"Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                 

"Başçı mənə deyir, H.Əliyevin vaxtında döyüşmüsən, get evi də ondan istə" - NARAZILIQ VAR!
Tarix: 26-05-2023, 08:34 | Çap et
"Başçı mənə deyir, H.Əliyevin vaxtında döyüşmüsən, get evi də ondan istə"
"Sən Heydər Əliyevin vaxtında vuruşmusan get evi də ondan istə. Mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən də, köməyi də sənə o etsin".

"DogruXeber.az" bildirir ki, bu sözləri Siyəzən rayon sakini - İkinci qrup Qarabağ əlili Hidayət Quliyev "Kanal14"ün efirində canlı yayımlanan "Kamalın zamanı" proqramında deyib.

Onun iddiasına görə, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun qəbulunda olduğu zaman başçı ona belə deyib.

O, N.Novruzov ki, barəsində yerli medialarda kifayət qədər tənqidi materiallar yer alır.

Adı Ramiz Mehdiyevlə birlikdə çəkilən 69 yaşlı icra başçısının Vikipediyasına nəzər saldıqda ömrünün yarısını İcra Hakimiyyəti başçısı kürsülərində keçirdiyi aşkar görünür. Özü də İstər Lerik, istər Goranboy, istər Şabran, istərsə hazırda İcra başçısı olduğu Siyəzən rayonunda kifayət qədər vətəndaşları özündən narazı salıb. Hətta, vəzifəni o qədər "mənimsəyib" ki, onu vəzifəyə təyin edən şəxsi - ölkə başçısını belə unudub. Ona görə də vətəndaşa - özü də müharibə əlilinə deyir "mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən, get sənə o kömək eləsin".

Hidayət Quliyev bildirir ki, "Evim olmadığı üçün köhnə uşaq bağçasında məskunlaşmışam. Özüm birinci Qarabağ müharibəsində vuruşmuşam. İkinci qrup əliləm. Müharibədə yaralandığım üçün əmək qabiliyyətimi itirmişəm. Çalışmaq, özüm üçün ev-eşik qurmaq imkanım olmayıb. Otuz ildir ailəmlə birlikdə köhnə, uçuq-sökük bağça binasında yaşayıram. Yağış yağanda demək olar ki, yaşadığım otağın içinə yağır.



Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Siyəzən rayon İcra Hakimiyyətinə müraciət etmişəm ki, məni yaşamaq üçün normal şəraitli bir evlə, otaqla təmin etsinlər.

Novruz Novruzov məni təhqir edir, mənə "başıxarab" deyib, qovur. Deyir, "Sən Heydər Əliyevin vaxtında döyüşmüsən, get evi də ondan istə. Məndə ev yoxdur. Mənim üçün döyüşməmisən ki, İlham Əliyev üçün döyüşmüsən, get köməyi də o eləsin".

Millət vəkilinə müraciət edirəm, o da icra hakimiyyətinə deyir. Ona görə də 30 ildir mən bu vəziyyətdə yaşamaq məcburiyyətində qalmışam. Novruz Novruzov vətəndaşları qəbul etmir. Avtomobili ilə birbaşa binanın qarajına girir, oradan da liftlə yuxarı - otağına qalxır. Üzünü belə göstərmir."

Bundan əlavə müharibə əlili bildirir ki, "Novruz Novruzovun tövləsi mənim yaşadığım yerdən milyon dəfə üstün şəraitlidir".

Qeyd edək ki, Hidayət Quliyevin iddiası ilə bağlı dəfələrlə Siyəzən rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb məsələyə münasibət öyrənməyə çalışdıq.

