ELMAN RÜSTƏMOV CAVİD QURBANOVA QARŞI
Tarix: 2-03-2012, 11:05 | Çap et
“GƏNCƏBANK”DAKI YOXLAMALAR SİMVOLİK XARAKTER DAŞIYIR
DİA.AZ: - Bir müddət əvvəl “Azəravtoyolservis”in şefi Cavid Qurbanova məxsus “GəncəBank”dakı korrupsiya ilə bağlı sizləri məlumatlandırmışdıq. Məlumatımızda «Gəncəbank» ASC ilə bağlı araşdırmalara start verdiyimiz barədə də xəbər vermişdik. Xatırladaq ki, redaksiyamıza şikayət məktubu ilə müraciət edən bir qrup Gəncəbasar sakini bu bankın fırıldaqları ilə bağlı ilginc faktları açıqlayıblar. Məlum olur ki, kənd təsərrüfatı nazirliyinin müəyyən yüksək çinli məmurları ilə işbirliyində olan bu bankın rəhbərliyi sözügedən regionda aqrar sektorun inkişafı altında əməlli-başlı talanılıq işi ilə məşğuldurlar.
Faktlardan məlum olur ki, kənd təsərrüfatı nazirliyinin xətti ilə Gəncəbasar bölgəsi rayonlarına ayrılan krediti yüksək faizlə təqdim edən «Gəncəbank» rəhbərliyi müştərilərdən aldığı rüşvəti KTN-dəki himayədarları ilə paylaşır. Onu da bildirək ki, bu bankla bağlı araşdırmalara start vermişik və yaxın günlərdə daha dolğun və bank sektoru adına utanc hesab olunan faktlarımızı diqqətinizə çatdıracağıq.
Qeyd edək ki, "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində və yalnız biri - "Gəncəbank" ASC paytaxtdan kənarda, yəni Gəncə şəhərində yerləşir.
Bu isə o deməkdir ki, barəsində danışdığımız bank «gözdən-könüldən iraq», yəni paytaxtdan kənar yeganə bankdır. Bəlkə elə buna görədir ki, bu gün bu bankın xətti ilə həyata keçirilən maliyyə fırıldaqları bu çağacan yetərincə işıqlandırılmayıb.
Bu barədə redaksiyamıza məlumat verən qaynaq bildirir ki, əslində səhmlərinin 96 faizi fiziki şəxslərə məxsus olan «Gəncəbank» «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanova məxsusdur. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla sıcaq əlaqələri hesabına Cavid Qurbanov «Gəncəbank»da həm də «obnaliçka» əməliyyatlarını da həyata keçirir.
Mənbəmiz bildirir ki, əslində paytaxtdakı bankların çirkli pulların yuyulmasında iştirakı çətinləşsə də, «Gəncəbank»da bu məsələ çox asandır: «Bu işdə birbaşa olaraq Elman Rüstəmovun özü də maraqlıdır. Elə buna görə də belə bir qənaət var ki, əslində «Gəncəbank» məhz çirkli pulların yuyulması üçün saxlanılır».
Mənbəmiz onu da bildirdi ki, amma son zamanlar Cavid Qurbanovun hakimiyyət daxilindəki mövqeləri zəiflədiyindən «Gəncəbank»ın işləri də qaydasında deyil: «Hətta bu bankın əli ilə həyata keçirilən maliyyə ırıldaqlarının müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı xəbəri də iqtidar dəhlizlərində dolaşmaqdadır».
Onu da bildirək ki, bu qurumla bağlı redaksiyamıza yeni faktlar da daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bu bankda «şapka» məsələsi çox popluyardır.
Mənbənin məlumatında deyilir: « «Gəncəbank» SKB-də verilən ipoteka kreditlərindən 10 faiz «şapka» tutulur. Verilən kənd təsərrüfatı kreditlərindən də «şapka» tutulur».
Mənbəmiz bildirir ki, bankın Müşahidə Şurasının Sədri Pərvanə Novruzova eyni zamanda inşaat sektorunda da ad çıxarıb. Belə ki, bu xanım Mərkəzi Bankın sədri Elman Rüstəmovla şərikli binalar tikdirir. Məlumatlara görə, həmin binalarda tikinti işləri ləngiyir, nəticədə əhali pul verdiyi mənzilləri təhvil ala bilmir: «Çirkli pulları öz bankları vasitəsiylə yuyurlar, ölkədə fırıldaqçı bank kimi tanınan «Gəncəban»kın havadarları Mərkəzi Bankda və nazirliklərdə oturur. Qara valyuta mübadiləsi aparılır, valyuta mübadiləsindən əldə olan gəlir vergidən yayınır, bütün əməliyyatlar qara mühasibatlıqla aparılır, audit şirkətləri pulla satın alınır, dəfələrlə kredit sənədləri saxtalaşdırılır, pul köçürmələrində maxinasiyalar dolub daşır, əsas qazancı da «şapka»lardan yığırlar, ipoteka krediti yaxşı «gəlir» gətirir. «Şapka»lar dolub daşır».
