Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                 

“DEYİRLƏR Kİ, TAHİR KƏRİMLİ İQTİDARA İŞLƏYİR”
Tarix: 6-10-2011, 13:01 | Çap et
“DEYİRLƏR Kİ, TAHİR KƏRİMLİ İQTİDARA İŞLƏYİR”

“ƏSLA BELƏ DEYİL”

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin APA-ya müsahibəsi.

- Vəhdət Partiyasının hazırkı durumu və fəaliyyəti sizi qane edirmi?

- Əlbəttə, partiyanın fəaliyyəti məni qane etmir. Burada obyektiv səbəblərlə yanaşı, subyektiv məqamlar da var. İlk növbədə partiyanın maddi-texniki baxımdan və qərargahla bağlı bir sıra problemləri yaranıb. Partiya keçmiş qərargahından çıxıb, yeni qərargahla isə tam təmin olunmayıb. Bu da partiyanın fəaliyyətinə mənfi təsir edir. Bu, həm də müxalifətdə təmsil olunmağımızla bağlı idi. Həmin illərdə siyasi prosesləri izləyənlər bilir ki, Vəhdət Partiyası yarandığı ilk illərdə təbliğat işini yaxşı qurmuşdu. İndi isə mətbuatla təmaslarımız zəifləyib. Bu cəhətdən də zəifləmiş durumdayıq. Elə vəziyyət yaranıb ki, partiya cəmiyyətin inkişafı ilə ayaqlaşa bilmir. Aydın məsələdir ki, bizim cəmiyyətdə kapitalın rolu artır. Ona görə də müəyyən məsələləri arzu etdiyimiz səviyyədə qura bilmirik. Ancaq yenə də fəaliyyət göstəririk və partiya dövlət başçısı İlham Əliyevin siyasi kursunu müdafiə edir.

- Vəhdət Partiyası siyasi kursunda dəyişiklik etdi və iqtidarı dəstəkləməyə qərar verdi. Keçən bu müddətdə nə dəyişdi?

- İlk növbədə onu deyim ki, Vəhdət Partiyası müxalifətdən gedəndə bunu açıq şəkildə bəyan etdi. Bunu deyən zaman zərbələrlə və ittihamlarla qarşılaşacağımızı bilirdik. Bu gün də bir çoxları özlərini müxalifət kimi təqdim edirlər və bununla da müxalifət pərdəsi altında gizlənirlər. Biz isə ikiüzlü siyasət apara bilməzdik. Müxalifətdə olan zaman bu siyasi xəttə və əqidəyə sadiq olmuşuq. İstərdim bir də bu məsələyə qayıdaq. Həmişə deyirdim ki, bizdə müxalifətçilik düz qurulmayıb, ona görə də xalqdan üzr istəməliyik ki, millət bizə inansın. Bu nə demək idi? Hər şeydən əvvəl müxalifətçiliyin bünövrəsi və fəlsəfəsi düzgün qurulmayıb. Bugünkü müxalifət liderləri Heydər Əliyevi dost kimi hakimiyyətə dəvət etdilər, amma bizdən tələb olundu ki, ona düşmən münasibət bəsləyək. Bu, yalançı müxalifətçilik idi və heç vaxt bu xətlə qalib gəlmək mümkün deyildi. Belə də oldu. Tarix göstərir ki, müxalifət qalib gələ bilmir. Ən ağrılı məqam isə müxalifət liderlərinin əqidə nümayiş etdirməməsidir. Onlar həmişə öz mənafelərindən çıxış etdilər. Rəsul Quliyevlə müqaviləni şişirdib, bizə sıradan biri kimi baxırdılar. Axı sirr deyil ki, Vəhdət Partiyasının minlərlə üzvü birgə keçirdiyimiz mitinqlərdə meydanları doldururdu. Bir-bir sadalamaq istəmirəm. Mən onlarla əqidə qardaşlığından çıxdım. Səmimi şəkildə deyirəm. Müxalifət liderləri əqidəni yalnız əldə bayraq ediblər. Bunun arxasında mənafe durur. Nə üçün mən bəziləri kimi gündüz müxalifət gecə iqtidar olmalıydım? Belə olmaqdansa kişi kimi deyərəm ki, mən iqtidarı dəstəkləyirəm. Ona görə də açıq şəkildə prezidenti müdafiə etmək barədə qərar qəbul etdik.

- Müxalifət birlik istiqamətində müəyyən addımlar atır. Məsələn İctimai Palata yaradılıb. Bu qurumun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Mən bir az əvvəl müxalifətçiliyin bünövrəsi ilə bağlı fikir deyərkən bunu elə-belə söyləmədim. İctimai Palata başqa məqsəd üçün yaradılmışdı. Lakin bəziləri “Ərəb baharı”ndan ilham alaraq bu ictimai qurumu müxalifət təşkilatlarının birliyinə çevirmək istədi. Burada da bütün müxalifəti birləşdirə bilmədiklərindən, güc nümayiş etdirə bilmirlər. Əvvəlki dövrlərdə xalqı öz arxaları ilə aparıb o qədər məğlub ediblər ki, bu dəfə cəmiyyət mitinqlərdən çəkindi. Aksiyalara qatılan gənclər isə müxalifət liderlərini tanımayanlardır. Hətta xalqı ruhlandırmaq məqsədilə xarici ölkə səfirlikləri ilə də onların görüşləri keçirildi. Yenə nəticə olmadı. Hər şeyi xarici ölkələrin köməyinə bağlayırlar. İctimai Palata güc adından imitasiya edir.

- Həm müxalifət, həm də iqtidarla münasibəti olan partiya sədri kimi müxalifət-iqtidar dialoqunun baş tutması təşəbbüsü ilə çıxış edə bilərsinizmi?

- İndiki vəziyyətdə yox. Çünki Azərbaycan müxalifəti iqtidarı barışığa çəkə biləcək gücdə deyil. Bu dialoq yalnız iqtidar razı olduqda baş tuta bilər.

- Müxalifətçi olmaq asandır, yoxsa iqtidar təəssübkeşi?

- Mənim üçün müxalifət düşərgəsində təmsil olunmaq daha asan idi. Bu, səmimi sözümdür. Döyülməkdən və mübarizədən çəkinməmişəm. Bir də ki, müxalifətdə fikirlərini sərbəst deyə bilərsən. Amma prezidenti müdafiə edən şəxsin fəaliyyətində bir qədər korrektələr olmalıdır. Kənardan baxanlar deyir ki, Tahir Kərimli iqtidarı dəstəkləyir, yəqin problemləri olmaz. Əsla belə deyil.

- İqtidarı dəstəkləyən partiyalarla ikitərəfli əməkdaşlığınız nə səviyyədədir?

- Rəsmi sazişlər olmasa da, ikitərəfli əlaqələrimiz mövcuddur. Ancaq Yeni Azərbaycan Partiyası iqtidarı, prezidenti dəstəkləyən partiyaların bir qurumda təmsilçiliyi haqda düşünməlidir. Bu birliyin yaradılması və gücünün artırılması üçün Yeni Azərbaycan Partiyası addım atmalı, yəni koordinator rolunu oynamalıdır. Yoxsa, bizim təşəbbüslərimiz havadan asılı vəziyyətdə qalacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru