MASALLIDA ÜSYAN HAZIRLIQLARI BAŞLADI
Tarix: 28-03-2012, 12:24 | Çap et
BİR QRUP RAYON ZİYALISI ÖLÜM ACLIĞINA START VERDİ (FOTOLAR)
DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, Masallı ziyalıları və ictimaiyyət nümayəndələrinin 22 mart 2012-cil il tarixə təyin edilmiş “ölüm aclığı” aksiyasının daha geniş miqyaslı, effektli alınması və digər obyektiv səbəblərə görə 27 mart 2012-ci il tarixə keçirilməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı redaksiyamıza Masallı Ziyalıları İctimai Birliyinin sədr müavini Ramil İbadullayev verib.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, qərar 17 mart 2012-ci il tarixdə Masallı ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda qəbul edilib: “Eyni zamanda hal-hazırda ziyalılara ciddi təzyiqlər davam edir. Belə ki, Təklə kənd ərazi nümayəndəsi İqamət fəallardan Asəf Əliyevə təzyiq və digər ələ alma üsulları ilə mübarizədən çəkindirmək üçün təsirlər edir”.
Mənbə bildirir ki, RİH başçısı Qəzənfər Ağayev Musaküçə körpüsünün yanında fəaliyyət göstərən Hacı Ərəstuna məxsus çayxananın bağlanmasına dair göstəriş verib: “Belə ki, Hacı Ərəstunu 16 mart 2011-ci il tarixdə qəbul edərək ona, “ya Masallı Ziyalıları İctimai Birliyinin sədrini çayxanaya buraxmayacaqsan, ya da çayxananı bağlamalısan” hədəsini ünvanlayıblar. Əks təqdirdə çayxana söküləcəkdir”.
Bu məşhur çayxana 4-cü gündür ki bayram ərəfəsində bağlıdır. Çayxananın məhşurluğu çayxananın 5-ci dəfə Məmmədağa Eynullayevə görə bağlanmasıdır.
Xatırlatmaq istəyirik ki, prezidentin Masallıya səfəri ərəfəsində Hacı Ərəstunun, çayxananın yaxınlığında yerləşən 15 nəfərə yaxın şəxsin işlədiyi avtomobil təmiri sexləri sökülərək tamamilə dağıdılıb.
Ziyalılar da bundan sonra Qəzənfər Ağayevin restoranlarında və çayxanalarında istirahət vaxtlarını keçirməyə qərar veriblər. Görəsən həmin obyektləri də bağlatdıracaqmı?
Son məlumata görə, artıq aclıq aksiyası başlayıb. Masallı Ziyalıları və ictimaiyyəti nümayəndələrinin ölüm aclığı keçirənlərinin siyahısını təqdim edirik:
1. Eynullayev Məmmədağa Bəndalı oğlu 2. İbadullayev Ramil Əlisahib oğlu 3. Zamanov Nadir Əliniyaz oğlu 4. Muradov İbrahim Salman oğlu 5. Kazımlı Yaqub Hüseynağa oğlu
Onu da bildirək ki, Masallı Ziyalıları İctimai Birliyinin sədr müavini R.Ə.İbadullayevin adından prezident İlham Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Taqaya, Xarici ölkə səfirliklərinə, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinə, İnsan Hüquqları təşkilatlarına və Kütləvi İnformasiya Vasitələrinə ünvanlanmış məktubun surəti də daxil olub. Həmin məktudu da olduğu kimi diqqətinizə çatdırırıq:
“Cənab prezident! Təkrarən məlumat üçün bildiririk ki, masallı Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin rayonda yaratdığı dözülməz vəziyyətə, rayonun abadlıq, quruculuq işlərinə, rayon büdcəsində nəzərdə tutulmuş digər vəsaitlərin mənimsənilərək, həmin vəsaitlərin hesabına öz şəxsi biznesini yaradaraq şəxsi obyektlər inşa etməsinə, torpaq sahələri almasına, rayonun demək olar ki, özünün balıqçılıq biznesi ilə əlaqədar bütün su tutarlarını şəxsi nəzarətinə keçirməsinə, əhalinin örüş sahələrində özünə yeni su tutarları yaratmasına, sahibkarlara qarşı apardığı “səlib yürüşünə”, insan hüquq və azadlıqlarına, xüsusilə yaşamaq, işləmək, mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulmasına, səriştəsiz, yarıtmaz fəaliyyəti ilə və ətrafına yığdığı təcrübəsiz, bəsit düşüncə tərzli kadrlarla əhalini kütləvi surətdə İlham Əliyevin hakimiyyətindən narazı salmasına, ümumuyyətlə, özünün kadr siyasətindən tutmuş bütün fəaliyyətini Masallı əhalisinin, hakimiyyətin deyil, öz şəxsi mənafeyi üzərində qurmasına və digər danılmaz faktlara istinad edərək, Azərbaycan Respublikasının Prezidenti İham Əliyev cənablarının ölkə vətəndaşlarına bölgələrdəki qanunsuzluqlar, neqativ halar barədə ölkə rəhbərlərinə məlumat verilməsi çağırışına qoşularaq dövlət orqanlarına etdiyimiz çox saylı müraciətlərə heç bir rəsmi və şifahi cavab verilməməsinə, araşdırılmamasına, ölkə mətbuat klublarında dəfələrlə keçirdiyimiz mətbuat konfranslarında, ölkə mətbuatlarında səslənən fikir və faktlara, Prezident Adminstrasiyasına kütləvi surətdə gedilərək edilən şikaətlərə heç bir məhəl qoyulmamasına, bundan ruhlanan Qəzənfər Ağayevin rayonun inkişafına ayrılan vəsaitləri mənimsəyərək yeni şəxsi obyektlər, torpaq sahələri, su tutarları almasına, bu əməllərini ifşa edən rayon ziyalılarına, ictimaiyyət nümayəndələrinə qarşı təqib, təzyiq, şantaj, izlənmə və həbs etdirmə cəhdlərinə, konstitusiyasiyada təsbit olunmuş hüquqlar hüquqlarımızın sistemli şəkildə pozulmasına etiraz əlaməti olaraq 18 dekabr 2011-ci ildən 22 dekabr 2011-cil il tarixə kimi rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin 35 nəfəri “hər evdə aclıq” aksiyası keçirtməklə, ölkə rəhbərliyinin və ictimaiyyətin diqqətini bir daha Qəzənfər Ağayevin rayonda yaratdığı bu dözülməz vəziyyətə cəlb etmək üçün cəhd göstərdik.
Eyni zamanda, Masallı Ziyalıları İctimai Birliyinin sədri M. Eynullayevin aclıq aksiyası ərəfəsində evinin heç bir əsas olmadan Qəzənfər Ağayevin göstərişi əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınaraq, təzyiq, şantaj olunaraq həbs olunmasına cəhd edilməsi ilə bağlı toplanmış faktları aidiyyatı orqanlara təkrarən təqdim etdiyimizə baxmayaraq heç bir tədbir görülmədi.
Əksinə, Daxili İşlər Nazirliyinin, OMBUDSMAN Elmira Süleymanovanın bizə təkrarən yazdıqları cavablar baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsinə və dolayısı ilə haqq qazandırılmasına xidmət edir. Bu gün Qəzənfər Ağayevin cinayət əməllərinə qarşı çıxan hər bir rayon sakinində hər an, hər gün belə hadisələrlə üzləşməyəcəyinə heç bir inam yoxdur.
Cənab Prezident!
Son günlər sizin rayonumuza gəlişinizlə əlaqədar Masallının hər yerində olan çirkabları, xüsusilə də sizin keçəcəyiniz yolların ətrafındakı çirkabların üzərini kosmetik bəzək-düzəklə ört-basdır etməklə, rayon əhalisinin sizinlə görüşdən tam təcrid edilməsi, özünün xüsusi “ştatlı” tərif söyləyənlərini xüsusi hazırlatdığı mətnləri əzbərlətdirməklə rayondakı yarıtmaz fəaliyyətini pərdələmək üçün bütün imkanlarından istifadə edir. Bunlarla yanaşı bu hadisədən yararlanaraq bəzi sahibkarlara şəxsi maraqları çərçivəsində divan tutulmasını da davam etdirir.
Bütün qeyd olunanlarla əlaqədar bir daha sizlərin diqqətini rayonumuzda bu dözülməz, acınacaqlı vəziyyətin aradan qaldırılmasına cəlb etmək məqsədilə 14 mart 2012-ci il tarixdə rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin bir qurupu “Ölüm aclığı” keçirmək barədə qərara gəlmişik.
Aclıq aksiyası keçirdiyimiz ərəfədə başımıza gələcək hər bir hadisənin məsuliyyəti Qəzınfər Ağayevin və ölkə rəhbərliyinin üzərində qalacaqdır.
Cənab Prezident!
Çox hörmətli Mehriban xanım, Elmira xanım, Koray Taqay, xarici ölkə səfir cənabları, Avropa Birliyinin nümayəndəliyi, İnzibati orqan rəhbərləri, İnsan hüquqları təşkilatları, Kütləvi İnformasiya Vasitələri, bir daha sizlərdən çox böyük inam və etimad hissləri ilə xahiş edirik dünyada və ölkəmizdə baş verən son hadisələri nəzərə alaraq Qəzənfər Ağayevin bu qanunsuz, cinayət əməllərinə, Masallı əhalisinə etdiyi zülmlərə son verilməsi, Masallıdakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla imkan və səlahiyyətlərinizdən istifadə edərək raynumuzdakı bu, RƏZALƏTƏ DUR! demək üçün müvafiq addılar atın, tədbirlər görün.
Hamımızın buna çox böyük ehtiyacı vardır!
Sizlərə olan inam, etimad və hörmət hisslrimizin ölməsinə imkan verməyin!”
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
|