qədər dözümlüdür, amma orada da problem var. Səhər tez dururam, kəndə xoruzların səsini eşidirəm. Xoruz səsi gələn evlərin sayı azalıb".
Əhmədovun fikrincə, ölkədə gedən bahalaşmanın da buna təsiri var: "Fərdi təsərrüfatda saxlanılan toyuq broylerdə saxlanılan toyuqdan baha başa gəlir. Kəndli də fikirləşir ki, nə üçün evdə toyuq saxlayım, elə mağazadan alaram. Adamlar münasib qiymətə olan toyuq əti axtarırlar. Yayda yerli yumurta 20 qəpikdən aşağı düşmədi, halbuki 10-15 qəpik olardı. İndi yerli yumurtanın qiyməti artıb. Hələ artacaq, yerli toyuq yumurtalarını Bakıya daşıyırlar".
"Dən almağa hamının imkanı yoxdur" Toyuq-cücə dəni satmaqla məşğul olan satıcının sözlərinə görə də, evdə saxlanan toyuq baha başa gəlir: "10-15 günlük cücənin dəni ayrıdır. Bir kiloqramı 1 manat 50 qəpikdir. Bu dəndən cücələrə iki ay verilməlidir ki, özünə gəlsin. Fərdi təsərrüfatlarda toyuq-cücəni həyətə buraxırlar, qapalı saxlamırlar, ona görə cücələri xəstəlik tez tapır. Özüm toyuq-cücə saxlayıram. Fevraldan bəslədiyim quşların hamısını sentyabrda satdım".
Onun deməsinə görə, sentyabrdan sonra ziyana düşmək ehtimalı böyükdür: "İndi əhalinin çoxu toyuğa arpa, buğda verir. Buğdanın bir kiloqramı 55, arpanın bir kiloqramı 60 qəpiyədir. Dən almağa hamının imkanı yoxdur. Qiymətlər, yəqin ki, qar yağandan sonra qalxacaq. Hər qiymət qalxanda fərdi təsərrüfatda toyuq saxlayanların sayı azalır".
Astara rayon Baytarlıq İdarəsindən bildirdilər ki, bu il quşçuluq təsərrüfatlarında kütləvi tələfat qeydə alınmayıb: "Fərdi təsərrüfatlarda saxlanan toyuq-cücələrdə keçici xəstəliklər ola bilər. Bu da yumurtanın azalmasına ciddi təsir etmir. Yerli yumurtanın ilin bu vaxtında azalması həmişə olur. Növbəti ayda yerli yumurta istehsalı artacaq. Onda qiymət aşağı düşəcək".
Mənbə: AzadlıqRadiosu © Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
|