Mənbəmiz məlumatında bildirir ki, bankın Müşahidə Şurasının Sədrinin qara biznesi çiçəklənir: « «Gəncəbank» əslində qara korrupsiya atıdır. Gəncənin icra başçısı Elmar Vəliyevlə yaxın münasibətdə olan bank rəhbərliyi məmur yumruğunun hesabına öz maxinasiyalarını inkişaf etdirmək istəyir. İşlərin başı Pərvanə Novruzovadır. Yalançı bizneslərə, öz saxta adlı şirkətlərinə yüz minlərlə manat saxta kreditlər ayırır bu xanım».
Bu arada etibarlı mənbə bizə “Gəncəbank”-da ustalıqla qurulmuş və kənd təsərrüfatı kreditləri adı altında yuyulan pullların mənimsənilmə mexanizmini açıqladı.
Mənbənin söylədikləri: “Kənd təsərrüfatına və ya sahibkarlığın inkişafına yönəldiləcək kreditləri mənimsəmək üçün bank rəhbərliyi potensial müştəri ilə işbirliyinə girir, SKMF fondundan müəyyən məbləğ, məsələn 175000 azn cəlb edilir. Bu məbləğin 15000 manatlıq hissəsi müştəriyə çatır, qalanı isə bank rəhbərliyinə. Sonra isə müştəri bütün məbləğin ödənilməsinə vadar edilir, nəticədə müştəri müflisləşdirilərək əmlakı bank tərəfindən mənimsənilir”.
Mənbəmiz bildirir ki, bu yolla neçə neçə ailələri şamsız qoyan Pərvanə xanımın çirkli pulları artır: “Pərvanə xanımın Cavid Qurbanovla və Elman Rüstəmovla şərik olması hər addımda sübut olunur. Ağstafa rayonunda xaricdən gələn yük maşınlarına divan tutan yüksək rütbəli Nəqliyyat Nazirliyinin Əli adlı məmurunun həbsindən sonra prokurorluğun əməkdaşları “Gəncəbank”ı yoxlamaqdan yan keçdilər. Halbuki həmin struktur, yəni Yolları mühafizə İdarəsi Ağstafada türkiyəli sürücülərdən yığılan qanunsuz rüşvətləri, ümumi məbləği milyonlarla manat olan pulları “Gəncəbank”da nağdlaşdırıb”.
“Ancaq aidiyyatı orqanlara verilən haqqdan sonra bankdan yoxlamalar uzaqlaşdırılıb” deyən mənbəmiz iddia edir ki, indi bankda Mərkəzi Bankın Audit Komitəsinin Sədrinin başçılığı ilə yeni bir yoxlama həyata keçirilir: “Ancaq onların da haqqları çatıb və bu yoxlama formal xarakter daşıyır. Yoxlama öz bosslarının şəriklərinə güldən ağır söz deməz”.
Mənbənin bildirdiklərindən belə aydın olur ki, bank rəhbərliyinin Gəncədə olan cinayətkar iş adamı Şöhrət Quliyevlə də işgüzar əlaqələrinin olduğu üzə çıxıb: “Belə ki, bank vergidən yayınaraq Şöhrət Quliyevin pullarını Çinə köçürürmüş. Banka maliyyə zərbəsinin də dəyməsinin bir kiçik səbəbi də Şöhrətin həbsi olub”.
Məlumata görə, bunca gəlirib qarşılığında bank rəhbərliyi xəsislik də nümayiş etdirir: “İşçilərin də hüquqları pozulur, maaşlar verilmir, vergidən yayınmaq üçün bütün maaşlar nominal olaraq vergiyə düşməyən məbləğdə azaldılıb. Bunlardan “yuxarıların” xəbəri var, sadəcə olaraq, oliqarx-məmurların əksərinin bu bankda marağı var. Mərkəzi bank "Gəncə səbətləri" adlanan sovqatlardan əl çəkmək istəmir”.
Mövzu diqqətimizdədir. Bizi izləyin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
|