MÜXALİFƏTİN MİTİNQİ QIZIŞIR (YENİLƏNİR-2)
Tarix: 8-04-2012, 15:42 |
Çap et
POLİS İKİNCİ QAPINI AÇDI
15:34 «Qarabağ Bizimdir. Bizim olacaq!», «İstefa» şüarlarını səsləndirən AXCP-nin Sabunçu rayon təşkilatının fəalları böyük axınla meydana gəldilər. Bu zaman polis ikinci qapını açaraq müxalifət rəhbərliyinin narazılığına da son vermiş oldu. Və bununla da mitinqin təxirə salınması ideyasına polisdən cavab vermilmiş oldu.
Bu zaman mətbuata açıqlama verən Səbayel rayon polis şöbəsinin rəis müavini Kamal Vəlişov da bildirib ki, polis işçiləri mitinqə gələnlərə heç bir əngəl yaratmırlar və onlar üçün hər bir şərait yaradılıb.
15:37 AXCP sədrinin müvini Fuad Qəhrəmanlı DİA.AZ-a açıqlama verərək iştirakçıların kütləviliyindən razı qaldığını bildirdi. Qəhrəmanlı amma problemlərin olmasından da narazılıq etdi.
YENİLƏNDİ-2
15:40 İctimai Palatanın bu gün saat 16-ya təyin etdiyi icazəli mitinqdə iştirak etmək istəyənlər bu dəqiqələrdə dəstə-dəstə Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin meydançasına axın edirlər.
"Yeni Müsavat"ın reportyor qrupunun verdiyi məlumata görə, kütləvilik və əzmkarlıq hiss olunur: "Hər yaşdan olan insanlar var - 20 yaşlı tələbə gənclərdən tutmuş, 70 yaşlı ağsaqqalllara, ağbirçəklərə qədər".
Mitinqə toplaşanların təxmini sayını aksiya başlanandan bir qədər sonra müəyyənləşdirmək mümkün olacaq.
Əməkdaşlarımızın verdiyi xəbərə görə, "Elmlər Akademiyası" metrostansiyasınından "20-ci sahə" istiqamətinə işləyən avtobuslar işləmir. Narazı sərnişinlərə bildirilib ki, bu gün morada mitinq olduğu üçün avtobuslara qadağa qoyulub.