Əvvəl, may ayının 11-də zəng etdik, dəstəyi qaldıran şəxs (adının çəkilməsini istəmədi) bildirdi ki, "idarədə heç kim yoxdur. Mən də şəkilləri düzəltməyə gəlmişəm. Siz nömrəni verin, mən bildirərəm, sizinlə əlaqə saxlanılar". Bundan sonra iki gün telefona cavab verən olmadı. Nəhayət iki gün sonra dəstəyi qaldıran oldu. Özünü növbətçi kimi təqdim edən şəxs də bizim telefon nömrəmizi götürdü ki, "indi iclasdadırlar, çıxsınlar nömrənizi verəcəm özləri yığacaqlar". Lakin, nə axşamı, nə ertəsi günü - ümumiyyətlə Siyəzən rayon İcra Hakimiyyətində heç bir kimsə mövqe bildirmədi. İki gün sonra yenidən zəng etdik. Bu dəfə də dəstəyi həmin şəxs qaldırdı və yenə də əlaqələndirəcəyi sözünü verdi, yenə də bir neçə gün gözlədik bizimlə əlaqə saxlayan olmadı.

Belə olan halda, biz təkrar Siyəzən rayon İcra Hakimiyyətinə zəng etdik. Bu dəfə isə dəstəyi özünü növbətçi kimi təqdim edən başqa bir şəxs götürdü və o söz verdi ki, qısa zamanda sizinlə əlaqə saxlanılacaq.

Belə də oldu. Aradan bir neçə dəqiqə keçmişdi ki, ümumi şöbənin müdiri bizimlə əlaqə saxladı. Məsələləri onun diqqətinə çatdırdıq.

Lakin, onun verdiyi cavab da ənənəvi oldu. Şöbə müdiri bildirdi ki, "Bizə nazirlikdən məktub gəlməlidir ki, o məktub əsasında biz bələdiyyəyə müraciət edək, ondan sonra vətəndaşa torpaq ayrılsın".

Yeri gəlmişkən, vətəndaş Hidayət Quliyev problemi barəsində seçicisi olduğu millət vəkili Sadiq Qurbanovun qəbuluna düşə bilmədiyi üçün onun köməkçisi Elnur bəyə də müraciət etdiyini demişdi.

Odur ki, "Kanal14"ün canlı efirində Sadiq Qurbanovun köməkçisi Elnur bəyə zəng etdik. Elnur bəy əvvəlcə çox aqressiv danışdı. Vətəndaşı ümumiyyətlə xatırlamadı və "bizim bütün vətəndaşların yanında başımız dikdi. Sadiq müəllim vətəndaşlarla hər zaman görüşlər keçirir, onlara əlimizdən gələn köməkliyi göstəririk" - deyə, öyündü də.



Halbuki, Hidayət Quliyev canlı efirdə Sadiq Qurbanovu yalnız seçkidən əvvəl bir dəfə gördüyünü demişdi.

Əlqərəz...

Biz Hidayət Quliyevin problemini təkrar deputatın köməkçisi Elnur bəyin diqqətinə çatdırdıq.

Elnur bəy çox əmin şəkildə, - "Sabah saat 10-da mənə zəng etsin, problem yoxdur, biz də öz adımızdan İcra Hakimiyyətinə bildirək. Əgər həllini tapmazsa, Sadiq müəllim aidiyyatı üzrə başqa addımları atacaq" - deyə bildirdi.

Hidayət Quliyev iki gün sonra yenidən redaksiyamıza zəng etdi və bildirdi ki, ertəsi gün deyilən saatda Elnur bəyə zəng edib, müraciətini bildirib və ondan sonra onu nə arayan olub, nə də hər hansı bir köməklik təklifi.

Təklif demişkən, "DogruXeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov özü Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əlaqə saxlayıb, ikinci qrup Müharibə əlili Hidayət Quliyevin durumu barəsində məlumat, həmçinin bütün lazımi sənədləri təqdim edib.

Bundan sonra Hidayət Quliyev redaksiyamıza zəng edərək, ƏƏSMN tərəfindən ona zəng edildiyini, Sumqayıt şəhərində mənzil təklif edildiyini və onun da bu təklifi qəbul etdiyini bildirdi.

Növbəti yazılarımızda bu barədə daha ətraflı məlumat dərc edəcəyik.

Diqqətiniz bizdə olsun !

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru