Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                 

Moskvada ilginc buluşma
Tarix: 21-09-2015, 09:28 | Çap et
Moskvada ilginc buluşma
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə ötən həftəsonu Rusiya mətbuatı məlumat yayıb. Prezident Əliyev həmin tarixdə - mübarək Qurban bayramına bir gün qalmış Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılış mərasiminə qatılacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata bildirdiyinə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, din xadimləri, həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib. “Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”, - deyə Peskov qeyd edib.

***

İlk baxışda belə təəssürat yarana bilər ki, Putin müsəlman dünyasının ən önəmli dövlətlərinin başçılarını Moskvaya dəvət eləməklə “mini-sammit” düzənləyib bir növ Rusiyanın təklənmədiyini göstərmək istəyir, Qərbə hətta güc nümayiş etdirir. Ancaq mübarək Qurban bayramı günlərinə təsadüf edəcək qarşıdakı mərasim və görüşlər, bizcə, ən çox üç ölkənin - Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, şimal qonşumuzun məhz bu iki türk dövləti ilə əlaqələri hazırda ən çox aktuallıq kəsb edir və həssasiyyətə malikdir.

Yada salaq ki, İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu dəfə ikili-üçlü formatda təmaslar Bakıda - I Avropa Oyunlarının açılışı çərçivəsində baş tutmuşdu. Ümumiyyətlə, son zamanlar üç paytaxt arasında əlaqələrdə bir dinamizm müşahidə edilir ki, bu da öncəliklə bölgənin taleyinə həlledici təsirə malik yeni təhlükəli proseslərin vüsət alması ilə, qlobal terror təhlükəsinin üç dövlətin sərhədlərinə yaxınlaşması ilə, nəhayət hər üç ölkənin Qərblə münasibətlərinin bu və ya digər dərəcədə problemli fazaya adlaması ilə bağlıdır.

Əlbəttə, Qərblə mürəkkəb münasibətlər Moskvaya Bakı və Ankaraya yaxınlaşmaq üçün fürsət verir və üstünlük yaradır. Ancaq Bakı və Ankara da boşuna rəsmi Kremlə yaxınlaşmaq istəmir, Moskvadan bunun müqabilində konkret dividendlər umur, nəzərə alır ki, bu gün Rusiyaya Azərbaycan və Türkiyə daha çox gərəkdi, nəinki əksinə.

Təbii ki, ikitərəfli qarşılıqlı münasibətlərə aid həllini gözləyən problemlər də qalır. Bu və digər regional, qlobal xarakterli məsələlərin bir daha və effektli müzakirəsi uçun, obrazlı desək, “saatları Kremllə tutuşdurmaq” üçün Moskva təmasları yaxşı platforma rolu oynaya bilərdi - bir şərtlə ki, Moskva “nəsə verməyi” bacarsın və imperiya ambisiyalarını müvəqqəti də olsa, rəfə qoysun.

***
Söz yox ki, qardaş Türkiyənin üzləşdiyi hazırkı qəliz vəziyyətə rəğmən, Ərdoğanın Rusiyaya yollanmaq qərarına gəlməsi Moskva səfərinə verilən önəmdən və konkret gündəlikdən xəbər verir. Yəni söhbət sadəcə, yeni məscidin açılış törəninə qatılmaq kimi bir ayindən getmir - “Allah evi” sadəcə, bir vəsilədir. Kreml və Ankara arasında isə hazırda iki ən mühüm, həllini gözləyən problem var - “Türk axını”nın taleyi və Suriya (Bəşər Əsəd) məsələsində diametral fikir ayrılığı.

Hər ikisi geosiyasi amillərlə yetərincə qəlizləşən məsələlərdir. Hərçənd, ikinci halda - iqtisadi sferada Moskva və Ankaranın əməkdaşlıq və anlaşma potensialı qat-qat böyük görünür. İqtisadi, energetik sahələrdə bağlılıq isə gec-tez siyasi bağlılığa gətirir.

Şübhə yox ki, bu iki məsələdə hansısa pozitiv irəliləyiş və yaxud fikir ortaqlığı Dağlıq Qarabağ probleminin həll perspektivinə, demək, həm də Rusiyanın Azərbaycanla əlaqələrinin gələcəyinə pozitiv təsirini göstərə, yaxud bu əlaqələr üçün daha münbit zəmin yarada bilər. Üç qonşu ölkənin ortaq maraqlarının olduğu da nəzərə alınarsa, prezidentlərin ikitərəfli formatla yanaşı, “üçlü format”da görüşəcəkləri istisna deyil.

Ötən həftə Türkiyənin yeni xarici işlər naziri Firudin Sinirlioğlunun Bakı-Soçi marşrutu üzrə Azərbaycan rəhbərliyi və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü bu xüsusda təsadüfi sayıla bilməz və analitiklərə görə, həm də prezidentlərin Moskva görüşünü daha məhsuldar və məzmunlu etməyə yönəlib.

***
Azərbaycanla bağlı da Kremlin iki mühüm gözləntisi var: 1. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və 2. Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi.

Bu yerdə yada salaq ki, ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin ekspertləri ikinci məsələ ilə bağlı Bakı və Moskvanın az qala, ilkin anlaşma içində olduğunu, Moskvanın Qafqaz siyasətinin artıq dəyişdiyini və tezliklə Dağlıq Qarabağ ətrafında status-kvonun da dəyişəcəyini qeyd ediblər.

Təbii ki, hər iki məsələdə, xüsusən də sülhməramlılar məsələsində Bakı ilə yanaşı, ikinci sırada Ankaranın “dobro”sunu da almaq gərəkdir. Bakının razılığı üçün əsas şərti çoxdan bəllidir - Qarabağ məsələsində real irəliləyiş, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması. “Türk axını” isə TANAP və TAP-a müəyyən mənada alternativ sayıldığından Türkiyə-Rusiya qaz anlaşması üçün də Ankara istər-istəməz Bakının “xeyir-duası”nı almaq zorundadır.

Sadalanan səbəblərdən təkcə Ermənistan deyil, həm də Qərb və NATO tərəfindən üç paytaxt arasında ikili və üçlü format üzrə növbəti müzakirələrin diqqət və narahatlıqla izlənəcəyi dəqiqdir. Axı söhbət onların da köklü maraqlarına təhlükələrdən gedir.

O ki qaldı, təcavüzkar Ermənistana, heç də pis olmazdı ki, Qurban bayramı günlərində Moskva Ermənistanı nə vaxtsa qurbanlıq edə biləcəyi barədə bir anons edəydi. Türkiyə və Azərbaycanı həmişəlik qazanmaq qarşılığında, bizcə, heç də böyük itki olmazdı.

Siyasət şöbəsi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru