GÖMRÜK ÖZBAŞINALIĞININ HİMAYƏDARLARI
Tarix: 18-03-2012, 11:40 | Çap et
BİLƏSUVAR GÖMRÜYÜNDƏ BAŞ VERƏ QANUNSUZLUQLARIN ŞOK PƏRDƏARXASI
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat vermişdik ki, Biləsuvarın İranla sərhəd-keçid məntəqəsində gömrük işçiləri hansı oyunlardan çıxır. Redaksiyaya şikayət ərizəsi ilə müraciət edən Cəlilabad sakinləri Əsgərov Məmməd Soltanağa oğlu və Hümbətov Nəsimi Alıkişi oğlu Biləsuvar Gömrük İdarəsinin əməkdaşları Elşən Zeynalov, Namiq Nuriyev və Allahverdi İskəndərovun İrana gedib-gələnlərə hansı zülm verdiklərini redaksiyamıza ünvanladıqları məktubda ətraflı yazmışdılar. Bu şikayəti qısa formada qəzetimizin ötən sayında dərc etmişik. O da məlumat verilmişdi ki, əməkdaşımız deyilənləri yerində araşdırmaq üçün Biləsuvara ezam olunub.
Bura Biləsuvardır. İndi gördüklərimi təqdim edirəm. Əvvəlcə onu demək istəyirəm ki, doğurdan da Dövlət Gömrük Komitəsinin Biləsuvar şöbəsində qayda-qanun yaratmağın vaxtı həqiqətən də çoxdan çatıb. çünki günün istənilən saatında idarədə növbətçidən başqa heç kəsi tapmaq olmur. Deyilənə görə bu idarədə iş vaxtı axşam saat 18:00-a qədərdir. Amma martın 14-də gündüz saatlarında dərdimizi söyləmək üçün bir rəsmi şəxs tapa bilmədik. Telefonla da zəng vuranda yenə də növbətçi cavab verir. Yəqin ki, iş nizam-intizamı barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyev bir tədbir görəcək. çünki belə strateji bir idarədə heç bir rəsmi şəxsin olmaması özlüyündə ciddi nöqsandır. Elə təəssürat yaranmasın ki, bir gün Biləsuarda olmuşuq və həmin gün də Gömrük İdarəsinin rəsmiləri hansısa tədbirdə olduqlarından heç kəs yerində olmayıb. Ancaq səhəri günü, yəni martın 15-də də gündüz saat 15:00 radələrində Biləsuvar Gömrük İdarəsinin 0 159 5-34-69 saylı telefonuna mobil nömrədən bir neçə dəfə zəng vurduq və cavab verən növbətçi and-aman elədi ki, idarədə heç bir rəsmi şəxs yoxdur, bayram günü ilə əlaqədar guya hamı sərhəd-keçid məntəqəsindədir və s.
Əvvəlcə növbətçi bildirdi ki, idarənin rəis müavini Mirrafiq Mirsultanov həyətdədir, əlaqə telefonunuzu verin, gələndə sizə zəng edər... Mobil telefonumun nömrəsini növbətçiyə söylədim. Bir saatdan çox vaxt keçdi, heç bir zəng gəlmədi. Bir daha növbətçini yığanda isə bildirdi ki, Mirrafiq müəllim də sərhəd-keçid məntəqəsinə getdi.
Görəsən, bayram günü ilə əlaqədar sərhəd-keçid məntəqəsində müftə plov paylayırdılarmı ki, idarədə bir nəfər də qalmayıb. O boyda idarədə günlərlə bircə rəsmi şəxsin də olmaması yəqin ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyini narahat edəcək.
İndi isə redaksiyaya yazılmış şikayət və bu şikayətin izi ilə Biləsuvarın sərhəd-keçid məntəqəsində gördüklərimizi təqdim edirik. Əvvəla şikayətin məzmunu ötən yazımızda olduğu kimi dərc edildiyindən indi bu barədə qısa məlumat vermək istəyirəm. Cəlilabadın Qarazəncir kəndinin sakinləri Məmməd Əsgərov və Nəsimi Hümbətov bu günlərdə İrandan gələrkən bizim sərhəddəki gömrükçülər tərəfindən gətirdikləri 30 kq-lıq ərzaq mallarının əllərindən alındığını, özlərinin də söyülüb, təhqir olunduqlarını qəzetimizə ünvanladıqları müraciətdə yazmışdılar. Bu söyülüb, təhqir olunma təkcə adı çəkilən şikayətçilərə qarşı yox, pul vermək istəməyən hər bir insanın başına gəlir. Burada istədikləri adamı döyüb, yerə yıxaraq sürüyə də bilirlər (qadın və ya kişi fərqi yoxdur) və ya pulunu verərsə, istənilən adam çantasında silahdan, narkotikdən tutmuş, atom bombasına qədər keçirə bilər. Bütün bu biabırçılıqların, rüsvayçılıqların, Gömrük Komitəsinin və dövlətin imicinə zərbə vuranların başında isə Allahverdi İsgəndərov, Namiq Nuriyev və Elşən Zeynalovun dayandığı bildirilirdi. Dediyimiz kimi, bütün bunlar şikayətçilərin qəzetimizə yazdıqları müraciətin qısa bir məzmunudur. Müraciət eyni zamanda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Dövlət Gömrük Komitəsinin sədri canab Aydın Əliyevə, Respublikanın Baş prokuroru cənab Zakir Qaralova ünvanlanmışdır.
Biz də qəzet olaraq şikayəti yerində araşdırmaq üçün Biləsuvar Gömrük İdarəsində və sərhəd-keçid məntəqəsində olduq. İdarədən aldığımız "gözəl" təəssüratları artıq yuxarıda qeyd etdik. Sərhəd-keçid məntəqəsində isə sərhədçilərə yaxınlaşıb qəzetdən gəldiyimizi və gömrük işçiləri Namiqi, Elşəni, Allahverdini tapmaqda bizə kömək etmələrini xahiş etdik. Bildirdilər ki, indi gömrükçülərdən kim gələrsə, xahiş edərik sizə kömək edərlər.
Vaxtı boşa verməyib sərhəd məntəqəsinin ətrafındakı insanlarla söhbət etdik. Gəlişimizin məqsədin bildirib, keçid məntəqəsində işləyən və əhaliyə deyilənə görə zülm verən Namiqi, Elşəni və Allahverdini tanıyıb-tanımadıqlarını soruşduq. Orta yaşlı Əhməd adlı bir kişi bildirdi ki, sizə elə adamların adını yazıblar ki, onlar burada həqiqətən əzrayıllıq edirlər, gedib-gələnlərin anasın ağladırlar. Xahiş edirik onlar barədə hökümət orqanları tədbir görsün.
Sabir adlı cavan oğlan isə bildirdi ki, "mən tez-tez İrana gedib-gəlirəm. Açığı evimizin bazarlığını oradan edirik. çünki qiymət baxımından çox sərfəlidir. Qanunla 40 kq-a qədər yük gətirməyə icazə verirlər. Ancaq bu qanunu adını çəkdiyiniz gömrük işçiləri qətiyyən tanımır. çünki onların yalnız bir qanunu var, o da puldur. Bu insanlarda insaf, mürvət, vicdan deyilən şey yoxdur".
Burada kimi dilləndirirsən, bu üç gömrük işçisinin əlindən dad döyür. İstər-istəməz bizdə də maraq yarandı ki, ilahi, görəsən bu üç nəfər, əjdahadır, divdirmi insanlar onlardan bu qədər qorxurlar?
Bir daha sərhədçilərə yaxınlaşıb məni maraqlandıran gömrükçülərin gəlib-gəlmədiyini soruşdum. Sərhədçi zabitin biri bildirdi ki, Elşənin 232 nömrəli "Mersedes"i var, gələndə görəcəksiniz. Bayırdan içəri daxil olmaq istəyən bir gömrükçüyə məqsədimizi bildirib, xahiş etdik ki, həmin o üç gömrükçüləri mümkünsə bizimlə görüşdürsün. çünki KİV haqqında qanuna görə əks tərəfi dinləmək peşə borcumuzdur və buna görə də Bakıdan o boyda yol qət edib, Biləsuvara gəlmişik. Görünür bu gömrükçü qardaş içəridə qəzet müxbirinin onları axtardığını bizim "qəhrəmanlarımıza" çatdırmışdı deyə, onlar da öz növbələrində bir-bir aradan çıxmışdılar. Deyilənə görə axşam saat 18:00-da hər iki tərəfdən sərhəd tamam bağlanır və gediş-gəliş dayanır. Bununla da hərə öz evinə çıxıb gedir. Görünür Elşənlə Namiq artıq aradan çıxa bilmişdilər. Mən isə yenə də ümidimi itirməyərək daha bir sərhədçi zabitdən xahiş etdim ki, bu adamlar gələndə mənə bildirsinlər. Elə bu məqam içəridən bir gümüşü rəngli "Mersedes" maşın çıxdı, maşında olanlardan biri bayırda düşüb başqa bir "Mersedes Ceep"-ə əyləşdi. Maşını sürüb getmək istəyərkən yaxınlaşıb onu saxlatdım. Ona da qəzetdən gəldiyimi və haqqında şikayət edilən Allahverdini, Namiqi, Elşəni və ya Biləsuvar Gömrük İdarəsinin müavini Mirrafiq Mirsultanovu görmək istədiyimi bildirdim. Təxminən 45-50 yaşında olan bu gömrükçü qardaş (Sonradan öyrənirəm ki, bu həmin Allahverdi imiş) cavab verdi ki, "Adlarını çəkdiyin gömrükçülər iş vaxtı qurtardığından artıq idarəyə gediblər". Sonra aramızda belə bir dialoq oldu:
- Axı idarədə telefonla zəng edəndə bildirdilər ki, heç kəs yoxdur.
Gömrükçü:
- Yox, yox. Hamısı or
dadırlar, orda olmayanı da lazım olsa çağırıb gətirəcəklər.
-Bəs Mirrafiq müəllim hardadır? Növbətçi demişdi ki, o da sərhəd-keçid məntəqəsindədir, yəni burda...
- Yox, Mirrafiq müəllim də artıq idarədədir. Siz yaxşı olar ki, ora gedəsiniz. Daha burda heç kəs yoxdur. çünki iş vaxtı qurtarıb. Qonağım ola bilərsiniz...
- çox sağ olun, siz idarəyə gedirsiniz?
- Daha məni o qədər də başa düşməz hesab eləməyin. Əgər idarəyə getsəydim, sizi də aparardım axı...
- Yox, maşınımız var, çox sağ olun. Sadəcə düşündüm ki, əgər idarəyə gedirsinizsə birlikdə gedək...
"Aydın Əliyev özü düz işləyir? Onun özünün də başı pul yığmağa qarışıb"
- Yox, mən evə gedirəm. Bir də ki, axtardığınız o üç adam işləyən adamlardır. Allahverdi də yaxşı adamdır...İşləyən adamlardan da həmişə şikayət edərlər...
- Ola bilər. Ancaq KİV haqqında qanuna görə əks tərəf kimi Allahverdini də, Namiqi də, Elşəni də dinləmək istərdik. Çünki biz Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyevə bu gömrükçülər barədə tədbir görülməsi üçün müraciət edəcəyik...
- Məgər, Aydın Əliyev özü düz işləyir? Onun özünün də başı pul yığmağa qarışıb. Onun sadə gömrükçülərlə nə işi var? Siz kimə desəniz də o gömrükçülərə heç nə edə bilməyəcəksiniz. Çünki onların arxasında yaxşı duranlar var. Nahaq yerə özünüzü incitməyin...
-Hər halda onların fikrini bilmək bir jurnalist olaraq mənim üçün maraqlı idi. Eybi yox, qalsın başqa vaxta...
- Daha məni bağaşlayın də. İdarəyə getmirəm, yoxsa sizi aparardım. Mənə görə bir qulluğunuz yoxdursa, onda sağ olun...
Sağollaşıb, maşının qapısını örtdüm. Bahalı "Mersedes Ceep" çox sürətlə yerindən tərpəndi. Bayaq dərdlərini bizə deyənlərdən biri yaxınlaşıb soruşdu ki, Allahverdi yəqin basıb-bağlayaraq özünü təmizə çıxardırdı, eləmi? Mən dərhal ondan soruşdum ki, məgər o axtardığım üç nəfərdən biri Allahverdi İsgəndərov bu idi? Həmin taksi sürücüsü dedi ki, "Əlbəttə, o idi. Mən də elə bilirəm onu tanıdığından saxlayıb söhbət edirsən...".
Artıq hər şey aydın idi. Deməli, Allahverdi məsələdən duyuq düşübmüş və səmimi olmadı. Ətrafdakılardan onun barəsində əlavə məlumat da öyrəndim. Məlum oldu ki, Allahverdi Cəlilabadın Gülməmədli kəndindəndir. özünün də vaxtı ilə çox könə bir "NİVA"sı olub. Amma bir il ərzində özünə həmin "CİP"i alıb Göründüyü kimi görmükdən keçənləri soyub, söyüb, döyməklə artıq bahalı "Mersedes Ceep"də gəzir. Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyev Allahverdi İsgəndərova sual versə ki, aldığın maaşla bu maşını bir ildə necə almısan, onda hər şey aydın olar.
