Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                 

Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏLƏR BAŞ VERİR?
Tarix: 31-10-2022, 09:59 | Çap et
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR...
Naxçıvan MR Səhiyyə Nazirliyinin qapısı ağzında müfəttişlər peyda olar-olmaz nazir Niyazi Novruzovun "xəstəliyi" tutub. Dərhal əlinə qələm alıb ərizə yazmağa başlayıb. Ərizəsində bildirib ki, səhhətində meydana gələn problemlərlə əlaqədar işdən çıxmaq istəyir.

DİA.AZ bildirir ki, Ovqat.com-a bu barədə məlumatı Naxçıvan Respublika Xəstəxanasındakı mənbə verib.

Mənbənin iddiasına görə, müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər: «Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər. İşdir, şayət, şər deməsən, xeyir gəlməz, bu yoxlamalardan "salamat" çıxmasa, ərizə yox, izahat və ya ifadə yazmalı olacaq.

Deyilənlərə inansaq, yoxlamaların ilkin nəticəsi Niyazi həkimin vəziyyətinin ərizəlik olmadığını göstərir. Onun rəhbərlik etdiyi sahədə inanılmayacaq səviyyədə qanunsuzluqlar aşkarlanıb. Ən çox şübhə doğuran məqam isə sağlamlıq sığortası ilə bağlı olub.

Digər bənzər hadisə isə Naxçıvan MR Maliyyə Nazirliyində yaşanıb. Amma Niyazi həkimdən fərqli olaraq, Rafael Əliyevin ürəyi həqiqətən də sözünə baxmayıb.

İddialara görə, Naxçıvan Maliyyə Nazirliyində aparılan yoxlamalar zamanı məlum olub ki, nazir Rafael Əliyev korrupsiyada iştirak edib. Bunu binəva nazirin özünə də deyiblər. «Korrupsiya» sözünü eşidər-eşitməz, Rafael Əliyevin səhhəti pisləşib. Dərd burasındadır ki, onun bəxti Naxçıvan MR DGK-da aparılan yoxlamalarda da gətirməyib. Yoxlamalar zamanı müəyyənləşdirilib ki, Rafael Əliyev bu komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışarkən də korrupsiya ilə məşğul imiş. Qeyd edək ki, Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Naxçıvan DGK-da işləyirdi. Bu dövrdə Rafael müəllim MR Dövlət Gömrük Komitəsinin xüsusi vəsaiti hesabına yığılan pulları elə həzmi-rabedən keçirirmiş ki, barəsində yayılan müxtəlif əfasanələr indiyədək köhnə iş yoldaşlarının dillərində dolaşır. Bu söz-söhbətə inansaq, Rafael müəllim öz ev əşyalarını belə Naxçıvan MR DGK-nin hesabına rəsmiləşdiribmiş. Hətta bu gün evində istifadə etdiyi unitazı da. Özü də unitazı neçəyə rəsmiləşdirsə yaxşıdır? - 1800 manata. Hər gün dövlətin 1800 manatlıq vəsaitini ən azı bir dəfə murdarlayan şəxsin indi «korrupsiya» adını eşidən kimi ürəktutmasına düşməsi bu mənada təəccüblü olmasa gərək. Görünür, onun gömrük sistemindəki korrupsioner bacarığı Ali Məclis sədri Vasif Talıbovu elə məftun edib ki, bu qabiliyyətdə olan bir təbərrük kadrın kiçik vəzifədə zay olmasını istəməyən «xan» həzrətləri Rafael Əliyevi 2020-ci ilin 19 avqustunda imzaladığı fərmanla Maliyyə naziri vəzifəsinə gətirib.

Vasif Talıbovun digər təbərrük kadrı, daha doğrusu, baş təbərrükü Azər Zeynalov barəsində də «ürəkağrıdıcı» məlumatlar gəlməkdədir. İddialara görə, həmkarı arasında «xan həzrətlərinin boz kardinalı» ünüylə məşhur olan Azər Zeynalovun sələhiyyətləri dondurulub. Onun ürəktutma krizisinə girib-girmədiyi barədə heç bir məlumat yoxdur. Amma «baş təbərrük»ün ya sərəncama göndəriləcəyi, ya da «öz xoşuyla» istefa verəcəyi gözlənilir.

Bu hələ Azər Zeynalov üçün sonun başlanğıcı da ola bilər. «Boz kardinal»ın qoluna qandal vurulması ehtimalı da masadadır. Naxçıvanda bütün korrupsiya və rüşvət mexanizminin başında dayanan, bir kəlməsi ilə iş adamlarından tutmuş xalq artistlərinə qədər hər kəsin taleyini dəyişdirən Azər Zeynalovun hətta ifadə verməsi üçün Bakıya dəvət olunduğu da gələn iddialar arasındadır. Niyə məhz Bakıya? Mənbəmizin bildirdiyinə görə, bu sualın bir neçə cavabı var. Ən inandırıcı cavab isə Azər Zeynalovdan Bakıda «xan» əleyhinə ifadə almaq ehtimalıdır. Görünür, bu adamın barəsində hələ də son qərarın verilməməsi Bakıdakı istintaqa nə dərəcədə doğru məlumat verib-verməməsinin araşdırılması ilə bağlıdır. «Boz kardinal»ın «xan» həzrətlərini Bakıda satıb-satmadığı, yəqin ki, yaxın zamanlarda aydınlaşacaq. Amma su boğazına çıxanda meymunların öz balalarını ayaqlarının altına aldığını nəzərə alsaq, «Boz kardinal»ın meymundan daha ağılsız olmadığını düşünmək üçün kifayət qədər əsas var. Üstəlik, «xan» onun balası da deyil.

Digər bir məlumata görə, yoxlamalar artıq Naxçıvanın mərkəzindən rayonlara keçib. Yoxlamalardan sonra Naxçıvandakı bütün strukturlarda ciddi dəyişikliklərin aparılması gözlənilir. Dəyişikliklər yalnız Əlinin papağının Vəlinin başına qoymaqla da tamamlanmayacaq. Bütün dövlət qurumlarında struktur dəyişikliklərinin aparılması planlaşdırılıb. Deyilənlərə görə, əsas dəyişikliklər bütün qurumların mərkəzi hakimiyyətə bağlanması ilə əlaqədar olacaq. Artıq Dövlət Təhlükəsizlik Xidmətində bu struktur dəyişikliyi baş verib. Naxçıvan MR DTX-sı ləğv olunub, yerində Azərbaycan DTX-nın Naxçıvandakı Bas İdarəsi yaradılıb. Hətta Baş İdarənin yeni adının lövhəsinin hazırlandığı, tezliklə onun qapısına yapışdırılacağı iddia olunur.

Digər güc strukturları, o cümlədən DİN, Miqrasiya və Ədliyyə sistemində də yoxlamalar aparılır və tezliklə Naxçıvan DTX-nın başına gələnlərin həmin qurumlarda da yaşanacağı bildirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru