![QULU NOVRUZOVUN YERİNƏ ADAM TAPILDI QULU NOVRUZOVUN YERİNƏ ADAM TAPILDI](/uploads/posts/2011-10/1317888420_tehsil_nazirliyi.jpg)
TƏHSİL NAZİRLİYİNDƏ YENİ TƏYİNAT
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseyzadə cümə axşamı Trend-ə bildirib ki, şöbənin müdiri vəzifəsinə Tamella Əliyeva təyin olunub.
Əliyeva bundan öncə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində bundan öncə Qulu Novruzov işləyib. O, bir müddət əvvəl nazir müavini təyin edilib.