O da məlum olar ki, Cəlilabad sakinləri Məmməd Əsgərovun və Nəsimi Hümbətovun redaksiyamıza yazdıqları həqiqətdir. Bunu da qoyuruq bir kənara. Amma Allahverdi İsgəndərov ən azından jurnalistə yox, uzaq yol gəlmiş bir qonağa hörmətsizlik elədi. Azərbaycan xalqı həmişə digər xalqlardan öz qonaqpərvərliyi ilə fərqlənib. Allahverdi İsgəndərovun adını gizlədərək yalan danışması, qonağa qarşı göstərdiyi hörmətsizliyi ilə bizdə dərin təəssüf hissi doğurdu. çünki mən ona Bakıdan gəldiyimi və axşama da olsa redaksiyaya qayıtmağımı demişdim. Qarşı tərəf olaraq özünü gizlətməsi isə artıq onun bütün yazılan iddialarda günahkar bilməsi demək idi. Eybi yox, yəqin ki, nə vaxtsa Allahverdi ilə bir də üz-üzə gələcəyik. Bu dəfə isə o özünü gizlədə bilməyəcək. çünki artıq onun həm özünü, həm də əməllərini yaxşı tanıyırıq, hətta Mobil telefonunun nömrəsini də bilirik.
Hər halda Allahverdi İsgəndərov məni aldada bildi, özü də bir neçə dəfə. çünki əvvəla, qorxusundan Allahverdi olduğunu bildirmədi, ikincisi, sərhəd-keçid məntəqəsində yalandan heç kəsin olmadığını bildirdi, üçüncüsü isə Mirrafiq Mirsultanovun Biləsuvar Gömrük İdarəsində olduğunu söylədi. Halbuki özü də çox yaxşı bilirmiş ki, axşam saat 18:00-dan sonra idarədə heç kim olmur. Deməli, məni azıdırırmış ki, onun bəd əməlləri barədə rəhbərliyə məlumat verməyim. Ancaq yenə də Biləsuvar Gömrük İdarəsinə qayıtmağa qərar verdim. Artıq saat 19:00 idi. İdarənin qapısındakı gözətçi gəlişimizin məqsədini, mənim və qəzetin adını qeyd edib növbətçi otağına getdi. Bir müddətdən sonra idarədə rəsmi şəxslərdən heç kimin olmadığını bildirdi. Və mədəni surətdə qarını üzümə bağladı ki, yəni gedə bilərsən. Əlac bircə ona qaldı ki, heç olmasa idarənin ümumi görünüşünün şəkilini çəkim. Bunu da gözətçi bizə çox gördü və yaxınlaşıb dedi ki, xahiş edirəm mənə başağrısı yaratmayın. Sadə işçi kimi təbii ki, istəmədik bu kişiyə problem yaradaq. Ona görə də xahişə əməl edib geriyə-Bakıya qayıtmaq üçün Biləsuvar avtovağzalına yol aldıq.
Səhəri günü isə Dövlət Gömrük Komitəsindəki dostlarımızdan Allahverdinin Mobil telefonunu öyrənib ona zəng etdik. Hər halda onun bizi aldatdığını üzünə demək istəyirdim. çox təəssüf ki, Allahverdi burada da cəld tərpənərək mobil telefonunu servisə qoşub gələn zəngləri qəbul etmirdi. çünki martın 15-i saat 14:00-dan 16:00-a qədər Allahverdinin 050-338-17-81 saylı telefonuna dəfələrlə zəng etdik və hər dəfə də eyni səsi eşitdik: "Aradığınız şəxs hal-hazırda zəngləri qəbul etmir. Xahiş edirik bir az sonra zəng edəsiniz".
Eybi yox, yəqin ki, Dövlət Gömrük Komitəsindən olunan zəngə Allahverdi İsgəndərov cavab verməyə məcbur olacaq.
Ancaq uduş Allahverdinin deyil. çünki Azərbaycan vətəndaşlarını söyüb, təhqir edən, zorla pullarını əlindən alan, qadın, kişi, qoca, cavan demədən basıb döyən, bununla da xariciləri üstümüzə güldürərək dövlətimizin imicinə zərər gətirən Allahverdi İsgəndərov, Elşən Zeynalov və Namiq Nuriyev kimi gömrükçülər barədə yəqin ki, həm Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, həm də digər aidiyyəti qurumların rəhbərləri, həmçinin Baş Prokuror Yanında Korrrupsiyaya Qarşı Mübarizə İdarəsi çox ciddi tədbir görəcəklər. Biz buna çox inanırıq. Axı qəzetimizə ünvanlanmış müraciətin bir ünvanı da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevədir. Prezident isə dövlətimizin strateji sahəsi olan sərhəd-gömrük məntəqələrində qayda-qanun yaradılmasını tələb edir.
Beləliklə, barəsində şikayət edilənlər özlərini gizlədib susdular. Susmaq isə razılıq əlamətidir. Və sonda: onlar üzlərini gizlətsələr də əməllərini gizlətmək mümkün deyil. çünki Biləsuvar məntəqəsində müsahibimiz olan insanlar nələri demədilər...
Mövzuya qayıdacağıq.
Elçin MƏMMƏDLİ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
|